Daha çox hansı gənclər şiddətə meyilli olur? - ARAŞDIRMA

Daha çox hansı gənclər şiddətə meyilli olur? - ARAŞDIRMAHər gün mətbuatda gənclərin bir-birinə qarşı zorakılıq törətməsi ilə bağlı xəbərlərə rast gəlinir. Təəssüf ki, son dövrlər yeniyetmələr və gənclər arasında şiddətə meyillilik daha çox artıb. Bəs hansı gənclər şiddətə meyilli olurlar? Ümumiyyətlə belə insanlar üçün qanunda hansı cəza üsulları nəzərdə tutulub?

Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Lalə Quliyeva qeyd edib ki, ölkəmizdə cinayətlərin demək olar ki, yarısı 25 yaş və bu yaşdan aşağı olan uşaqlar və gənclər tərəfindən törədilir:

"Aparılan araşdırmalara görə, yuxarı yaşlarda cinayət törədənlərin 100-də 90 faizinin uşaqlıq və gənclik yaşlarında şiddətə meyilli olurlar. Uşaq və gənclərdə cinayət səbəblərini tapmaq və bunların qarşısını almaq, bir tərəfdən cəmiyyətdə işlənən cinayətlərin də azalmasına kömək edəcəkdir.

Uşaq və gənclərin cinayət sayılan davranışları ailəyə, çevrəyə və məktəbə qarşı günah işləməklə başlayır, sonluğu isə qanunların cinayət hesab etdiyi davranış və hərəkətlərə doğru əyilməklə bitir.

Baş verənləri bu şəkildə sıralaya bilərik:

Ev, məktəb və iş yerinə yalan danışmaq,

Gecə gec vaxtlara qədər evə gəlməmək,

Evdən və məktəbdən qaçmaq,

Məktəb və iş tənbəlliyi,

Oğurluq, içki qəbulu ilə əlaqəli cinayətlər, tapança daşımaq, yaralama, öldürmə.

Uşaq və gəncləri cinayətə yönəldən ailələrin ortaq xüsusiyyətləri isə bunlardır:

Yerində olmayan ana-ata nəzarəti,

Ailənin uşağa həddindən çox təzyiq etməsi,

Valideynin uşağa həddən artıq sevgisi və ya sevgisizlik,

Nikahdan kənar yaşanan əlaqə və bunun nəticəsində doğulan uşaq, valideynlərdən hər hansısa birinin olmaması,

Ayrılmış ailə üzvləri,

Atanın içki qəbul etməsi, işi ilə əlaqədar uzun müddət evdən ayrı yaşaması,

İşsizlik və ekonomik gücsüzlük,

Tez-tez əhatəsini dəyişdirmə.

Cinayət işləyən uşaq və gənclərin ailələrində daha çox maddi çətinliklər və bu kimi böyük problemlərin yaşandığını müşahidə edirik.

Cinayət törətməyə meyl göstərən gənclərin ortaq xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin tanınması cinayət işləməzdən öncə onlara kömək etmə fürsəti verir. Hər cür davranışa qarşı çıxarlar. Fiziki gücünə heyran olub, bütün problemlərinin fiziki güclə həll edilə biləcəyinə inanırlar. Maddiyyata tərəf istiqamətlənirlər. Həqiqətlər qarşısında tez və asan aqressiya göstərərək, kriz keçirərlər, ölçüsüz və lazımsız reaksiya vərərlər. Tək başlarına güvənli və güclü olmadıqları üçün həmişə kiçik qruplar yaradar və onlarla birgə yaşar, birgə cinayət törədirlər. İçki və narkotik maddədən istifadə edərlər.

Xüsusilə böyük şəhərlərdə, küçə və məhəllələrdə böyüyən bu tip gənclər pis dost tövsiyələri ilə cinayətə və şiddətə yönəlirlər. Ailəyə qarşı kin, nifrət, qısqanclıq, zorlama duyğuları doğar və böyüyər. Şiddətə meyilli olan və cinayət törətmiş gəncləri daha yaxşı dəyərləndirmək üçün onların bəzi demoqrafik xüsusiyyətlərini araşdırsaq görərik hər birində oxşarlıq var. Yəni daha çox 15-24 yaş qrupları arasında olan gənclər şiddətə meyilli olurlar və onların cinayət işləmə riski çoxdur. Ən çox cinayət işləyənlər bu yaş qrupa daxildir. Yaş artdıqca cinayət törətmə riski aşağı düşməkdədir, adam öldürənlərin yarıdan çoxu 15-24 yaş arasında, orta məktəbi bitirmiş gənc oğlanlardır. Cinayət işləyən uşaq və gənclərin 90% şəhərdə, 10% isə bölgələrdə yaşayan, döymə, zorlama, oğurluq, yaralama kimi cinayətlər daha çox şəhərdə yaşayan uşaq və gənclər tərəfindən törədilir.

Şiddətə meylli olan və cinayət hadisəsi törədənlərin 43% ataları, 62% isə anaları təhsilli deyil. Xüsusilə böyük şəhərlərdə sərbəst işlə məşğul olanlar, davamlı işi olmayanlar, işsizlər arasında oğurluq, saxta sənəd, narkotik maddələrin qaçaqmalçılığı kimi cinayətlərini törədənlərə tez-tez rast gəlinir. Cinayətkarların təxminən beşdə biri ekonomik sıxıntı və yoxsulluq səbəbi ile cinayət törətdiklərini söyləyiblər".

Hüquqşünas Ramil Əfəndi bildirib ki, zərbənin dərəcələrinə görə qanunlara əsasən şiddəti göstərən hər bir şəxsin məsuliyyətə cəlb oluna biləcəyini bildirdi:

"Hər hansı bir məsələ ilə bağlı fiziki şiddət təbii ki, yolverilməz və qəbuledilməzdir. İstər yaxın qohumluq münasibətlərində olan şəxslər, istərsə də dost, tanış və ya yad şəxslər olsun, onların hamısının bir-birinə qarşı fiziki təzyiqlər etməsi Azərbaycan Respublikasının Qanunvericiliyi ilə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Qeyd edim ki, əgər yaxın qohumluq münasibətlərində belə tip şiddət və ya basqı varsa bunun adı məişət zorakılığıdır. Azərbaycan Respublikasının məişət zorakılığının qarşısının alınmasında qanun tələbləri birmənalı şəkildə yaxın qohumluq münasibətlərində olan,əvvəllər olmuş və ya heç bir qohumluq münasibətləri olmayan amma fərdi münasibətlərdə olan tərəflərin bir-birlərinə qarşı istənilən şiddətini məişət zorakılığı adı altında hüquqi şəkildə qoruyur və nəticə etibarı ilə bu şəxslər dövlət tərəfindən araşdırmalara məruz qalır.

Qeyd edim ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 158-ci maddəyə əsasən məişət zəmnində hər hansı bir asılılığın yaradılması və bundan sui-istifadə edilmə, yəni dolayısı ilə desək, şəxsin məişət zorakılığına məruz qalması (burada fiziki şiddətdən söhbət getmir) 100 manatdan 300 manata qədər miqdarda inzibati cəriməyə məhkum olunur. Əgər tərəflər arasında hər hansı bir fiziki şiddət olarsa o zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci döymə maddəsinə əsasən araşdırılan hərəkətdir. Buna görə şəxs 300-dən 500 manata qədər və eyni zamanda 2 ay müddətə qədər inzibati qaydada həbs olunma tənbehinə, inzibati qaydada məsuliyyətə cəlb oluna bilir. Bir vacib qeydi edim ki, burada "döymə" dedikdə az ağır və ağır olmayan xəsarətlər törədildikdə, yüngül olduqda əməl inzibati məsuliyyət adı altında araşdırılır. Bundan başqa qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının cinayət Məcəlləsinin 126 və 127-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma (126)və qəsdən sağlamlığa az ağır zərər vurma (127) nəticəsində xəsarətin ağırlığından olaraq şəxsin cinayətə cəlb olunması da mümkündür. Azərbaycan Respublikasının 126-cı maddəsinə əsasən sağlamlığa ağır zərərvurma yetirdikdə 3 ildən 8 ilə kimi, qəsdən sağlamlığa az ağır zərər vurduqda isə 2 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır"

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4007   Tarix: 09 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Qonşuya kömək edərkən faciəvi şəkildə öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr