Elza Rozanı məhkəməyə verdi - DETALLAR
Əməkdar artist Elza Seyidcahan məşhur müğənni Roza Zərgərlini məhkəməyə verib.
Sonxeber.az-ın modern.az-a istinadən məlumatına görə, Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və Roza Zərgərlinin ona böhtan atdığını bildirib.
Roza Zərgərli haqqında Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsi üzrə iş icraata götürülüb. vakansiya
Qeyd edək ki, bu maddə ilə ittiham edilən şəxslər əməlləri təsdiq olunarsa min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İşə Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Roza Zərgərli bir neçə gün öncə müğənni Roza Zərgərli Əməkdar artist Elza Seyidcahanla kadr arxasında yaşanan davasından danışıb.
O, "Sözün düzü" layihəsində bildirib ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə Elza Seyidcahanı təbrik etsə də, xoşagəlməz cavab alıb:
"Dedim ki, bayramdır, etibarsız dünyadır, pandemiya da hamımıza dərs oldu. Yanımda da şahidlər var, həmin müğənnilərdən soruşa bilərsiniz. Dedim ki, Elza xanım, sizi də, bacınızı da, nəvənizi də təbrik edirəm. Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq. Qayıtdı ki, mənimlə barışmaq istəyirsən? Dedi ki, öp əlimdən, barışaq. Oradakı çaydanı necə götürüb atdımsa, Allah üzümə baxdı ki, ona dəymədi. Çaydanı qaldırdım, Namiq əlimdən tutdu. Onda gözümü qan örtmüşdü. Şoka düşdüm. Bu adam nəvəsini yuxarı qaldırdı ki, çaydan uşağa dəysin. Oradakı sənət adamlarından soruşa bilərsiniz. Nə yalan deyim, söyüşlə danışdım. Qadın kimi, öz bayramımda səni qadın bilib xüsusi təbrik edirəm. Fikirləşirəm ki, bu soyuqluq burda bitsin. Deputat olurdun, nə oldu? İlhamə Quliyeva necə qarğış edibsə, tərpənə bilmirsən. O dünyada səni gözləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrRafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabrŞəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24 oktyabr"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı
10 oktyabr"Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25 oktyabr