Qafqaz Universitetinin tələbələri ürək dağladı: " Alnıaçıq aramızdan getdin..."
Qafqaz universitetinin bağlanması xəbəri real cəmiyyətdə olduğu kimi sosial şəbəkədə də böyük səs-küy yaradıb. Universitetinin məzunları, tələbələri #Qafqaz haştağı ilə statuslar paylaşıblar.
Tovuşan Qafqaz Universitenin məzunlarının təəssüf hissini oxuyuculara təqdim edir.
Universitetin məzunları arasında məşhur simalar və öz sahəsində uğur qazanan şəxslər də, təhsil müəsisəsinin bağılanması xəbərinə səssiz qala bilməyiblər.
1. Reper PRoMete – Qafqaz Universiteti, mənə verdiyin ömürlük dostlara görə təşəkkür edirəm.
2. Jurnalist, Qafqaz Universitetinin məzunu İlkin Mustafayev – Ən dəhşətli zarafat isə "sən "Qafqaz"i bitirmisən, Qafqaz isə bağlanıb, deməli, sən diplomsuzsan. Diplomsuz biri isə heç kimə lazım deyil"dir…Zarafatı belə toxunur…
3. Məzun Kamran Ağayev – Hər konfransdan gələndə, hər kitab yazanda Univeristetin rektoru, bəli, məhz türk rektoru Ahmet Sanıç bəy məni otağına çay içməyə dəvət edirdi. Rektor tələbəni çay içməyə çağırırdı! Etdiyim işlərə görə mənlə fəxr etdiyini, Vətənimin adını daha da ucaldmağı mənə deyirdi. Ağır işlərinin arasına mənlə, hansısa tələbə ilə görüş salırdı və məni həvəsləndirirdi. Mən fəxr edirəm ki, Qafqaz Universitetinin məzunuyam!
4. Tələbə Ceyhun Haciyev – Sev, Amma Bağlanma.. #Qafqaz
5. Məzun Seymur M. Quliyev – Bir keyfiyyətin həzin sonu. #Qafqaz Univeristeti ləğv edilərək tarix oldu. Qafqaz məzunları artıq qırmızı kitaba düşdü.
6. Tələbə Cəfər Cəfərov
Qafqaza həsr olunur…
#eternallove #for #Qafqaz
#Qafqazneverdies #Qafqazforever
#fəxredirəmkiQafqazlıyam
Xırıltılı səs pianonun pedalından gəlir; ürəyimdən gəlir, tələbələrin qəlbindən, hocaların səsindən duyulur, Qafqazın divarlarından, Qafqazımın, Qafqazımızın…
Zirvədə bitiririk, əbədiyyətə qovuşuruq…
7. Məzun Həsənli Şamil – İndi bir Ahmet Saniç istəyir, qoymasın #Qafqazı bağlanmağa
8. Tələbə Möhtəşəm Hüseynov – "Qaqa, sən #Qafqazda oxuyursan?Bəs ora bağlanmıyıb ki?" həftəsi başladı…
#qafqazuniversity #rebranding
9. Məzun Ceyhun İbrahim – #Qafqaz mənə dünyanı kəşf etdirdi! Qafqaz mənə düzgünlüyü, haqqı qorumağı və haqqı yeməməyi öyrətdi! Qafqaz mənə insanlığı, dostluğu öyrətdi. Qafqaz mənə və Qafqazın hər bir tələbəsinə #Rusvetsiz və #daydaysız çalişaraq qazanmağı öyrətdi!
10. Tələbə Xəzər Türkər- Bir zamanlar #Qafqaz var idi. Və orda #camaatın_uşağı oxuyurdu.
11. Təhsil eksperti Kamran Əsədov – Qafqaz Universiteti adına rüşvət yazdırmağa imkan verməyib alnıaçıq aramızdan getdi. O söz vare, bir var evdən gedən, birdə var eldən gedən. Qafqaz Universiteti eldən getdi. Həqiqətən də bu böyük boşluq yaradacaq. Ali məktəblərə qəbul plan yeri azı iki bağlanan universitetə görə 15 faiz azalacaq və kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedəcək.
Mənbə: a24.az






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA