"Bu gün regionda formalaşan yeni təhlükəsizlik mühiti də məhz həmin dövrdə yaranmış reallıqların davamıdır" - DEPUTAT

"Bu gün regionda formalaşan yeni təhlükəsizlik mühiti də məhz həmin dövrdə yaranmış reallıqların davamıdır" - DEPUTAT"2016-cı ilin aprelində baş verən və tarixə Aprel döyüşləri kimi düşən hadisələr dövlətimizin siyasi iradəsini, Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri ilk növbədə Ermənistanın "məğlubedilməz ordu" mifini darmadağın etdi. Azərbaycan Ordusu həm strateji yüksəklikləri azad etməklə cəbhə xəttində üstün mövqe qazandı, həm də real döyüş şəraitində öz peşəkarlığını və texnoloji üstünlüyünü sübut etdi. Bu, artıq münaqişənin yalnız danışıqlar yolu ilə deyil, hərbi-siyasi reallıqlar fonunda həll olunacağını göstərən ciddi mesaj idi".

Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Aprel döyüşləri beynəlxalq müstəvidə də yeni yanaşmanın formalaşmasına səbəb oldu:

"Artıq dünya gücləri və vasitəçilər anladılar ki, status-kvonun saxlanılması mümkün deyil və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün həm siyasi, həm də hərbi imkanlara malikdir. Aprel döyüşlərində formalaşan üstünlük sonrakı proseslərin, xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfərin əsasını qoydu. Bu döyüşlər ordunun döyüş ruhunu yüksəltdi, cəmiyyətin inamını gücləndirdi və dövlətin strateji xəttinin düzgünlüyünü bir daha təsdiqlədi.
Bu gün regionda formalaşan yeni təhlükəsizlik mühiti də məhz həmin dövrdə yaranmış reallıqların davamıdır. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyən edən əsas aktordur. Sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edən ölkəmiz güc amilini diplomatik müstəvidə effektiv şəkildə tamamlayır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli liderliyi və milli maraqlara əsaslanan strateji xətti sayəsində Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə tarixi ədaləti bərpa edərək yeni reallıqlar formalaşdırdı.
Aprel döyüşləri bir daha göstərdi ki, qətiyyətli siyasi iradə, güclü ordu və Prezident-xalq birliyi olduğu halda bütün məqsədlər əlçatandır. Bu reallıq bu gün də regional təhlükəsizlik arxitekturasının əsasını təşkil edir və Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Dünən Lələtəpə, Cocuqmərcanlıda dalğalanan əzəmətli Azərbaycan bayrağı, bu gün Şuşanın, Xankəndinin, Kəlbəcərin, Xocalının ən yüksək zirvələrində dalğalanır.

Ölkə başçımız Cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış siyasəti,
Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan möhtəşəm Zəfər xalqımız tərəfindən daim uca tutulacaq, gələcək nəsillər üçün qürur və şərəf mənbəyi kimi əbədi yaşayacaqdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1233   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr