Cənab prezident İlham Əliyevin güclü siyasi kursu sayəsində qərbi azərbaycanlıların da təhlükəsiz şəraitdə qayıdışı tezliklə reallaşacaq

Cənab prezident İlham Əliyevin güclü siyasi kursu sayəsində qərbi azərbaycanlıların da təhlükəsiz şəraitdə qayıdışı tezliklə reallaşacaqAzərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə prosesi xüsusilə 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə özünü daha amansız formada göstərmişdir. Bu dövrlərdə törədilən cinayətlərdə Çar Rusiyası, sonradan isə Sovet İttifaqı rəhbərliyi böyük rol oynamışdır. Ermənilərin söz sahibi olduğu o zamankı SSRİ rəhbərliyi Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi əraziləri Ermənistana vermiş və yüz minlərlə azərbaycanlının məcburi deportasiyasına dair qərarlar qəbul etmişdir.

1987-ci ilin noyabr ayında Ermənistan SSR-nin müxtəlif bölgələrindən qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması, 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya dalğası zamanı azərbaycanlılar zorla yurdlarından çıxarılmış, evləri talan edilmiş, kəndlər boşaldılmış və çoxu fiziki zorakılığa məruz qalmışdır. Ermənistan rəhbərliyinin himayəsi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.
Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilmədilər. Beynəlxalq humanitar təşkilatlar və donorlar tərəfindən tam məlumatsız, ayrı-seçkiliyə və diskriminativ münasibətlə üzləşmişdilər. Onlar Azərbaycanın digər bölgələrinə pənah gətirmişdilər. Mandatına uyğun olaraq etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq humanitar yardım göstərmək vəzifəsi olan humanitar təşkilatlar hələ o vaxtdan azərbaycanlılara qarşı ayrı-seçkilik xətti tutmuşdular.

Qərbi Azərbaycandan gələn yüz minlərlə qaçqın ayaqda durmaq və həyatını davam etdirməyi bacardı. İcma olaraq üzləşdiyimiz böyük çətinliklərə və insan itkisinə baxmayaraq, xüsusən də 90-cı illərdə Ermənistan tərəfindən Qərbi Azərbaycanlıların kütləvi surətdə deportasiyasından sonra da azərbaycanlılar öz qaçqın cəmiyyətlərini 1989-cu ildə yaradaraq bu icma ətrafında sıx birləşdilər.

Etnik qrupların hüquqlarına hörmət və qaçqınların geri qayıtmaq hüququnun həlli demokratiya və qanunun aliliyinin vacib elementləridir. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqi beynəlxalq qanunvericiliyin və konvensiyaların tələbləridir. 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 194 saylı Qətnamədə öz evlərinə qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə bunu etməyə icazə verilirdi.

BMT-nin Qaçqınların Statusu ilə bağlı Konvensiyası, qaçqınların hüquq və müdafiəsini müəyyən edən beynəlxalq müqavilədir. Konvensiya qaçqınların qanuni müdafiə hüququ, hərəkət azadlığı, təhsil almaq hüququ və işləmək hüququ da daxil olmaqla sahib olduqları hüquq və müdafiələri müəyyən edir. 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) iki əsas ideal üzərində qurulub:

Ümumbəşəri insan hüquqlarının təmin edilməsi və strategiyanın "heç kəsi geridə qoymamağı" təmin etmək.
DİM-lərə səmərəli şəkildə nail olmaq üçün qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətinin yaxşılaşdırılması və davamlı həll yollarının həyata keçirilməsi zəruridir.

Qərbi Azərbaycan icmasının ədalət və sülhün bərqərar olması üçün beynəlxalq hüquqa, tarixi faktlara və sübutlara əsaslanan qayıdış konsepsiyası hazırlanıb qəbul edilmişdir.

Sənədin əsas məqamları indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququnu beynəlxalq qanunvericliyin tələbi kimi izah edir.

Bu hüququn layiqli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

Ermənistan hökuməti barışığa kömək etmək, məhv edilmiş Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün səy göstərməli, həyata keçirdiyi yer adı dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır.

İcma geri dönüş prosesində və ondan sonrakı dövrdə Qərbi Azərbaycanlıların qanuni təmsilçisi və maraqlı tərəfi kimi bütün müvafiq proseslərdə iştirak etməlidir. Beynəlxalq ictimaiyyətə müraciətimiz tarixi vətənlərimizə qayıtmaq haqqında haqlı iddiamızı təsdiq edərək, icmamızın hüquqlarını tanımaqdır.

Bu gün Ermənistan SSRİ-dən zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə mötəbər tədbirlər keçirilir. 51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda keçirilən konfrans da qaçqınların geri qayıdışı mövzusunda təcrübə mübadiləsi və dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etmək üçün əhəmiyyətli platformadır.

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin güclü siyasi kursu və rəhbərliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulduğu kimi, inanırıq ki, qərbi azərbaycanlıların da sülh şəraitində, ləyaqətli, təhlükəsiz geri qayıdışı yaxın gələcəkdə reallaşacaq.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1524   Tarix: 05 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq. Bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib. O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:. "Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki

19 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

Qriplə başlayıb, leykozla bitdi: Bahalı müalicəyə ehtiyacı olan Əli Əhədovun hekayəsi (FOTO/VİDEO)

8-ci sinif şagirdi, həkimlərin ağır qan xərçəngi diaqnozu qoyduğu Əli Əhədovun anası Təranə Aslanova -ın redaksiyasına müraciət edib. Anasının sözlərinə görə, Əli məktəbə və təhsilə çox bağlıdır. Onun vəziyyətini sinif yoldaşları, dostları və müəllimləri dərindən yaşayır, ailəyə bu çətin dövrdə kömə

20 dekabr