Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"
Son illərdə Azərbaycanda ev telefonlarına maraq xeyli dərəcədə azalıb. Ekspertlər bunu mobil telefonların sürətli inkişafı ilə əlaqələndirir. Ancaq bu tendensiya yalnız texnoloji inkişafla əlaqədar deyil, həm də insanların həyat tərzində və ünsiyyət vərdişlərində baş verən köklü dəyişikliklərlə bağlıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 1.4 milyona yaxın olduğu halda, bu rəqəm 2023-cü ildə 1.3 milyona düşüb. Ümumilikdə sabit telefon istifadəçilərinin sayı 1.4 milyona yaxındır.
Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" telekommunikasiya şirkətindən Modern.az-a bildirilib ki, xidmətlərdən istifadə vətəndaşların seçiminə bağlıdır.
"Müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi xidmətlərdən imtina etmək istədiyi təqdirdə öncədən ərazi üzrə xidmət göstərən şöbəyə ("Aztelekom") və Rabitə Xidmətləri Mərkəzlərinə ("Baktelecom") yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər", - qurumdan verilən açıqlamada deyilir.
O da bildirilib ki, vətəndaşlar qoşulma zamanı istədiyi tarif paketini seçməkdə sərbəstdirlər. Abunəçilər yalnız internet xidməti üçün də müraciət edə bilərlər. İnternet paketləri – internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya xidmətlərindən ibarətdir.
Qeyd edək ki, ev telefonlarından imtina təkcə Azərbaycana məxsus deyil. Məsələn, ABŞ bu tendensiyanı illər əvvəl yaşamış ölkələrdən biridir. "Pew" Araşdırma Mərkəzinin məlumatlarına görə, ABŞ-da ev telefonu istfadəçilərin sayı 2010-cu illərdən bəri kəskin şəkildə azalıb. 2017-ci ilə qədər artıq evlərin yarısından çoxu yalnız mobil telefon istifadə edirdi. 2022-ci il statistikasına əsasən, yalnız mobil telefon istifadə edən ev təsərrüfatlarının sayı 70%-i ötüb.
Avropa ölkələrində də bu azalma müşahidə olunur. Böyük Britaniyada 2020-ci ildə sabit telefonlardan istifadənin azaldığını və daha çox insanın mobil cihazlara üstünlük verdiyini göstərən tədqiqatlar mövcuddur. Böyük Britaniya Rabitə Nəzarət Qurumunun məlumatlarına əsasən, ev telefonuna sahib olan ev təsərrüfatları 2000-ci illərin əvvəllərində 90%-dən artıq olsa da, 2021-ci ilə qədər bu göstərici təxminən 50%-ə enib.
Əsas səbəblərdən biri mobil telefonların sürətli inkişafı və geniş yayılmasıdır. Mobil cihazlar insanlara hər yerdən və istənilən vaxt ünsiyyət qurmaq imkanı verir. Bundan əlavə, internet texnologiyalarının inkişafı, sosial media və mesajlaşma tətbiqləri sabit telefonlardan istifadəni əvəzləyib.
Müşahidəçilər qarşıdakı illərdə insanların sabit telefonlarından tamamilə imtina edəcəyini proqnozlaşdırır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Əli Həsənova yeni vəzifə verilir
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video