Prezident Putinlə görüşdü - Yenilənib - Video-Fotolar

Prezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarMoskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Dövlət başçısını salamlayan Prezident Vladimir Putin deyib:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar, həmkarlar.

Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.

Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.

Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.

Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə,- bu isə açıq-aşkardır,- hər hansı düzəlişlər etmək imkanımız var.

Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev deyib:

- Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.

Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.

Görüşə görə bir daha sağ olun.

Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.

Prezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarPrezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarPrezident Putinlə görüşdü - Yenilənib - Video-FotolarPrezident Putinlə görüşdü - Yenilənib - Video-Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2122   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf v

8 aprel
.

Prezident: "Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək"

"Əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib. "Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimiz

6 aprel
.

"Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır" - DEPUTAT

"Azərbaycan və Gürcüstan arasında siyasi dialoq ən yüksək səviyyədə aparılır və qarşılıqlı etimada əsaslanır. Dövlət başçılarının və hökumət nümayəndələrinin mütəmadi səfərləri bu münasibətlərin dərinliyini və sabitliyini nümayiş etdirir. Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişaf

7 aprel
.

Azərbaycan Prezidenti: "Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır"

"Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüsta

6 aprel
.

Litvanın baş naziri Azərbaycana gəlib

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Litvanın Baş naziri İnqa Ruqinienen

8 aprel
.

"Bu gün regionda formalaşan yeni təhlükəsizlik mühiti də məhz həmin dövrdə yaranmış reallıqların davamıdır" - DEPUTAT

"2016-cı ilin aprelində baş verən və tarixə Aprel döyüşləri kimi düşən hadisələr dövlətimizin siyasi iradəsini, Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri ilk növbədə Ermənistanın "məğlubedilməz ordu" mifini darmadağın etdi. Azərbayca

3 aprel
.

"Yerin təki haqqında" qanunda dəyişikliklər edildi

"Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla su anbarlarında və ya sututarlarda toplanan çöküntülərın (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidləri

7 aprel
.

Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərin

7 aprel
.

"Aprel döyüşləri psixoloji üstünlük baxımından da mühüm rol oynadı" - DEPUTAT

"Aprel döyüşləri qısa müddətli olsa da, regionda hərbi-siyasi balansın dəyişməsinə ciddi təsir göstərdi və bu təsirlər bu gün də müəyyən dərəcədə hiss olunur. Əvvəla, bu döyüşlər göstərdi ki, mövcud vəziyyət sabit deyil və hər an dəyişə bilər. Bu, həm region ölkələri, həm də beynəlxalq aktorla

2 aprel