Çiy də faydalıdır, bişmişi də...
Turşəng həzmi, qaraciyəri və öd kisəsinin funksiyalarını yaxşılaşdıran, yaraları sağaldan, qanazlığı, ürək-damar xəstəliklərinə faydalı bitkidir.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, tərkibindəki A, C və E vitaminləri sayəsində həm dəriyə xeyirlidir, həm də xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Liflə zəngin olduğu üçün bağırsaqların daha yaxşı işləməsinə kömək edir. Turşəngdə sümük sağlamlığını dəstəkləyən maqnezium var.
Tərkibindəki C vitamini sayəsində güclü antioksidant xüsusiyyətlərə malikdir və orqanizmi bir çox zərərli maddələrdən qoruyur. Qrip, soyuqdəymə kimi xəstəliklərin sağalma prosesini sürətləndirir.
Turşəng antioksidan xüsusiyyətləri sayəsində bədəndən toksinləri çıxarmağa kömək edir və qaraciyərin sağlamlığını dəstəkləyir. Sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır.
Mədə şişkinliyini aradan qaldırır, maddələr mübadiləsini də gücləndirir. Ağız yaralarına, yoluxucu və iltihablı xəstəliklərə qarşı faydalıdır.
Turşəng də bir çox digər yaşıl yarpaqlı bitkilər kimi qanazlığı baxımından orqanizmə müsbət təsir göstərir. Bədənə enerji verir və özümüzü daha fit hiss etməyimizə kömək edir.
Turşəng yüksək qan şəkərini salmaqda təsirlidir. Bundan başqa, sidikqovucu təsirə malikdir, böyrəklərin daha yaxşı işləməsini dəstəkləyir.
Həmçinin dəri sağlamlığına faydalıdır, dəri hüceyrələrinin bərpasını təşviq edir. A vitamini və antioksidanlar sayəsində dərinin qocalmasını gecikdirir.
Turşəng həm çiy, həm də bişmiş halda istehlak edilə bilər. Fərqli ləzzətlər və teksturalar təqdim edən bu bitkidən salatlardan yeməklərə, çaylardan smuzilərə qədər bir çox reseptlərdə istifadə etmək olar. Bu bitkinin yarpaqlarından hazırlanan çay rahatlaşdırıcı təsir göstərir.
Turşəngin həddindən artıq istehlakı orqanizmdə ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi problemlərə, eləcə də allergik reaksiyalara səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrSu qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabr100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
4 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18 oktyabr