"Prezidentin son fərmanı həyati əhəmiyyət daşıyır"

"Prezidentin son fərmanı həyati əhəmiyyət daşıyır"Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığa fərmanın əhəmiyyətindən danışıb.
F.Heydərov deyib ki, Azərbaycan xalqının yalnız və yalnız inkişafı, tərəqqisi, rifahı və həyatının yaxşılaşması naminə gedən proseslər içərisində bu fərmanın öz mühüm rolu var:
"Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda mövcud olan sahibsizlik nəticəsində torapqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilib. Həmin işğal nəticəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə minlərlə insanımız şəhid olub, yaralanıb, 100 minlərlə vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşün insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğı hər zaman əsas olaraq qalacaq. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin tarixində silinməz iz qoyaraq, bu dövlətə sahib çıxıblar. Bu gün cənab Prezident İlham Əliyev Azərbaycan xalqının rifahı naminə bütün gücü ilə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman diqqətlə yanaşır".
F.Heydərov qeyd edib ki, indi dünyada təkcə iqtisadi böhran deyil, müharibələr, etnik və siyasi münaqişələr baş verir, böyük insan qırğınları müşahidə edilir:
"Təbii ki, bunun nəticəsində də dünyada böyük qaçqın və miqrant problemi yaranıb. Xüsusilə də Yaxın və Orta Şərq, ərəb ölkələrində böyük insan qırğınları törədilir. Belə bir alovlu dövrdə Azərbaycan "yaşıl sabitlik adası" kimi inkişaf edir. Bütün bunlar da cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox ağıllı və məntiqli siyasətin nəticəsində mümkün olub. Çox təəssüf ki, dünyada gedən maliyyə böhranı Azərbaycanda da müəyyən iqtisadi çətinliklər yaradıb. Ancaq belə bir zamanda hörmətli Prezidentimiz qaçqın və məcburi köçkünlərlə bağlı çox hümanist fərman imzalayıb. Bu fərman insanların maddi və sosial rifahının yüksəldilməsinə töhfə olacaq. Bununla həm də insanlar dərk etməlidir ki, çətinlik hər bir ölkədə olur və ağıllı siyasət yürüdülən ölkədə çətinliyin ömrü uzun olmur. Ona görə də dünyada yaşanan maliyyə böhranının Azərbaycana təsirini ötüşdürmək üçün hər birimiz əl-ələ verib, problemlərə sinə gəlməliyik. Çünki Azərbaycan daha çox inkişaf etdikcə, məcburi köçkünlərin problemləri də ardıcıl olaraq öz həllini tapacaq. Hörmətli Prezidentimizin məcburi köçkünlərlə bağlı son fərmanı bu yolda düşünülmüş çox ağıllı və insanların gələcəyə inamını artıran həyati əhəmiyyətli addımdır. Arzu edirəm ki, 2017-ci il Azərbaycan xalqının həyatında çox uğurlu olsun, iqtisadi planlarımız ləyaqətlə və uğurla həyata keçsin, torpaqlarımızı qaytarmaq istəməyən yağı düşmənlərin arzuları ürəklərində qalsın, yurdumuzda əmin-amanlıq və sülh davam etsin. Hörmətli Prezidentimizin çox ağıllı və mərdcəsinə insanlarımızın qayğısına qaldığı bu siyasət uğurla davam etsin".

Mənbə: Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5095   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021