Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər

Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilərAtlantik okeanının şimalında, Qrenlandiya və İslandiyanın cənubunda yerləşən geniş su sahəsində olduqca qeyri-adi hadisə qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, okeanın qalan hissəsi istiləşdiyi halda, həmin bölgə getdikcə soyuyur. Yeni araşdırma bu sirrin açarını təqdim edir və bunun, dünyanın ən narahatedici iqlim fəlakəti nöqtələrindən birinə doğru getdiyini göstərən təhlükəli bir siqnal olduğunu bildirir.

"Soyuq ləkə" və ya "istiləşmə boşluğu" adlandırılan bu okean sahəsi 1900-cü ildən bəri təxminən 1°C-yə qədər soyuyub.

Alimlər uzun müddətdir ki, bu anomaliyanın külək və buludların dəyişməsi nəticəsində okean səthindən istilik itkisi ilə əlaqədar olub-olmadığını, yoxsa istiliyi daşıyan okean cərəyanları sisteminin zəifləməsinin bir əlaməti olduğunu müzakirə edirdilər. Yeni tədqiqat ikincinin doğru olduğu qənaətinə gəlir və əldə edilən nəticələr narahatedici gələcəyə işarə edir. Atlantika meridional çevrilmə cərəyanı (AMOC) nəhəng bir okean konveyeri kimi fəaliyyət göstərir, isti suyu tropiklərdən Şimal yarımkürəsinə çəkir, su orada soyuyaraq dibə çökür və yenidən cənuba doğru axır.

Bir sıra tədqiqatlar göstərir ki, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə buzlaqları əridərək okeana böyük miqdarda şirin su axınına səbəb olduqca bu sistem zəifləyir və AMOC-un həssas istilik və duzluluq balansı pozulur. Bəzi alimlər AMOC-un hətta bu əsrdə kritik bir həddə yaxınlaşdığı və bunun gələcəkdə qaçılmaz çöküşə səbəb olacağı barədə xəbərdarlıq edirlər.

AMOC-un dayanması ABŞ-nin Şərq sahillərində dəniz səviyyəsinin sürətlə qalxmasına, Avropanın şiddətli donmaya məruz qalmasına və Afrikada mussonların yerini dəyişərək uzunmüddətli quraqlıqlara səbəb olan qlobal bir fəlakətə yol aça bilər.

Tədqiqatçı alimlər Atlantikanın bu hissəsində nələrin baş verdiyini daha dərindən anlamaq üçün peyklərdən və cihazlardan əldə edilən real okean istilik məlumatlarını iqlim modelləri ilə birləşdiriblər. Onlar aşkar ediblər ki, "soyuq ləkə"dəki soyuma yalnız okean səthində deyil, külək və bulud kimi atmosfer şərtlərinin təsirinin çox zəif olduğu okeanın dərinliklərində də baş verir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1132   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr