Dünyanın həm ən şanslı, həm də ən şanssız adamı - FOTO
Dünyanın həm ən şanslı, həm də ən şanssız adamı xorvatiyalı musiqi müəllimi Frane Selakdır.
Ölkə.Az xəbər verir ki, buna səbəb isə onun dəfələrlə ölümdən dönməsi və varlanmasıdır.
Belə ki, 1962-ci ildə F.Selakın mindiyi qatar soyuq və yağışlı bir kanyonda relsdən çıxaraq çaya düşüb.
Bədbəxt hadisə nəticəsində 17 nəfər ölsə də, o, xilas edilib. Bundan sonra onun qolu sınmasına və hipertemiya keçirməyinə baxmayaraq sağ qalıb.
Növbəti il o birinci və sonuncu dəfə mindiyi təyyarənin qapısının qopması nəticəsində hündürlükdən samanlığın üzərinə düşüb.
Təyyarənin yerə çərpılması nəticəsində 19 nəfər həlak olsa da, Selak yenə sağ qalıb.
1966-cı ildə isə o avtobusla səfər edərkən nəqliyyat vasitəsi çaya düşüb və 4 sərnişin boğularaq ölüb. F.Selak isə qəzadan bir neçə kəsik və zədə ilə üzərək xilas olub.
1970-ci ildə hərəkətdə olan zaman onun avtomoili alışıb. O, avtomobilin benzin çəni partamazdan saniyələr öncə qaçmağı bacarıb.
1973-cü ildə ildə avtomobilində olarkən maşınının motoruna qaynar yağ tökülməsi nəticəsində yanğın baş verib və Selakın saçları tamamilə yanıb, amma yenə də o həyatda qalıb.
1995-ci ildə Zaqrebdə onu avtobus vursa da, sadəcə yaralanaraq qurtulub.
1996-cı ildə o, dağ döngəsində Birləşmiş Millətlər Təşkilatına məxsus yük maşını ilə baş-başa toqquşmaqdan qaçaraq qoruyucu tirə dəyib.
73-cü doğum günündən 2 gün sonra Selak lotereyada 900 min avro (təx. 1 milyon 600 min AZN) udub.
Həmin vaxt o beşinci dəfə evlənib. Qazandığı pulla 2 ev və bir yaxta alıb.
2010-cu ildə sadə həyat sürməyə qərar verib və pulun qalanını qohumlarına paylayıb.
Başına gələn hadisələrlə bütün dünyada məşhur olan F.Selakın danışdığı hekayələrin heç də hamısı təsdiqini tapmayıb.
Bununla belə o, həm ən şanslı, həm də ən şanssız adam kimi tanınır.
2016-cı ildə 87 yaşında vəfat edib.



Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1737 Tarix: 26 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabr"Köhnə ruh" olduğunuzu göstərən 5 rəng - Siz hansını geyinirsiniz?
Vintage üslubu mahiyyət etibarilə zamanla münasibətdir. Bu üslub boğuq rəng palitrasının estetikasından daha böyük məna daşıyır. Bu üsluba maraq göstərən insanlar sadəcə köhnə geyimlərlə maraqlanmırlar. Onları keçmişə aid bəzi əşyaların müasir trendlərdən daha əhəmiyyətli görünən keyfiyyət, dərinli
12 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabr