Qanunsuz mərc oyunlarına görə məşhur simalar saxlanılıb
Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb: Azərbaycanda da oxşar vəziyyət narahatlıq doğurur
İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: "Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim." Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.
Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir. Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir. Aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.
Azərbaycanda da qanunsuz şans oyunlarına qarşı mübarizə gücləndirilib və artıq bu sahədə bir sıra hüquqi tədbirlər görülüb. Ölkədə Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində qanunsuz şans oyun fəaliyyətində iştirak edənlər, o cümlədən belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılıb. Bir neçə ay öncə bir sıra qanunsuz şans oyunu təşkilatçıları hüquqi məsuliyyətə cəlb edilib və onların qanunsuz əməliyyatlarına son qoyulub.
Qanunsuz şans oyun operatorlarının vergidən yayınma və dövriyyəni gizlətmə halları, dövlətə ciddi maliyyə ziyanı vurmaqla yanaşı, vətəndaşlar üçün də yüksək risklər yaradır. Bu qanunsuz platformalar sosial media üzərindən dələduzluq fəaliyyətlərini davam etdirərək insanları aldatmağa çalışırlar.
Bundan əlavə, bu cür fəaliyyətlərdə məsuliyyətli oyun standartlarının olmaması, iştirakçıların sosial və psixoloji sağlamlığı üçün də problemlər yaradır.
Azərbaycanın hüquq-mühafizə orqanları isə qanunsuz şans oyunlarına qarşı mübarizə tədbirlərini gücləndirərək cəmiyyətin və dövlətin maraqlarını qorumağa davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 546 Tarix: 12 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYüksək vəzifələrdə işləmiş şəxs vəfat etdi
Uzun illər müxtəlif dövlət vəzifələrində çalışmış, müstəqillik illərində 15 ilə yaxın Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin birinci müavini olmuş Nadim Qazıbəyov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Prezidentin fərdi təqaüdçüsü olan N.Qazıbəyov 91 yaşında dünyasını dəyişib. Onu
13 noyabr"Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək" - DEPUTAT
"Bu gün Türk Dünyası ölkələri arasındakı əməkdaşlıq uğurla inkişaf edir". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoydu. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür:
11 noyabrSabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
Noyabrın 14-dən başlayaraq, bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, hərəkət sxemləri bərpa edilən marşrutlar aşağıdakılardır:. - 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120
13 noyabrŞahdağa qar yağır
Bu gün saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, bəzi yerlərdə arabir yağış, Şahdağda isə qar yağır. Düşən yağıntının miqdarı Naxçıvanda 10 mm, Lənkəran, Lerik, Şahbuzda 9 mm, Neftçala, Qubada 8 mm, Şərurda 7 mm, Biləsuvar, Sədərək, Astara
12 noyabrQəzada həlak olan qadın müəllim imiş - Foto
Xəbər verdiyimiz kimi, noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində həlak olan sərnişin 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva müəllim imiş. O, Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırmış
13 noyabr"Cananın atası kömək etmir" - Aygün Bəylərin bacısı
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Cananla bağlı açıqlama verib. OLAY yazır ki, bu barədə o, "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, atası Canana kömək etmir:. "Cananın atası kömək etmir. Çünki yazıq kasıb adamdır, orada ailəsi var. Yenə də atasıdır. İkinci nikahında
12 noyabrUşaqlarla 5 şeyi müzakirə etmək OLMAZ - Valideynlərin DİQQƏTİNƏ
Uşaqlar çoxlarının düşündüyündən daha çox məlumatı qavrayırlar. Nəinki bizim onlara dediklərimizi, hətta ətrafda eşitdikləri hər sözü mənimsəyirlər. Ona görə də uşaqların yanında bəzi mövzuları danışmaqdan qaçmaq lazımdır. həmin mövzuları sizə təqdim edir:. 1. İnsanların bədənləri haqqında danışmaq
13 noyabrSabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Ordubadın bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib. Bildirilib ki, Ordubad Rayon Elektrik Şəbəkəsi tərəfindən Biləv Su Elektrik Stansiyasından qidalanan 35 kilovoltluq Biləv hava elektrik veriliş
13 noyabr