Həbsdə olan bəstəkar müğənnilərə qadağa qoydu, Xalq artisti tövsiyə verdi (AÇIQLAMA)

Həbsdə olan bəstəkar müğənnilərə qadağa qoydu, Xalq artisti tövsiyə verdi (AÇIQLAMA)"Tural Bayraməliyev nə desə, haqlıdır. Turalın buna haqqı çatır, mahnının söz və musiqi sahibi var. Mən Turalı dəstəkləyirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Gülyaz Məmmədova bəstəkar və şair Tural Bayraməliyevin bəzi müğənnilərə onun mahnılarını oxuması ilə bağlı qoyduğu qadağaya aydınlıq gətirərkən deyib.

Gülyaz Məmmədova bütün ifalarında müəlliflərin adını çəkdiklərini vurğulayıb:

"Hər bir musiqinin 4 yaradıcısı var. Sözləri, musiqisi, aranjimanı və ifaçısı. Bunlar həmişə deyilməlidir. Mən Tural Bayraməliyevə haqq qazandırıram. Tural Bayraməliyev bizim dəyərli dostumuz, qardaşımızdır. İllər öncə onunla bizim əməkdaşlığımız olub. Gülyanaqla onun bir neçə mahnısını ifa etmişik. Başqalarını deyə bilmərəm, Gülyanaqla mən onun mahnılarını ifa edəndə həmişə müəllif kimi adını çəkmişik. Uzun müddət Tural Bayraməliyev aramızda olmadı. Mənim onun həbsindən xəbərim olmayıb. Düşündüm ki, yəqin Tural Azərbaycandan gedib, başqa ölkədə yaşayır. Onun həbsi ilə bağlı yaxın zamanlarda eşitdim, çox pis oldum, kövrəldim və təəssüfləndim".

Gülyaz Məmmədova repertuarında vətən, dövlət haqqında mahnılar üstünlük təşkil etdiyini xatırladıb:

"Gülyanaqla nə qədər mahnılar ifa edirik. Bizim qədər dövlət, vətən haqqında mahnı oxuyan ikinci bir müğənni yoxdur".

Xalq artisti, Tural Bayraməliyevə qərarından çəkinməsi ilə bağlı tövsiyə edib:

"Ona tövsiyə edərdim ki, qadağa qoymasın. Bəlkə səhvlərini anlayıb onun mahnılarını ifa edəndə müəllif kimi adını çəkərlər. Hamımız bilirik ki, bu, onun zəhmətinin bəhrəsidir. Başqasının haqqına girmək olmaz".

Qeyd edək ki, Tural Bayraməliyev 2018-ci ildə gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızının şikayəti ilə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub. Bəstəkar təxminən 30-a yaxın mahnısını ölkənin tanınmış müğənniləri tərəfindən ifa edildiyini söyləyib:

"Heç bir zaman mahnılarımı satmamışam. Müğənnilərin kimliyini də özüm seçmişəm. Mənim mahnılarım ilə məşhurlaşan kifayət qədər müğənni var. Bu gün rəsmi tədbirlərdə Xalq artistləri Aygün Kazımova, Gülyaz-Gülyanaq bacıları, Nisə Qasımova, Əməkdar artistlər Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərli sevə-sevə oxuyurlar. Bu qərara gəlməyimin səbəbi o oldu ki, dəfələrlə televiziya kanallarında öz mahnılarımı eşitsəm də, adımın çəkildiyini görmədim. Bu müraciətimdən sonra hansısa tədbirdə və ya el şənliklərində aşağıda adları sadalanan mahnılarımın ifa olunduğunu eşidərəmsə, o şəxslə hüquqi müstəvidə danışmalı olacağam".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 15255   Tarix: 24 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Başqa həbsxanaya köçürüldü

Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-

18 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr