Coşqundan Tahirin tənqidlərinə cavab!
"Bu şəhərdə" yumoristik estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov həmkarı "Planet Parni iz Baku" KVN teatrının yaradıcısı, Əməkdar artist Tahir İmanovun müsahibələrin birində söylədiyi "Biz qadın obrazı oynamağı özümüzə yaraşdırmırıq. Aktyorluq bu deyil. "Bu şəhərdə"nin konsertləri müəyyən çərçivədədirlər. Onların konsertlərində ciddi satira və tənqid yoxdur" fikirlərinə münasibət bildirib.
OLAY yazır ki, bu haqda aktyor qonaq olduğu "YouTube"da yayımlanan "Künc Bucaq" layihəsinə müsahibəsində danışıb.
Rəhimov bütün tənqidlərə açıq olduğunu və səhnədə yaratdığı hər bir obrazın öhdəsindən ustalıq, məhərrətlə gəldiyindən əmin olduğunu dilə gətirib:
"Mən bütün tənqidlərə açığam və sübut etməyə də hazıram. "Bu şəhərdə" adından göründüyü kimi 2 aktyorun teatrıdır. Bütün obrazları oynamaq bizim öhdəmizə düşür. Deyərdim ki, bizim teatrımız Azərbaycanda bir yenilikdir. Artıq 25-ci ilə gedirik, hələ də sevilirik, qəbul olunuruq. Küçədə gedəndə arxamızca söz atan olmayıb. Bizi hər zaman hamı hörmətlə qarşılayırlar. O ki qaldı sənət baxımından söhbətin qadın obrazlarından getməsinə, əgər bunu oynaya bilirsənsə, meydan açıqdır. Əgər o obrazı təpədən dırnağa kimi qadın kimi təqdim edə biləcəksənsə, meydan açıqdır. O tənqidlərə mənim heç bir cavabım yoxdur. Tamaşaçı fərqlidir və bizim tamaşaçımız daha çoxdur. Bizə dəyər verən və dəstəkləyən tamaşaçımız çoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabrÖvladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabr"Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabr"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabr