"General 100 min istəyir" dedilər, o isə 2 min "şirinlik" təklif etdi

"General 100 min istəyir" dedilər, o isə 2 min "şirinlik" təklif etdiLəğv edilmiş MTN-nin əməkdaşlarının törətdikləri cinayət əməllərindən daha birinin təfərrüatları məlum olub. "MTN maskalıları"nın iş adamları və məmurlarla yanaşı, kiçik sahibkarların da puluna qənim kəsildiyi məlum olub. Onlar telefon aksessurlarının satışı ilə məşğul olan sahibkarı qaçaqmalçılıqda ittiham edərək 100 min manat tələb ediblər.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, ləğv edilmiş MTN-nin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materiallarında zərərçəkmiş şəxs qismində Hüseynov Fuad Teymur oğlu da tanınıb.

Fuad Hüseynov istintaqa zərərçəkmiş şəxs kimi ifadə verərkən deyib ki, 2004-cü ildən mobil telefonların aksessuarlarının satışı ilə məşğul olub. Birləşmiş Ərəb Əmirliyindən 2-3 aydan bir karqo ilə mobil telefon aksessuarları alaraq Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən mağazasında satırmış.

Brend mal axtaran MTN əməkdaşları

Mağazada 3 satıcısının olduğunu deyən sahibkar bildirib ki, 2015-ci ilin avqust ayında mağazaya tanımadığı bir şəxs müştəri kimi daxil oub və mobil aksessuarların "Avropanın brend malı" olub-olmamasını soruşub. Malların hamısının Çin istehsalı olduğu cavabını alan "müştəri" mağazanı tərk edib.

Bundan bir neçə dəqiqə sonra isə mağazaya MTN əməkdaşları daxil olub. Onların yanında bir neçə dəqiqə əvvəl mağazaya müştəri kimi daxil olan şəxs də olub.

"3 nəfər əvvəllər tanımadığım şəxs mağazaya gəldilər. Onlardan biri özünü MTN-nin Bəxtiyar adlı əməkdaşı kimi təqdim etdi. İdarəyə getməli olduğumu dedi. Onlar gəldikləri "Land Rover" markalı, "Diskovery" modelli maşınla məni MTN-nin Səbail rayon şəbəsinə apardılar. İdarəyə daxil olanda MTN-in təhqiqatçısı kimi özünü təqdim edən şəxsi gördüm. Mənə bir izahat protokolu verib, izahat yazmağımı istədi. Məndən telefon aksessuarlarının Dubaydan hansı qaydada gətirdiyimi, hansı qaydada pulun köçürüldüyünü, hansı dövlətlərdə olduğumu və xarici xüsusi xidmət orqanları ilə əlaqələrimin olub-olmadığını soruşdu. Həmçinin maliyyə vəziyyətim barədə də sullar verdi. Mən də suallara tam ətraflı cavab verdim" - deyə sahibkar MTN-də başına gələnləri danışarkən bildirib.

Sahibkar istintaqda deyib ki, sual-cavab başa çatdıqdan sonra hədə-qorxular başlayıb.

"Cənab general 100 min manat pul istəyir"

Sahibkar ifadəsində deyib: "Mənə hədə-qorxu gələrək Dubaydan gətirdiyim malların uyğunluq sertifikatı və mədaxil sənədlərinin olmadığını bildirdilər. Buna görə də cinayət məsuliyyətinə cəlb ediləcəyimi söylədilər. Qorxduğum üçün Bəxtiyara onunla söhbət etmək istədiyimi dedim. Sonra məni Bəxtiyarın otağına apardılar. Bəxtiyarla təklikdə söhbət etdim. O, dedi ki, bu general rütbəli nazir müavinlərinin birinin sifarişidir. Bəxtiyar "cənab general 100 min manat pul istəyir" dedi".

"MTN mafiyası"nin digər cinayət əməllərində olduğu kimi, bu dəfə də sahibkara "güzəşt" edilib.

2 minlik şirinlik...

100 min manat pulunun olmadığını deyən sahibkar, ancaq 2 min manat şirinlik verə biləcəyini MTN zabitinə deyib: "Bundan sonra onunla məbləğ barədə uzun müddət söhbət apardıq. Sonda 12 min manata razılaşdıq".

MTN zabiti sahibkardan alınan 12 min manatdan 10 minin nazirliyə, 2 min manatının isə onlara çatacağını deyib. Həmin gün axşam saatlarında buraxılan sahibkara hər bayram şirinlik verməli olduğunu da söyləyiblər: "Bəxtiyar dedi ki, bayramdan-bayrama Səbail rayon şöbəsinə pul verməliyəm. Ertəsi gün saat 12 radələrində MTN-nin Səbail rayon şəbəsinin əməkdaşı mənə zəng edib, pulun hazır olub-olmamasını soruşdu. 1 saata hazır olacağını dedim. 1 saat sonra şöbəyə getdim. Bəxtiyara zəng edib, pulu gətirdiyimi dedim. Pulu işçilərdən birinə verməyimi istədi. Sonradan bildim ki, Bəxtiyar MTN-nin Səbail rayon şəbəsinin İqtisadi Cinayətkarlığa qarşı bölməsinin rəisidir".

Bir müddət sonra MTN əməkdaşlarının yenidən mağazaya gəldiyini deyən sahibkar qeyd edib ki, həmin şəxslərdən biri Bəxtiyar olub: "Mən mağazada yox idim. Bəxtiyar zəng edib yayda onlarla görüşmədiyimi dedi. Bildirdi ki, rəisləri görüşməyimizi istəyir. Bəxtiyara avqust ayında onlarla görüşdüyümü dedim. Bəxtiyar rəisi ilə danışacağını və vaxtı uzadacağını bildirdi".

İstintaq zamanı şahid qismində DTX zabiti Axundov Zaur Muxtar oğlu da dindirilib.

DTX zabitinin ifadəsi

O, ifadəsində 2016-ci ilin fevral ayından DTX-nın II baş idarəsinin I idarəsinin III şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğunu deyib. Sahibkarın zərərçəkməsi ilə bağlı danışan Zaur Axundov qeyd edib ki, onun icraatında 2015-ci ildə MTN-nin Əks-kəşfiyyat baş idarəsində xidmət edən zaman daxil olmuş əməliyyat məlumatı əsasında sahibkar Fuad Hüseynovun Dubay və Çindən telefon aksessuarlarının Gürcüstana, orada isə qaçaq yolla Azərbaycana gətirməsi barədə siqnal işi olub.

Əməliyyat məlumatları arasında Fuad Hüsyenovun Gürcüstanın xüsusi xidmət orqanları ilə şübhəli əlaqələrinin olduğunu da deyən DTX zabiti buna görə də onun barəsində araşdırmalar aparıldığını söyləyib. Z.Axundov əlavə edib ki, bu yoxlamalar zamanı heç bir şübhəli və qanunsuz əməllə rastlaşmayıb. Bu səbəbdən də sahibkarla görüşü və əlaqəsi olmayıb. DTX zabiti onu da bildirib ki, sahibkarın telefon nömrəsi ləğv edilmiş MTN-in Monitorinq Mərkəzində nəzarətə qoyulubmuş.

Qeyd edək ki, həbs edilən MTN zabitləri qulluq mövqelərindən sui-istifadə etməkdə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etməkdə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1792   Tarix: 22 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021