"Babam istəmirdi ki, onları bu sənətdə görsün, kim babamın mahnılarını oxuyursa..." - Mirzə Babayevin nəvəsindən AÇIQLAMALAR
"Bu gün babamın sənətini, yaradıcılığını ailədə davam etdirən kimsə yoxdur. Yeniyetmə yaşlarında bibim qızı oxuyurdu, hətta babamla birlikdə bir dueti də var. Amma o peşəkar müğənni olmadı. Bir də mənim doğma bacım bir-iki filmə çəkilib. Onlardan biri də "Asif, Vasif, Ağasif"-dir. Amma o da nə peşəkar aktrisa oldu, nə də müğənni. Sözün düzü babam özü də istəmirdi ki, onları bu sənətdə görsün".
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Mirzə Babayevin nəvəsi Emin Babayev deyib. O daha sonra "Babanızın mahnılarından qonorar alırsınız?" sualına belə cavab verib.
"Ötən ilin əvvəlində mənə "Mixpro" adlı bir şirkət müraciət etdi. Hansı ki, bu müəllif hüquqlarını qoruyur. Mən onlarla müqavilə bağlamışam. Müəlliflik hüququ müğənnidən də əvvəl bəstəkara və söz yazarına düşür. Amma müğənni də orada müəllif kimi nəzərdə tutulur. Babamın adına rəsmi yutub kanalı açılıb. Düzdür, indiyə qədər qonorar almamışam. Onlar mənə mütəmaddi olaraq hesabat yollayırlar ki, ora nə qədər məbləğ yığılır. Həmin yutub kanalında 100-dən çox mahnı yerləşdirilib. Biz planlaşdırıq ki, həmin mahnıların sayını 200-ə çatdıraq. Çünki babam sağlığında müsahibələrinin birində demişdi ki, onun ifasında 200-ə yaxın yazılmış mahnı var. Bu mahnılar müxtəlif arxivlərdədir. Mən həmin mahnıları arxivlərdən tapıb, o şirkətə verirəm. Onlar da yutub kanalına yerləşdirirlər" deyə sənətkarın nəvəsi bildirib.
Emin Babayev "Babanızın mahnılarını kimlər layiqincə oxuyub, təbliğ edir?" sualına isə belə cavab verib.
"Müğənnilərə dair heç nə deyə bilmərəm. Çünki izləmirəm. Kim babamın mahnılarından hansını oxuyur xəbərim yoxdur" deyə bildirib.
Sənətkarın nəvəsi babasının adından istifadə edən şəxsin kimliyini də saytımıza açıqlayıb.
"Bu mövzu ilə bağlı mənə çox zənglər gəlib. Bu kişini bir adam tanıdı. Bu insan musiqiçidir. Çox gümankı babamı sağlığında görürdü, tanıyırdı. Dedilər ki, onun maddi, psixoloji problemləri var. Mən xahiş etdim ki, onun qohumlarından birinin əlaqə nömrəsini tapıb, onunla söhbət etsinlər. Bəlkə o da bundan sonra bu əməllərini dayandırar. Öz-özümdə də fikirləşirəm ki, bəlkə həmin şəxs ehtiyac ucbatından bunu edir? Bir çoxları da deyir ki, qoy Mirzə Babayevin hesabına dolansın da. Bu bir tərəfdən savabdır, bir tərəfdən də ailəmiz üçün bir ləkədir. Çünki əksər insanlar ona inanır. Bəlkə də bu yazılar həmin şəxsin özünə də çatar və bu əməlləri dayandırar" deyə sənətkarın nəvəsi bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabrMələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr