"Məktəblərdə bədii ədəbiyyat əlavə fənn kimi tədris edilməlidir" - AÇIQLAMA

"Məktəblərdə bədii ədəbiyyat əlavə fənn kimi tədris edilməlidir" - AÇIQLAMAAlimlərin qənaətinə görə, əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir. Uşaqlarda mütaliə vərdişlərinin yaranması üçün valideyinlər qədər məktəblərin də üzərinə müəyyən öhdəliklər düşür.

Bəs görəsən məktəblər şagirdlərdə mütaliə vərdişlərinin formalaşması üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:

"Məktəblərdə bədii ədəbiyyat əlavə fənn kimi tədris edilməlidir" - AÇIQLAMA"Bizim orta ümumi təhsil müəssiələrimizdə şagirdlərə keçirilən dərslərlə yanaşı özünü inkişaf üçün əlavə proqramlar tətbiq olunmalıdır. Düzdür, bəziləri şagirdlərin dərs yükünün çox olduğunu əsas gətirərək bununla razılaşmaya bilər. Mən bununla da razıyam. Amma bizim tədris prosesinin əsas missiyası şagirdi qəbul imtahanına hazırlaşdırmaq deyil, onu şəxsiyyətyönümlü, düşüncəli, cəmiyyətə yararlı və müəyyən dəyərlərlə təmin olunmuş bir insan kimi yetişdirməkdir. Bunun üçün də orta ümumi təhsil müəssiələrində şagirdlərə bədii ədəbiyyat mütləq əlavə fənn kimi tətbiq edilməlidir. Bu, qiymətləndirməyə daxil edilməyə bilər. Amma icbariliyi əsas olmalıdır. Əmin ola bilərsiz ki, könüllü əsaslarla həyata keçirilsə bu o qədər də effekt verməyəcək. Hər sinifdən 1-2 nəfər bədii ədəbiyyat oxumağa meyil göstərəcək. Ona görə də bunun müəyyən bir nizamı olmalıdır. Motivasiya edici, stimullaşdırıcı tərəfləri olmalıdır. Məsələn hər ay bir və ya iki bədii ədəbiyyat nümunəsi oxuyan şagird müəyyən bir sertifikatla, məktəb rəhbərliyi tərəfindən kiçik bir fərqliliklə mükafatlandırılsa, bu, şagirdlər üçün də xüsusi uğur göstəricisi sayıla bilər. Mən xatırlayıram ki, universitetlərin birində bir-neçə il əvvəl rektor tərəfindən belə bir qərar verilmişdi ki, ixtisasdan asılı olmayaraq hər ay tələbələr bir və ya iki roman oxumalıdır. Həmin kitabların siyahısı rektorluq tərəfindən tətbiq edilmişdi. Mən istəyərdim ki, hər bir məktəbimizin pedoqoji şurası tərəfindən şagirdlərin zehin tutumuna, maraq dairəsinə uyğun olaraq siyahı hazırlansın və həmin siyahı həm Azərbaycan, həm də dünya ədəbiyyatını əhatə etsin. Şagirdlərimiz də onların vasitəsi ilə düşünməyi, hiss etməyi, söz bazasını zənginləşdirməyi, düzgün fikir yürütməyi eləcə də situasiyaya görə qərar qəbul etməyi öyrənsinlər. Şagirdlərin yaş dövrü elə bir zamandır ki, o vaxt mütaliə olunan kitablar insanın yaddaşında hər zaman qalır. İnsan ola bilər ki, tələbəlik dövründə və ya sonra oxuduğu hər hansı bədii ədəbiyyat nümunəsini unutsun, amma orta məktəbdə oxuduğu heç bir kitabı unutmur. Bu gün məktəblərdə şagirdlərə sadəcə bədii ədəbiyyat yox, dünyagörüşünü artıran elmi kütləvi ədəbiyyat oxunması tətbiq edilsə, məktəbi şagirdlərimiz üçün daha faydalı mexanizmə çevriləcək".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2854   Tarix: 14 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

28 oktyabr
.

Sabahın havası

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şər

27 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

27 oktyabr
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr