"Möhtəşəm yüzil"-də çəkilən, sol ayağı amputasiya olunan aktyorun digər ayağında da problemlər yaranıb
"Yavaş-yavaş özümə gəlirəm. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindəyəm. Həkim səhlənkarlığı ucbatından ayağımdan olmuşam. Bu məsələyə görə də heç kimi məsuliyyətə cəlb etmədilər. Dünya belədir də. Haqsızlıq baş alıb gedir. Mən nə edim? Dərdimi kimə deyə bilərəm? Haqq-ədalət öz yerini tapmadı. Heç bir yerə müraciət də etmirəm daha! Etmərəm də!"
Bunu Moderator.az-a açıqlamasında həkim səhlənkarlığına görə ayağının amputasiya olunduğunu deyən aktyor Əlvan Fərmanoğlu bildirib. O daha sonra əlavə edib.
"Sənətə davam etdirə bilmərəm. Ayağım məni sənətimdən də etdi. Ayağım olmayandan sonra hansı sənətdən danışa bilərəm?! Hansı sənətdən danışa bilərəm ki, 40 ilin sənətkarını məhv edib qoyublar! Kimsəsiz, köməksiz qalmışam! Xahiş edirəm, əgər bacarırsınızsa bu işin üstünə siz özünüz düşün. Mənim artıq gücüm çatmır" deyə o bildirib.
Aktyor diqqətdən kənar qaldığını bildirib.
"Bu illər ərzində fəxri adı da mənə çox gördülər. Pulum olmadığına görə fəxri adım da olmayıb. Tənqid-Təbliğ Teatrında, Musiqili Komediya Teatrında, Təbəssüm Teatrında, Arif Satira Teatrında çalışmışam. Hansını deyim sizə? Sənət yoldaşlarımdan da bir dəstək görməmişəm. Dəstək olmayandan sonra nə edim? İlkin Həsəni və komandası mənə dəstək olub. Onlarla "Buğlama" serialında çəkilmişəm. Maddiyatım da yoxdur. Ayda 450 manat Mədəniyyət evindən maaş alıram" deyə o bildirib.
Aktyorun səhhəti qəfil pisləşdiyi üçün qardaşı qızı Günəş Hacıyeva ilə söhbətə davam edirik.
"Əmimin bu halı bizi də çox üzür. Klinika yalan məlumatlar verir. Guya biz onlardan təzminat tələb etmişik! Etdikləri səhv bəs deyilmiş kimi hələ yalan da danışırlar. Bu boyda insanı yıxıb böyrü üstə qoyublar. Hələ bir danışmağa üzləri də var. Avqustun 18-i əmim ayaqlarındakı ağrılarla bağlı klinikaya gedib. Anju ediblər, damarı da zədələyiblər. Sonra qanaxma baş verib. Qanaxmadan sonra da təkrar biz əmimi ora apardıq. Həkim tibbi sarğı ilə bağlayıb deyib ki, 3 gün ayağını açma. 3 gün ərzində bu insanın ayağı bağlı qalıb. Necə ola bilər sizcə? Hansı savadsız həkimə desən ki, 3 gün ayaq bağlı qalıb gülərlər adama! Ayaq da 3 gün bağlı qalanda qanqrena olur. Həkim vaxtında deyərdi ki, mən belə bir səhvə yol vermişəm. Əmimi bu vəziyyətdə otaqda qoyub gedib ki, mənim əməliyyatım var. 1 aydır ki, xəstəxanadayıq. Belə getsə hələ də burada qalacağıq. Sol ayağında da problemlər var. Həkim onun hər iki ayağını zədələyib, məhv edib. Sol ayağında qaralmalar, tromblaşmalar başlayıb" deyə sənətkarın qohumu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ