Əhaliyə xəbərdarlıq! Diqqətli olun vaxtı keçmiş mallar yenidən satışda

Əhaliyə xəbərdarlıq! Diqqətli olun vaxtı keçmiş mallar yenidən satışda"İstehlak bazarında aparılan yoxlamaların təhlili göstərir ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə yararsız hala düşmüş-saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəticəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır".
Bu haqda "İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi" İctimai Birliyinin sədri Azər Sərdarov bildirib.
Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən bu cür malların satışının qadağan olunduğunu nəzərə alsaq, istehsalçı, idxalçı və təchizatçı müəssisələr tərəfindən həmin malların geri yığılması başa düşülən deyil. Bir sıra pərakəndə ticarət obyektləri isə bu halı malları geri qaytararaq dəyərinin əvəzləşdirilməsi, yaxud istifadəyə yararsız malların əvəzinə yararlı mal götürülməsi ilə izah edirlər. Bu hal iqtisadi münasibətlərdə, istehlakçıların hüquqlarının qorunmasında, rəqabətli bazar mühitinin yaranmasında da ciddi problemlər yaradır.
A.Sərdarov bildirib ki, bir sıra pərakəndə ticarət obyektlərində yararsız hala düşmüş məhsulların geri qaytarılması mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müddəti dəyişdirilərək, bəzən, hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıdır. İri mal göndərən subyektlərin orta və kiçik, yeni yaranmış sahibkarlıq subyektlərini bazardan sıxışdırmasına və bazarda təmərküzləşmə yaranmasına səbəb olur. Belə ki, iri mal göndərənlər külli miqdarda malları pərakəndə ticarət obyektlərinə təhvil verib satılmayan hissəsini geri götürürlər. Bu subyektlərin ticarət dövriyyəsi böyük olduğundan malların geri götürülməsi onların iqtisadi vəziyyətinə bir o qədər də təsir etmir. Kiçik və yeni yaranmış sahibkarlıq subyektləri isə bu cür rəqabətə davam gətirə bilmirlər.
Bütün bunlara əsasən A.Sərdarov təklif edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları"nın 4.8-ci bəndinə aşağıdakı məzmunda 2-ci abzas əlavə edilsin:
"Saxlama və yaralılıq müddəti ötmüş və istifadəyə yarasız hala düşmüş malların pərakəndə ticarət, ictimai iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onlar məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir".

Mənbə: publika


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1259   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Pomidor-xiyar bu tarixdən sonra UCUZLAŞACAQ - AÇIQLAMA

Bazarlarda pomidor və xiyarın qiymətinə ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda iki manatdan ucuz xiyar üç manatdan aşağı pomidor tapmaq mümkün deyil. Niyə pomidor və xiyarın qiyməti hələ də enmə müşahidə edilmir,. Məsələ ilə bağlı iqtisadçı Emin Qəribli -a açıqlama verib. İqtisadçı bildiri

1 may
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

1 may
.

Yay tətil fəslidir: Bəs Azərbaycanda vətəndaş gəliri ilə istirahətə gedə bilir? -Açıqlama

Yay mövsümü yaxınlaşdıqca rayonlara və xaricə istirahət etmək istəyənlərin sayı da artır. Turizm şirkətləri müxtəlif istiqamətlər üzrə yay tur paketlərini satışa çıxarıb. Mövcud bazar qiymətləri ilə hesablandıqda istirahət üçün ailənin bir üzvünə minimum min manata yaxın məbləğ lazımdır. İstirahəti

30 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart