Kimsəsiz qaldı, bir sözə görə linç olundu, kirayələrdən qovuldu, xeyriyyəçiliyi ilə tanındı - Video

Kimsəsiz qaldı, bir sözə görə linç olundu, kirayələrdən qovuldu, xeyriyyəçiliyi ilə tanındı - Video2 noyabr Bollivud ulduzu Şahrux Xanın doğum günüdür.

Ölkə.Az yaxın günlərdə Azərbaycana salam göndərdiyi videosu ilə gündəmə gələn aktyorla bağlı maraqlı faktları bir araya toplayıb.

Hindistanda "Kral Xan" ləqəbi ilə tanınan Şahrux Xan 1965-ci ildə Hindistanın Yeni Dehli şəhərində anadan olub. Bütün dünya onu Şahrux adı ilə tanısa da, əsl adı Əbdül Rəşid Xandır.
Atası Meer Tac Məhəmməd Xan Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan Hindistanın ən gənc azadlıq döyüşçülərindən biri idi.
Aktyor 15 yaşında atasını, təxminən 26 yaşında anasını itiririb. Bu hadisədən dərin sarsıntı keçirən Şahrux Xan kədəri ilə mübarizə aparmaq üçün aktyorluğu seçib.
Şahrux Xan Dehli Universitetinin Hans Raj Kollecində iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə məzun olub. Daha sonra kütləvi kommunikasiya üzrə magistraturaya başlasa da, aktyorluq karyerasını davam etdirmək üçün təhsilini yarımçıq qoyub.
O, kino sənayesinə teatrda və televiziyada işləməklə qədəm qoyub. İlk dəfə Hindistan seriallarında çəkilib və tanınmağa başlayıb.
1991-ci ildə indiki prodüser və interyer dizayneri Qauri Çibberlə evlənərək Mumbaya köçür və Bollivuda ilk addımlarını atır.
Şahrux müsəlman olduğu üçün Qaurinin valideynləri əvvəlcə onların evliliyinə qarşı olublar. Şahrux Xan deyir ki, o, islam dininə inansa da, həyat yoldaşının dininə də dəyər verir. Onun övladları hər iki dinə etiqad edirlər; aktyorun evində Quran hindu tanrılarının murtilərinin yanında yerləşir.
Cütlüyün Aryan adlı oğlu və Suhana adında qızı var. 2013-cü ildə surroqat ana vasitəsilə dünyaya gələn üçüncü uşağın valideynləri olublar.
1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt edib. Karyerasının erkən vaxtlarında "Qorxu" (Darr), "Qumarbaz" (Baazigar), "Qisas" (Anjaam) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanınıb.
Filmlərin çoxunda Hindistanın kimliyi, diaspor cəmiyyəti ilə əlaqə və ya cinsiyyət, irqi, sosial və dini fərqlər, həmçinin şikayət mövzuları yer alıb.
O, ümumilikdə 100-ə yaxın film və 14 serialda rol alıb.

Aktyorun 2013-cü ildə çəkildiyi Hindistan, ABŞ və Honq Konq istehsalı "Mənim adım Xandır" filmi xüsusilə diqqət çəkir.
48,77 milyon ABŞ dolları gəlir gətirən bu filmdəki obrazı Şahrux Xanın ən yaxşı rollarından biri hesab olunur. Ekran işi 2010-cu ilin ən çox gəlir gətirən fimlərindən olub və çox sayda mükafata layiq görülüb.

Şahrux Xan "Rahul" adını çox sevir. O, indiyədək bu addan çəkildiyi 9 filmdə istifadə edib.
Bollivud ulduzu rolları ilə yanaşı, həm də dünyada xeyriyyə fəaliyyətləri ilə tanınır.
O, 2009-cu ildə günəş enerjisi layihəsinə sərmayə qoymaqla 61 il sonra yeddi Odişa kəndinin işıqlandırılmasına dəstək olub.
2011-ci ildə Şah Rux Xan xeyriyyəçilik fəaliyyətlərinə görə YUNESKO-nun xüsusi "Pyramide con Marni" mükafatını qazanan ilk hindli olub.
2013-cü ildə aktyor mərhum atasının xatirəsinə MEER Fondunu təsis edib. Fondun məqsədi qadınları dəstəkləmək və gücləndirməkdir. O, həmçinin 2013-2015-ci illərdə Uttarakhand ştatında və Çennai şəhərlərində daşqından ziyan görənlərə yardım məqsədilə təxminən 163 min dollar məbləğində ianə edib.

2014-cü ildə Şahrux Xanın kriket komandası Hindistan liqasında qalib olduqdan sonra əldə olunan 1.8 milyon dollardan çox gəlir xərçəng xəstələrinin müalicəsinə yönləndirilib.
"Man’s World India"nın məlumatına görə, Şahrux Xan aktyorluq etmək üçün Dehliyə gələndə onun yanında ailəsi yox idi və əlində cəmi 18 dollar pulu var idi. Hətta ilk dövrlərdə icarə haqqını ödəyə bilmədiyi üçün küçəyə atılıb və dəfələrlə rədd cavabı alıb. Karyerasının əvvəlində ona adətən məşhur aktyorların rədd etdiyi zəif rollar təklif olunurdu.
Böyük zəhmətinə baxmayaraq, o hesab edir ki, uğurunu bu yolda ona kömək edənlərin hamısına borcludur.
O, təkcə Bollivudun deyil, dünyanın ən böyük ulduzlarından biridir. Şahruh Xan hind kinosu dünyasında təqdimata ehtiyacı olmayan bir addır.

Onun karyerasındakı ən böyük hiti "Cəsur ürək gəlini aparar" filmidir. O, filmin rejissoruna inandığından bu film üçün müqavilə imzalamazdan əvvəl ssenarini oxumağa vaxt belə sərf etməyib.
Bollivud ulduzu 2007-ci ildə 1 mövsüm "Kim Milyonçu olmaq istəyir?" viktorina şousunun hind versiyasının aparıcısı olub.

2005-ci ildə hindistanda ən yüksək mülki mükafatlarından olan "Padma Şri" Şahrux Xana təqdim edilib. 2023-cü ilə qədər o, ən yaxşı aktyor kateqoriyasında 6 "Filmfare" Mükafatını qazanıb.
O, ümumilikdə 99 mükafata və 18 fərqli dövlət təltiflərinə layiq görülüb.
30 ildən çox davam edən uğurlu karyerasına və xeyriyyəçiliyinə baxmayaraq Şahrux Xanın adı bir neçə qalmaqalda da hallanır.

O, 2009, 2012 və 2016-cı ildə 3 dəfə ABŞ hava limanlarında saxlanılıb. Buna səbəb isə onun adının terrorizm izləmə siyahısındakı bir maddə ilə oxşarlıq təşkil etməsidir.
Həmçinin 2012-ci ildə bir təhlükəsizlik işçisi ilə mübahisədən sonra Mumbaydakı "Wankhede" Stadionuna buraxılması qadağan edilib, lakin bir il sonra bu qadağa götürülüb.
Elə həmin il o, müsahibəsində Hindistanı "dözümsüz" adlandırdığı üçün geniş tənqid olunub.
2021-ci ildə isə aktyorun oğlu Aryan narkotik axtarışı əməliyyatlarında saxlanılıb. Aryan Xan bir ay həbsdə qaldıqdan sonra girov müqabilində sərbəst buraxılıb və daha sonra barəsindəki bütün ittihamlar götürülüb.
"Time" jurnalı onu 2023-cü ilin ən nüfuzlu 100 adamından biri kimi göstərib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 7929   Tarix: 04 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Laçınım" mahnısıyla bağlı qalmaqal: Sənət çevrəsini təlatümə gətirəcək faktlar ilk dəfə

"Laçınım" mahnısı yaranan gündən onun ətrafında gəzən qalmaqal bitmək bilmir. Mərhum sənətkar Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra mahnının müəllifləri kimi bəstəkarlarının sayı çoxalmaqdadır. Uzun illər Məhəbbət Kazımovla səhnə bölüşən müğənni Könül Kərimova da "Laçınım"ı

7 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021