Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?

Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?Xalq artisti, gözəl aktrisa Səfurə İbrahimova Azərbaycan teatr və kino sənətinin ən görkəmli nümayəndələrindən biridir. Aktrisa bir zamanlar gözəlliyi ilə hər bir tamaşaçısının qəlbini fəth etməyi bacarmışdı. Lakin ömrünün son illərində tərkidünya olub, hər kəsdən uzaqlaşan sənətkar elə təklik içində də dünyasını dəyişdi. Vəfat edəndən az bir müddət sonra haqqında mətbuatda yayılan yazılarda aktrisanın bankda külli miqdarda pulunun və evinin olduğu yazılmışdı. Bəs görəsən sənətkarın var-dövləti kimə qalıb?

Xalq artisti Səfurə İbrahimovanın dayısı qızı Nailə Səlimova Moderator.az-a açıqlamasında bu haqda suala cavab verib.

"Səfurəyə baxmadılar, heç kim evinə gedib-gəlmədi. Çünki evinə heç kimi buraxmırdı. Təkcə qonşusu gedib-gəlirdi, bir də qardaşı qızı. Evinə buraxsaydı özüm gedib baxardım, yanında qalardım. Ona ana, bacı olardım. Mən sadə insanam, mehriban xasiyyətliyəm. Nədənsə bizi də evinə buraxmırdı. Nə etmək olardı? Öləndən sonra qəyyumu da çıxdı, varisi də. Qardaşının balası dedi ki, mən baxmışam bibimə. Evi də, bankdakı nə qədər pulu da həmin qıza qaldı. Səfurə xanım sonsuz idi. Biz o qohumlardan olmamışıq, onun özünü istəmişik, pulunu yox. Eşitdim ki, qardaşı qızına qalıb sevindim. O da kasıb uşaqdır" deyə sənətkarın qohumu bildirib.

Xalq artistinin qohumu onun tərkidünyalığının səbəbini də açıqlayıb.

"O illərdə teatrda aktyor-aktrisalar arasında böyük rəqabətlər, çəkişmələr olurdu. Elə indi də var. Səfurə sakit təbiətli, əxlaqlı, ləyaqətli xanım idi. Çox ciddi xasiyyətli idi. Gülməzdi, danışmazdı, özünü ağır aparardı. Görünür onun bu xasiyyəti digər həmkarlarının xoşuna gəlməyib. Ona görə də onu sevməyən aktrisalar da var idi. Teatrda ona qalib gələ bilməyənlər başqa vasitələrlə ona şər atıb, adına ləkə yaxmaq istəyirdilər. Səfurə o vaxt İncəsənət universitetinə bir uşağa köməklik edib, qəbul etdirmişdi. Bunu da digər aktrisalar biliblər. Bu hadisədən sonra götürüb ona anonim zənglər edirdilər. Biz bilirdik bu aktrisa kimdir. Zəng edib ona deyirdi ki, mən hamıya deyəcəm ki, sən rüşvət almısan. O da bu hadisədən sonra qorxmuşdu, havalanmışdı. Tərkidünya oldu. Adına təqaüd yığılırdı, gedib götürmürdü. Çünki bu hadisə onu məhv etmişdi, sağ ikən öldürmüşdü" deyə sənətkarın qohumu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1274   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas

24 oktyabr
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16 oktyabr