İbrahim Tatlıses daha bir qalmaqalla gündəmə gələn qızına reaksiyası ilə təəccübləndirdi
Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin qızı, elə özü kimi ifaçı olan Dilan Çıtak Tatlıses yenidən gündəmə gəlib. Bu dəfə o, hava limanında əvvəlcə təyyarə bələdçisi, daha sonra isə polis əməkdaşı ilə mübahisəyə girməsi ilə diqqət çəkib.
Sosial mediada böyük əks-səda doğuran bu hadisədən sonra gözlər İbrahim Tatlısesə çevrilib.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Aramızda qalsın" verilişində ifaçıdan qızının bu davranışlarına münasibət bildirməsi istənilib.
Lakin İbrahim Tatlısesin reaksiyası hər kəsi təəccübləndirib. Belə ki, o, əvvəlcə susma işarəsi edib, daha sonra isə bu mövzu ilə bağlı danışmaq istəmədiyini deyib.
Qeyd edək ki, ata-bala arasında münasibətlər çoxdan gərgindir. Bir müddət əvvəl Dilan, atasının Bodrumda yerləşən evinə basqın etmişdi.
Yeri gəlmişkən, Dilan Çıtak bir gün əvvəl Türk Hava Yollarının (THY) Bodrum-İstanbul reysi zamanı pişiyini daşıma çantasına qoymadığı üçün bələdçi ilə mübahisə edib. İkili arasında başlayan sözlü mübahisə qısa müddətdə böyüyüb davaya çevrilib. Hadisə səbəbindən pilot təyyarəyə polis çağırıb və Çıtakdan şikayət edib. Tərəflər polis müşayiəti ilə bölməyə aparılıblar. Dilan Çıtak Tatlıses burada verdiyi ifadədən sonra hava limanından ayrılıb. O da məlum olub ki, Dilan Çıtak Tatlıses aviaşirkət tərəfindən "qara siyahıya" alınıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrElnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrCim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?
Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey
4 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrOğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23 oktyabr