"Bütün günü efirlərdə görünsəm özüm-özümə nifrət edərəm, bu artıq faciədir"
"Kim elə bir rejissor tapsa mən ona "Nobel" mükafatı verəcəm"
Əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Füzuli Hüseynov Moderator.az-ın suallarını cavablandırıb.
-Füzuli müəllim, bu gün sizin doğum gününüzdür. Sizi təbrik edirik. Doğum günü sizin üçün nə anlam kəsb edir?
-Öncə təbrikləriniz üçün təşəkkür edirəm. Doğum günü mənim üçün o anlamı kəsb edir ki, ömrümüzün bir ili də belə getdi.. Qocalırıq yavaş-yavaş. Amma hələlik hiss etmirəm. Mən heç vaxt inanmazdım ki, gəlib bu yaşa çataram. Amma deyir "Sən saydığını say, gör fələk nə sayır". Allah bilən məsləhətdir. Hazırda özümü 50 yaşımda hiss edirəm. Hər yaşın öz gözəlliyi var. Mən çalışıram elə yaşayım ki, sonradan təəssüflənməyim ki, bunu edə bilmədim. Azadlığımı itirmək istəmirəm. İstəyim budur ki, etdiyim hansısa işə peşman olmayım. Keçmişlə yaşamıram, o artıq olub bitib. Orada qaldınsa bu artıq faciədir.
-Özünüzə arzularınız nədir?
-Özümə yeganə arzum budur ki, kiməsə möhtac olmayım. Özüm-özümü idarə edə bilim, kimsəyə əziyyət verməyim. Bundan başqa heç bir arzum yoxdur. Sənətimlə bağlı da heç bir arzum yoxdur. Çünki sənətlə, peşə ilə bağlı arzu edənlər mənə görə anormal adamlardır. İş olarsa işləyəcəyik, olmazsa oturub gözləyəcəyik. Mən peşəkar teatr və kino oyunçusuyam. Uyğun bir iş olanda mən heç vaxt etiraz etmirəm. O işi kimin görəcəyi də mənim üçün önəmlidir. Professional insanlarla işləməyi hər zaman sevmişəm. Ağıllı adam təklif edərsə ona qulaq asa bilərəm. Təkliflər olur əlbəttə ki. Mən hər təklifi qəbul etmirəm. Bu da mənim xarakterimdir.
-Nədənsə sizi sevən tamaşaçıların gözünü yollarda qoyub, efirlərə də çıxmırsız..
-"Sizi sevən tamaşaçılar" sözündən də xoşum gəlmir. O ki, qaldı verilişlərə çıxmamağıma.. Verilişlərdə hər gün görünən insanların kim olduğunu hər kəs çox yaxşı bilir. Təbii ki, hamını demirəm, istisnalar var. Bütün günü efirlərdə olmaq, tez-tez gözə girmək tamaşaçıları bezdirən bir haldır. Elə olsam mən özüm-özümə nifrət edərəm. Ona görə də verilişlərə getmirəm.
-Xasiyyətcə səbrli insansız?
-Demək olar ki, səbrli adamam. Bir az da uzaqgörənliyim var. Hiss edirəm ki, nə olacaq?! Oturub o anı gözləyirəm. O da realizə olanda çox sevinirəm. Hərhalda Allahın mənə bəxş etdiyi bir nemət var. Şükür Allaha heç bir şeydən narazı deyiləm, normal həyatımı yaşayıram, kimsəyə əziyyət də verməmişəm. Ölənə qədər də inşallah əziyyət verməyəcəm. Hamınıza xoş günlər arzu edirəm. Nə edirsinizsə edin, mənliyinizi itirməyin! Onsuz da insan öləndən sonra unudulur, yaddan çıxır. Fərqi yoxdur! Nə qədər ki, səni tanıyan var yaşayırsan! Onlar da yox olandan sonra sən də gedirsən. Sadəcə 5-3 nəfər səni yada salacaqsa qoy rəhmət oxusun. "Pis adam deyildi" desin heç olmasa.. Rəzillikdən, alçaqlıqdan, satqınlıqdan uzaq olmuşam həmişə, belə də olacam.
-Nə vaxtsa rejissordan özünüzə rol xahiş etmisiniz?
-Xeyr! Heç bir vaxt heç bir rejissordan nə rol xahiş etmişəm, nə də hansısa tamaşada oynamaq istəyimi bildirməmişəm. Kim elə bir rejissor tapsa mən ona "Nobel" mükafatı verəcəm. Elə bir şey yoxdur. Yalnız rejissorların özündən təklif almışam, götür-qoy etmişəm, ya təklifi dəyərləndirmişəm, ya da ki, imtina etmişəm.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Dənizin altında fizika qanunlarına meydan oxuyan ölçmə: Balina səslərinin sirri açıldı
Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var
Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO
Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibb işçilərinə mühüm dəstək: əməkhaqlarının artırılması səhiyyədə yeni stimul yaradır
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı
Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib - FOTO - VİDEO
Həkim əməyinə yüksək qiymət: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə işçilərinə yeni stimul verdi
Azərbaycanda kənd təsərrüfatı torpaqları ilə bağlı YENİ LAYİHƏ - Prezident TƏSDİQLƏDİ
Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı