Trampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsi

Amerikanın siyasi tarixində bəlkə də ilk dəfədir ki, prezident seçilən şəxs hələ andiçməyə macal tapmamış ona qarşı mümkün impiçment müzakirə olunur, yüzminlərlə amerikalı Vaşinqtonda etiraz yürüşü keçirir, Hollivud ulduzlarının mütləq əksəriyyyəti Ağ Evin yeni sahibinə qarşı açıqlamalar səsləndirirlər. ABŞ-ın 45-ci prezidenti Donald Trampın yanvarın 20-dəki andiçmə mərasimi məhz bu cür şəraitdə keçdi.
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Trampa baxanda Barak Obamanın 2008-ci ildəki andiçmə mərasimi daha rahat şəraitdə keçmişdi: "Trampdan fərqli olaraq Obama ilk gündəcə, yəni işə başlamamış hər tərəfdən "bu prezident ölkənin problemlərini artıracaq" çağırışları ilə üzləşməmişdi. Tramp üzləşdiyi çağırışların yanlış olduğunu sübut etmək üçün biznesmendən problemlərin həlli ilə məşğul olan real siyasətçiyə çevrilməlidir. Amerikalılar qaradərili Barak Obamanın səhvlərini bağışladı, Trampa isə eyni səhvləri bağışlamayacaqlar. Trampın hər imzaladığı sənəd, hər açıqlaması isə daha diqqətlə izləniləcək".
Politoloqun fikrincə, Trampın andiçmə mərasimindəki çıxışı da Obamanın 8 il öncəki çıxışından köklü surətdə fərqlənirdi: "Obamanın 2008-ci il yanvarın 20-də andiçmə mərasimindəki çıxışında daxildə və xaricdə bütün qruplara xüsusi mesajlar var idi, hər cümləsi xüsusi çəkiyə malik idi. Obama ekologiyanın problemləri, iqlimin dəyişməsi, miqrantların problemlərinin həlli, Asiya və Yaxın Şərqdən tutmuş Afrikaya qədər hər yerdə demokratiyaya dəstək verəcəyini, Amerikan idealını dünyanın hər yerində yayacağına dair dərin və məzmunlu nitq söyləmişdi.

Mənbə: milli.az
Donald Tramp bunların heç birini demədi, cəmi 16 dəqiqəlik qısa nitqində sadə mövzulara toxundu, iş yerləri, fabrik, zavod, körpülər açacağını, sərhəddi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi. Yəni seçkiqabağı vədlərində nə demişdisə andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı. Bu, o deməkdir ki, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. "Birinci növbədə Amerika və amerikalılar!" - çıxışın əsas leytmotivi bu idi.

Donald Tramp "Vaşinqtondakı siyasətçilər varlandı, xalq əziyyət çəkdi, kasıblaşdı" deməklə özünü siyasətçilərdən ayıraraq xalqın nümayəndəsi kimi təqdim etdi. Vaşinqondakı siyasətçilərin xalqın maraqları ilə hesablaşmadığını və özünün prezident seçilməsiylə hakimiyyətin xalqa qaytarıldığını iddia etdi. Amma böyük şirkətləri və milyardları olan Trampı kasıb və orta təbəqənin nümayəndəsi adlandırmaq, sadəcə, çətindir".

E.Şahinoğlu qeyd edib ki, Trampın çıxışından o da anlaşıldı ki, onun prezidentlik dövründə Amerika "dünyanın jandarmı" olmayacaq: "Obama və ondan əvvəlki prezidentlər "demokratiyanı yayacağıq" deyirdilər, Trampın isə belə bir planı yoxdur. Tramp haqlı olaraq misal kimi Amerikanın İraq, Əfqanıstan və Liviyadadakı uğursuzluqlarını göstərir. Amerikanın bu ölkələrdə qayda yaratmaq təşəbbüsləri bu ölkələri və ətraf bölgələri təhlükəsiz etmədi, tam əksinə diktatorların və avtoritar rejimləri terrorçular və xaos əvəzlədi".

Ekspert hesab edir ki, artıq Amerikanın müttəfiqləri də narahatdırlar: "Tramp nitqində Avropa İttifaqı, NATO və Rusiyanın adını çəkmədi, sadəcə onu dedi ki, Amerika ilə dostluq etmək istəyənlərlə əməkdaşlıq edəcək. Ancaq "hər şey Amerika üçün" prizması ilə yanaşan prezidentlə əməkdaşlıq etmək çətin olacaq. Təsadüfi deyil ki, Trampın nitqini müttəfiqləri də narahatlıqla qarşılayıblar. Tramp müsahibələrində Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını dəstəkləyib, Almaniyanı çoxlu miqrant qəbul etdiyinə görə tənqid edib, NATO-nu isə onunla təhdid edib ki, Amerika daha başqalarının yerinə üzvlük haqqı ödəməyəcək.
Bu tip açıqlamalar İkinci Dünya Müharibəsindən sonra Amerikanın liderliyi ilə formalaşan Avroatlantik ittifaqın gələcəyini sual altında qoyur. Amerika illər uzunu Avropanın təhlükəsizliyinə cavabdeh olub. İndi isə Trampın sözlərindən belə çıxır ki, bu təhlükəsizliyin davamına görə Avropa pul ödəməlidir, amerikalılar bundan sonra başqalarının, hətta strateji müttəfiqlərinin də xərcini ödəməyəcəklər. Məsələn, Barak Obama administrasiyası Baltik ölkələrini və Polşanı Rusiyanın mümkün təhdidlərindən qorumaq üçün bir müddət öncə bu ölkələrə azsaylı hərbi kontingentini göndərib. Yəni faktiki bu ölkələrdə Amerikanın hərbi bazaları qurulub. Aydındır ki, bu hərbi bazaların saxlanmasına görə pulu Amerika ödəyir. Trampın sözlərindən isə anlaşılan budur ki, bu bazaların maliyyələşməsində həmin dövlətlər də iştirak etməlidir".

Mərkəzin rəhbərinin qənaətincə, Trampın çıxışı keçmişdə Amerikada izolyanist siyasətçilərin çıxışlarına bənzəyir: "İkinci Dünya Müharibəsinə qədər belələri həm Respublikaçılar, həm də Demokratlar partiyasında kifayət qədər idi. Onlar deyirdilər ki, dünyanın problemlərinin Amerikaya nə dəxli var, müharibələri kim başlayırsa, onlar da davam etdirsinlər. Amerika ilk vaxtlarda məhz buna görə İkinci Dünya Müharibəsinə qatılmaq istəmirdi. Ancaq nasist Almaniyasının müttəfiqi Yaponiya 1942-ci ildə Amerikanın Havay adalarındakı hərbi bazasını bombaladıqdan sonra Vaşinqtonda anladılar ki, Amerika problemdən uzaq dayanmağa çalışsa da, problem özü Amerikanı tapacaq və həmin gündən bu yana siyasət dəyişdi. Trampın bu ənənəyə son qoyması problematikdir. Tramp ancaq amerikalıları düşünəcəyini vəd etsə də, onun adminstrasiyasındakı peşəkarlar və oturuşmuş siyasi sistem Amerikanı dünyanın müxtəlif bölgələrində də fəal olmağa diqtə edəcək. O, başqa məsələdir ki, Tramp hər yerə qaçmayacaq, Obama administrasiyası kimi Ukraynanın problemlərinə diqqət ayırmayacaq, öz maraqları daxilində rusiyalı həmkarı ilə yaxınlaşmağa çalışacaq.

Donald Trampın nitqindən ümumi şəkildə həm də o anlaşılır ki, yeni administrasiya Amerika üçün uzaq Cənubi Qafqazla da ciddi məşğul olmayacaq. Amerikanın yeni seçilən prezidentləri vədlərini yerinə yetirməsələr də, heç olmazsa andiçmə mərasimlərində başqa ölkələrə demokratiya gətirmək istədiklərini, müxtəlif problemlərinin həllində köməkçi olacaqlarını deyirdilər. Tramp bunları da demədi. Deməli, Cənubi Qafqazın problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli əvvəlkitək Vaşinqton üçün prioritetlər siyahısında deyil. Bu cür yanaşma isə Rusiyanın maraqlarına cavab verəcək".
Trampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsiTrampın çıxışından yaranmış QORXU- Qarabağ məsələsi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4269   Tarix: 21 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel