Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəl

Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəlLent.az "Bioqrafiya" rubrikasında aktrisa, Xalq artisti Məleykə Əsədova haqqında məlumat verir.

- Məleykə Əsədova harada anadan olub?

Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

- Məleykə Əsədova harada ali təhsil alıb?

1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.

- Məleykə Əsədova hansı teatrda , hansı rolla işə başlayıb?

Bu barədə suala o müsahibələrindən birində belə cavab verib:
"Gənclər teatrı ilə başlamışam. İlk tamaşam "Aydın" tamaşası olub. Mən İncəsənət Universitetinin axırıncı kurslarında Lütfi Məmmədbəyovun təklifi ilə balaca bir rol oynamışdım. Həmişə mənə deyirdi ki, sən mütləq səhnədə olmalısan".

- Sənətə gəlişi üçün ən çox kimə minnətdardır. İlk müəllimi kimi hesab edir?

"Hər zaman deyirəm ki, məni sənətə Lütfi müəllim gətirib. Məni Azərbaycan xalqına sevdirən Lütfi müəllimin tamaşaları olub. Bilirsiniz, mən istedadıma o qədər güvənirdim ki, uşaqlıqdan mahnılar oxuya-oxuya deyirdim ki, mən aktrisa olacam. İstedadıma çox inanırdım, mahnı oxuyurdum, rəqs edirdim, İncəsənət Universitetində oxuyanda hamı mənə deyirdi ki, çox istedadlısan. Özümə çox arxayın idim, həmişə ən çətinə varan aktrisa idim. Lütfi müəllim mənə deyirdi ki, Allah səni səhnə üçün yaradıb",- deyə o bildirib.

- Məleykə Əsədova özü haqqında nə fikirdədir?

Bu sualın cavabı da özündən gəlsin: "İncə zərif olmağıma baxmayaraq, həmişə mərd qız olmuşam.
Daxilimdə də böyük güc var idi. Özümü 3 kəlmə ilə təsvir etsəm, səmimi, əsl insan, zəhmətkeş deyərdim"

- Məleykə Əsədovaya şöhrəti hansı rol qazandırıb?

Orxan Kamalın "Yad qızı" tamaşasındakı Jalə və "İtkin gəlin" teletamaşasındakı Əfsanə rolları.
"Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim "Aktyorlar evi"nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. "Yad qızı" mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair, və ilaxır. Həsən Turabov da məni görmüşdü, çox bəyənirdi. Şəxsən özü, mənə dedi ki, gəl "Azdrama"ya işləməyə. 1993-cü ilin əvvəlindən başladım "Azdrama"da işləməyə. Orda da çox böyük obrazlar oynadım.

Həmin dövrlərdə Əlibala müəllimin "İtkin gəlin" tamaşası çəkilirdi televiziya üçün. Çox aktrisaları yoxlamışdılar, amma seçə bilmirdilər. Əlibala müəllim məni görən kimi dedi ki, mənim aktrisam Məleykədir. Sən Əfqanıstanda gördüyüm qıza bənzəyirsən"- deyə aktrisa bu barədə danışarkən bildirib.

-Məleykə Əsədova ailə qurub?

Bəli. Lakin qısa müddət sonra həyat yoldaşından ayrılıb.
"Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Sağ olsun, anam. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum. Mən bundan sonra heç vaxt istəmirəm ki, ailə quram. Çünki mən qız böyüdürəm. İş, sənət, övladım. Çox ağırdır, çox. Belə incə görünməyimə baxmayın, daxilimdə kişi qüdrəti daşıyıram. Amma artıq öyrəşmişəm və dözürəm. Qız övladımın yanına yeni bir ata gətirmərəm" - deyə o bildirib.

- Məleykə Əsədova kimisə sevib?

Bir dəfə "Söz baz" verilişinə qonaq olan aktrisa gənc yaşlarında ailə qurmaq üçün kifayət qədər şansının olduğunu, lakin sevdiyini sənətinə qurban verdiyini bildirib. O, yarım qalan məhəbbətindən də danışıb:

"Qarşımda gözəl şanslar olub. Ailə qura bilərdim. Amma bunun üçün neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim ki, bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan bu sənətdə olmağımı istəmirdi. Hətta dedilər, "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi". Deyib.

- Məleykə Əsədova rol üçün radikal dəyişikliklərə razı olar?

"Xarici görünüşümdə dəyişiklik edərəm, amma kökəlməyə heç vaxt razı olmaram. Bunu heç istəmirəm. Səhnə arıqlığı, plastikanı sevir. Filmdə kök aktrisa lazımdırsa, kök aktyoru seçərlər və ya buna uyğun qrim yaradarlar" deyib.

- Məleykə Əsədovanın şöhrətə çatmasında gözəllik rol oynayıb?

Bu barədə o belə deyib: "33 ildir dayanmadan böyük səhnədə obrazlar yaradıram. Müxtəlif rejissorlarla işləmişəm. Oynadığım rolların 90 faizini klassik obrazlar təşkil edir. Təsdiq olunmuş aktrisa istedadından danışmamalıdır. Dünya teatrlarında bir aktrisa 3 klassik obrazı ifa edibsə, daha onun peşəkarlığı, təcrübəsi sorğu-sual edilmir. O özünü təsdiq etmiş sayılır".

- Məleykə Əsədova xoşbəxt, qayğısız qadın kimi görünür. Görünməyən tərəfləri varmı?

"Görünməyən tərəfim var. Hər kəs məni obrazlarımla görür. Əslində ana kimi, qadın kimi çox zəhmətkeşəm. Məleykə öz zəhməti ilə evinin həm kişisi, həm qadınıdır. Bu zərif çiyinlərin altında bir kişi qüvvəti var. Onun çiynində bir ana məsuliyyəti var, öz çətinlikləri var və bu barədə danışmaq istəmir. Qoy elə Məleykəni öz obrazları ilə xatırlasınlar. Məleykə çox zəhmətkeş qadındır. Məleykə ömrü asan deyil. Allaha çox şükür edirəm. Nə yaxşı ki, mənə bu gücü, istedadı, qızımı verib. Allah məni özündən başqa kiməsə möhtac etməsin. Məni sevən, sevməyən hər kəsə övladının gözəl günlərini görmələrini arzu edirəm",- deyib Məleykə xanım.

- Məleykə Əsədovanın neçə övladı var?

Bir qızı var. ADA universitetində təhsil alır.

- Məleykə Əsədova xoşbəxt qadındır?

"Demək olmaz ki, tam xoşbəxtəm. Amma buna da şükür edirəm. Qadın kimi ola bilər xoşbəxt deyiləm. Amma aktrisa, ana kimi xoşbəxtəm. Guya hər ailə quran xoşbəxt olur?" – o deyib.

- Məleykə Əsədova kinli insandır?

"Bağışlayıram, amma güvənimi qıran insanla ünsiyyət qurmuram. Bir dəfə edibsə, yenə edəcək. Xarakter dəyişilmir. İllər mənə hər şey verdi. Amma güvənimi apardı. Mən insanlara güvənə bilmirəm. Özümə hasar çəkmişəm"- deyə o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3809   Tarix: 03 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Könül Kərimovanın qızı boşanıb

Əməkdar artist Könül Kərimovanın qızı Ləman boşanıb. Axşam.az xəbər verir ki, müğəninin qızı bu barədə özü açıqlayıb. O, həyat yoldaşı Orxanla ayrıldıqlarını bildirib. Qeyd edək ki, Ləmanın 2017-ci ildə Orxanla ailə qurub. Onun bu evlilikdən Dəniz adlı bir qızı var

29 avqust
.

Kanye Rusiyada konsert verəcək

Reper Kanye Uest bu payız Rusiyada konsert verəcək. OLAY yazır ki, amerikalı reperin konsertlərinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilməsi planlaşdırılır. Bu barədə xarici ifaçıların konsertlərinin təşkili ilə məşğul olan "Say Edjensi" şirkəti məluma

18 avqust
.

Məşhur aktyor bacısının toyuna getmədi - İLGİNC SƏBƏB - VİDEO

Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit ailə həyatı qurub. xəbər verir ki, toy mərasimi Samsunun Bafra rayonunda keçirilib. Özçivit ailəsinin üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdə Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin olmaması diqqət çəkib. Məlumata görə, Burak Özçivi

30 avqust
.

"Evlilik təklifi alanda yalnız bir şey istədim"

"Oğlum kinorejissorluq üzrə təhsilini bitirib. Bir müddətdən sonra mənə "Hollivuda getmək istəyirəm" dedi. Los-Ancelesdədir. Artıq 2 il olur. Onun üçün çox darıxıram. Hazırda kliplər, reklam çarxları çəkir. Film sektoruna hələ keçid etməyib. Çünki bunun üçün müəyyən bir müddət lazımdır

16 avqust
.

Məşhur türk müğənni yaşını 4 yaş azaldıb

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan barədə maraqlı məlumat diqqət çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi yaşını məhkəmə qərarı ilə 4 yaş azaldıb. Sedanın şəxsiyyət vəsiqəsində 1959-cu il olan təvəllüdü 1962 olaraq dəyişdirilib. Onun qərarı izləycilər arasınd

30 avqust
.

Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı

Məşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb. xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. "İnsanlara böyük hörmətlə yanaşdığı

30 avqust
.

Entoni Hopkins 88 yaşında arzusunu gerçəkləşdirdi

Britaniyalı aktyor Entoni Hopkins ilk tamformatlı musiqi albomunu buraxıb. "Decca Classics" saytına istinadən xəbər verir. "Quzuların sükutu" filmində Hannibal Lekter rolu ilə məşhurlaşan sənətçi bu albomu 88 yaşında təqdim edib. "Life Is a Dream" adlanan albom Hopkinsi

22 avqust
.

Mətanət Əsədova: "Kişilər güclü qadın sevmir"

"Bu gün heç bir kişi güclü qadını sevmir. Bunu yadınızda saxlayın, öz həyatımdan bilirəm. Ağıllı, güclü, hər şeyin öhdəsindən gələn bir qadını heç bir kişi sevməz. Kişi heç nəyi bilməyən, diqqətsiz qadını sevir. Qadınlara üzümü tutub deyirəm ki, çox güclü olmayın. xəbər verir ki, bu sözləri müğənn

21 avqust
.

"Bozo"nun eks-sevgilisini canlandıracaq - Foto

"Yeraltı" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Şükran Ovalı rol alacaq. O, ekran işində "Bozo"nun eks-sevgilisi obrazını canlandıracaq. Qeyd edək ki, baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

16 avqust