Ermənilərin bəlası: Yalan, yaxud Paşinyanın aldatmaq cəhdi - ŞƏRH

Ermənilərin bəlası: Yalan, yaxud Paşinyanın aldatmaq cəhdi - ŞƏRHErmənistanın və ermənilərin başbiləni hökumət başçısı Nikol Paşinyandır. Baş nazir isə yalan danışır. Bütün bəlalar da bundan doğur. Baş nazir avqustun 31-də keçirdiyi mətbuat konfransında yalanlarına bəzi həqiqətləri bulaşdıraraq ölkə və beynəlxalq ictimaiyyətə sırımağa çalışıb.

Nikol Paşinyan ötəngünkü açıqlamasında saxtakarlıqla bildirib ki, Azərbaycan İtaliyadan silah-sursat alıb. Baş nazirin bu iddiası tamamilə gülünc və yalandır. Çünki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb. Bu isə hərbi xarakterli və silah deyil.

Paşinyan yenə yalandan iddia edib ki, guya Azərbaycan Ümumdaxili Məhsulun həcminin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanın isə xərcləri bundan artıqdır və rəsmi açıqlamalara əsasən, 6 faiz təşkil edib. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir. Bu vəsaitlərin hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusu olaraq qalır.

Məsələn, Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlar büdcədənkənar xərclərə aiddir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub.

Bu, işğalçılığına görə ordusu darmadağın edilmiş bir ölkənin yenidən silahlanması üçün edilən məlum yardımdır. Müxtəlif layihələr, hərbi manevrlər və s. istiqamətlərdə Ermənistanın hərbi sahəsinə dəstək verildiyi də istisna olunmur. Bu isə ölkədə ÜDM 6 faizindən xeyli artığını təşkil etdiyini ehtimal etməyə əsas verir.

Yeri gəlmişkən, 2024-cü il üçün Ermənistan müdafiə büdcəsi bir milyard 400 milyon dollardan artıq olub. Bu da 2023-cü ilin xərcləri ilə müqayisədə 7 faiz çoxdur.

Nikol Paşinyan bildirib ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir? Həqiqətən də baş nazir özünü "balıq yaddaşlı" kimi aparır. Bəzi fikirləri isə instinktiv olaraq söyləyir. Onun indi başçılıq etdiyi ölkə və mənsub olduğu etnik qrup Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb, 300 minə yaxın azərbaycanlını ölkədən qovaraq onları vətəndaşlıq hüququndan məhrum edib.

Onun yenidən silahlanmasının region üçün təkrar faciələr yaşatmayacağına kim zəmanət verə bilər?

Bununla belə onun silahlanmasına beynəlxalq ictimaiyyət göz yumur. Hətta ABŞ, Fransa, Avropa İttifaqı, Hindistan, İran və başqaları onun silahlanmasına yardım edir. İkinci dünya müharibəsi bitdikdən sonra işğalçılıq etdikləri üçün uzun illər Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrin silahlanmasına, ordu saxlamasına məhdudiyyətlər tətbiq edilmişdi. İndiyədək Yaponiyanın rəsmi ordusu yoxdur. Bu ölkəyə nüvə silahı hazırlamaq qadağan edilib və s. Yaxud, Küveytin ərazisinə təcavüz etdiyi üçün İraqın silahlanmasına məhdudiyyət tətbiq edilmişdi.

Ancaq Ermənistanın hərbi vəsaitləri əldə etməsinə nəzarət mexanizmi yoxdur. Habelə silahlandıqdan sonra onun əldə etdiyi hərbi texnikanı yenidən işğalçılıq məqsədi ilə tətbiq etməyəcəyinə zəmanət verilmir.

Ona görə də Azərbaycan vaxtı ilə təcavüzə məruz qaldığından özünü müdafiə və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə silahlanmağa məcburdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisindən beynəlxalq əhəmiyyətli marşrutlar keçir. Bu baxımdan onların təhlükəsizliyini terror və başqa hücumlardan qorumaq üçün də hərbi texnika, qurğulara ehtiyac var. Rəsmi Bakının silahlanma ilə bağlı fəaliyyəti şəffafdır. O, büdcədənkənar məlum olmayan yardımlarla ordu qurmur.

Nikol Paşinyan öz yanlışlıqlarını, işğalçı niyyətlərini gizlətmək üçün özündən Azərbaycan konstitusiyasına "əlavə" edib. O, ağ yalanları ilə beynəlxalq ictimaiyyəti üç ilə yaxındır aldadır. Cənubi Qafqazda sülh tərəfdarı olanlar rəsmi İrəvandan ölkənin əsas qanununa dəyişikliklər etməyi haqlı olaraq istəyir.

Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır: "Bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və Konstitusiya dəyişdirilməlidir".

Azərbaycan lideri qeyd edib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil: "Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir".

Ermənistan rəsmiləri isə indi də çıxış yolu olaraq iki istiqamətdə təbliğat aparır: birincisi, ədliyyə naziri Qriqor Minasyan bildirib ki, 2027-ci ildə konstitusiya dəyişikliyi ilə referendum keçirəcəklər; ikincisi isə Nikol Paşinyanın Azərbaycanın Əsas Qanununa şər-böhtan atması.

O, yenə yalandan bildirib ki, Azərbaycanın bu baş qanununda hansısa dövlətə qarşı ərazi iddiasına dair maddə var.

Bir ölkənin baş nazirinin belə 40 gün deyil, heç 40 an ömrü olmayacaq yalan danışması heç bir siyasi davranışa sığmır.

Azərbaycan Konstitusiyasında başqa ölkələrə qarşı ərazi iddiası yoxdur. Paşinyanın təhrif etdiyi preambulada bu müddəa var: "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq".

Ermənistan hökumətinin başçısının ermənilərə xas olmayan bir məsələni də Azərbaycanın Əsas Qanunundan oxuması vacibdir: "Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək".

Atalar sözüdür: "Yalançının yaddaşı olmaz" deyiblər. Bu, təsdiqini daha aydın tapır. Paşinyan bu il fevralın 1-də ölkəsinin "İctimai Televiziya"sına müsahibəsində Ermənistan əsas qanunun yarıtmazlığını bir daha bəyan edərək bildirmişdi ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: "Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq".

O, qonşularla münasibətləri inkişaf etdirmək, yaxşılaşdırmaq üçün ölkəyə yeni konstitusiya lazım olduğunu vurğulayıb.

1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin sədri L.Ter-Petrosyan və Ali Sovetin katibi A.Saakyanın imzaladığı "Ermənistanın müstəqilliyi haqqında Bəyannamə"də isə vurğulanıb: "Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının dekabr tarixli birgə Qərarına əsaslanaraq, İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin prinsipləri və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirən 1989-cu il 1 saylı "Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirmək..." . Həmin sənədin ikinci bəndi isə belədir: "II Ermənistan Respublikası beynəlxalq səviyyədə tanınma davasını, 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımını dəstəkləyir".

Sənədin 12-ci maddəsində isə yazılıb: "Bu Bəyannamə Respublika Konstitusiyasının hazırlanması üçün əsasdır".

Bu, Ermənistan Konstitusiyasının təcavüzkar olduğunu, ermənilərin "Qarabağın Ermənistana biləşdirilməsi" kimi "miatsum" xülyasından xilas olmadığını təsdiqləyir. Nikol Paşinyan və komandasının Qarabağın Azərbaycan, Ağrı dağının isə Türkiyəyə aid olduğuna dair verdikləri açıqlamaları əməli olaraq təsdiqləməsi münasibətlərin normallaşmasına təkan verər.

O, bir tərəfdən ikitərəfli birbaşa əlaqələrin tərəfdarı olduğunu bildirir, digər yandan isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsini birmənalı olaraq demir. Bu məsələ üzərində iddialar isə manipulyasiya xarakterlidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Minsk qrupu tarixdə qalıb. O, avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!".

Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsində də riyakarlıq edib. Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini 30 il blokadada saxlayıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra da bu proses davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışıb ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Rəsmi İrəvanın xoşməramlı olduğunu nümayiş etdirmək üçün əvvəlcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın açılmasına imkan yaratması vacibdir. Başqa nəqliyyat məsələlərinə isə sonra baxıla bilər. Çünki Ermənistan hakimiyyəti Azərbaycanın etimadını hələ qazana bilməyib. Odur ki, rəsmi Bakının öz vətəndaşlarının taleyini Ermənistanın ümidinə buraxması mümkünsüzdür. Çünki tarix Ermənistanın belə hallarda necə davrandığı dəfələrlə təsdiqləyib.

Beləliklə, Nikol Paşinyanın çıxışından altı məqama diqqət çəkdik. O, açıqlamaları ilə regiondakı həqiqətləri təhrif edib. Baş nazirin çıxışı ölkəsinə, ona etibara, etimada və inama bir daha zərbə vurub. Hökumət başçısı bu yalanlarla yalnız yüz ildən artıqdır "dənizdən dənizə" kimi xülyalara inanan erməniləri aldada bilər. Çünki onlar bir-biri ilə belə davranışa adət edib. Ancaq beynəlxalq ictimaiyyətə yalan demək tərbiyəli hökumət başçısına yaraşmaz. Paşinyan yerisə də, "yalan ayaq tutar yeriməz".

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 830   Tarix: 01 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ ordusunda hərbçilərin sayını artırır

ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi

24 may
.

Bild: Almanların əksəriyyəti Bundesverin ölkəni müdafiə edə biləcəyinə inanmır

Almanların böyük əksəriyyəti Bundesverin ölkəyə hərbi hücum olacağı təqdirdə Almaniyanı müdafiə edə biləcəyinə inanmır. "Report" xəbər verir ki, bunu Bild qəzetinin sifarişi ilə "INSA" sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri sübut edir. Araşdırmaya görə, respondentləri

24 may
.

CHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib

İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb

24 may
.

Tarixdəki ən yüksək səs nə olub? - Planeti 3 dəfə dövr edən şok dalğası

Qulaqları kar edə biləcək gücdə bir partlayışın planetin o biri ucundan eşidilə biləcəyini heç düşünmüsünüz? Gündəlik həyatda rastlaşdığımız səslər, tarixdə baş vermiş bəzi nəhəng hadisələrin yanında olduqca zəif qalır. Qaynarinfo-nun məumatına görə, elmi məlumatlar və tarixi qeydlər göstərir ki, Ye

25 may
.

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb. Nəşri

24 may
.

Qan təzyiqini ölçmək üçün ən dəqiq metod müəyyən edilib

Həkimlər Paula Samper və Xavyer Marin maksimal dəqiq nəticələr verən qan təzyiqinin (arterial təzyiq) ölçülməsi metodunu tövsiyə ediblər. -ın xəbərinə görə, onların tövsiyələrini "HuffPost" nəşri dərc edib. Həkimlər izah ediblər ki, arterial təzyiqi ardıcıl üç dəfə, bir və ya ikidəqiqəlik fasilələrl

24 may
.

Çexiya Prezidenti ABŞ-nin NATO daxilində gözlənilməz qərarlarından narahatdır

Çexiya Prezidenti Petr Pavel ABŞ rəhbərliyinin NATO daxilində qeyri-müəyyənliyə səbəb olan gözlənilməz hərəkətlərindən narahatdır. "Report"un məlumatına görə, bu barədə CTK agentliyi xəbər verib. "Məni hazırda NATO daxilində gördüyümüz qeyri-müəyyənlik və gözlənilməzlik narahat edir"

24 may
.

Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə

Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim

23 may
.

Ölkəni şoka salan OLAY: ata-ana uşaqlarının gözlərini bağlayıb meşədə azdırdı

Portuqaliyada 41 yaşlı Marin Russo və onun 55 yaşlı həyat yoldaşı Mark Ballabriqa uşaqlara qarşı qəddar rəftar şübhəsi ilə saxlanılıblar. xarici KİV-ə istinadla bildirir ki, cütlük 5 və 3 yaşlı oğullarını gözləri bağlı vəziyyətdə meşədə tərk edib. Oğlanlar Alkaser-du-Sal və Komporta kurort şəhərlər

24 may