FED sədrindən mühüm açıqlama: "2019-cu ilin sonuna qədər dollar..."

FED sədrindən mühüm açıqlama: "2019-cu ilin sonuna qədər dollar..."ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Janet Yellen, pul siyasəti faizini 2019-cu ilin sonuna qədər ildə bir neçə dəfə artırmağı nəzərdə tutduqlarını bildirib.

Yellen San-Fransisko şəhərində qatıldığı bir toplantıda etdiyi açıqlamada ABŞ iqtisadiyyatının FED-in məşğulluq və qiymət sabitliyi (inflyasiya) hədəflərinə yaxın olduğunu söyləyib və pul siyasətinin mərhələli sərtləşdiriləcəyini və növbəti faiz artımlarının iqtisadiyyatın qarşıdakı aylarda necə inkişaf edəcəyinə bağlı olduğunu deyib.

İşsizlik nisbətinin 5%-dən aşağı düşdüyünü və inflyasiyanın 2%-ə yaxınlaşdığını ifadə edən Yellen, keçən ay edilən 25 bəndlik faiz artımının iqtisadiyyatda qeyd edilmiş irəliləyişi əks etdirdiyini dilə gətirib.

"İndi bir çoxları gələcək faiz artımlarının qəti zamanını və faizlərin nə qədər yüksələcəyini bilmək istəyir, ancaq sadə gerçək budur ki, sizə cavab verə bilməyəcəyəm. Çünki cavab iqtisadiyyatın gələcək aylarda necə inkişaf edəcəyinə bağlıdır. İqtisadiyyatımız çox böyük və kompleksdir; gedəcəyi yolun çaşdırıcı dönüşləri və döngələri ola bilər.

Ancaq sizə nə gözlədiyimizi söyləyə bilərəm. Keçən ay mən və bir çox həmkarım federal fond nisbətini 2019-cu ilin sonuna qədər ildə bir neçə dəfə artırmağı nəzərdə tutduq. Beləcə faiz nisbəti uzun müddətdə (2020-ci ilədək) təxminən 3%-ə yaxınlaşacaq".

Pul siyasətinin davamlı dəyişən iqtisadiyyata uyğunlaşmaq məcburiyyətində olduğunu vurğulayan Yellen, neytral faiz nisbətini təsbit etmək və bunun tətbiqinin bir evdəki termostatı nizamlamağa bənzəmədiyini, mühit istiliyini 20 dərəcəyə nizamlayıb getməyin mümkün olmadığını izah edib.

Yellen, pul siyasətinin təsirlərinin zaman içində ortaya çıxdığına işarə edərək, bu səbəblə qərarlarını ən yaxşı təxminlərinə görə vermək məcburiyyətində olduqlarına diqqəti çəkib.

Çıxışının ardından iştirakçıların suallarını cavablandıran FED rəhbəri, dolların son zamanlarda dəyər qazanmasını qiymətləndirib.

FED-in sərtləşdirdiyi pul siyasəti səbəbilə iki ildir yüksəliş meyilində olan dolların, son dövrdə yeni rəhbərliyin gözlənilən maliyyə siyasətlərinə bağlı olaraq daha çox dəyər qazandığını qeyd edən Yellen, bu vəziyyətin ABŞ-ın xarici ticarət kəsirinə mənfi təsir etməyə davam edəcəyini bildirib.

FED sədri J.Yellen, Barak Obama rəhbərliyindən pul siyasəti baxımından heç bir zaman təzyiq hiss etmədiyini ifadə edib.

ABŞ-ın maliyyə naziri Ceykob Lyu ilə hər həftə görüşdüyünü bildirən Yellen, bu görüşlərin yalnız məlumat mübadiləsi üçün reallaşdırıldığını dilə gətirərək, "Heç bir zaman Obama rəhbərliyindən birinin mənə pul siyasətilə əlaqədar təzyiq etdiyi bir vəziyyətlə qarşılaşmadım",- deyib.

Yellen ABŞ iqtisadiyyatının müvəffəqiyyətinin FED-in və hökumətin ortaq mənfəətləri üçün olduğunu sözlərinə əlavə edib.

mənbə: marja.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3061   Tarix: 19 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021