KİV: Bəşər Əsədin təyyarə qəzasında həlak olduğu ehtimal olunur
Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi respublikadakı iki mənbəyə istinadən məlumat verib.
Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.
"O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur", – mənbələrdən biri bildirib.
Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.
Uçuşun təyinat məntəqəsi göstərilməyib. "FlightRadar" uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.
"FlightGlobal"ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3306 Tarix: 08 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
9 noyabrPaşinyan Parisdə Makronla görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan sosial media hesabında məlumat yayıb. Bildirilib ki, görüş Parisdəki Yelisey Sarayında baş tutub. Qeyd edək ki, Nikol Paşinya
10 noyabrPaşinyan bu tarixdə Türkiyəyə gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək. xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb. Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvət
9 noyabrZelenski bu gün Danimarkaya səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 10-da Danimarkaya səfər edəcək. APA xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ukraynaya hərbi dəstək və Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Görüşdə Şimali Avropa ölkələrinin dövlət v
10 noyabrUkraynada müharibədə 400 mindən çox rusiyalı həlak olub
Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri 400 mindən çox rusiyalı hərbçi həlak olub. xəbər verir ki, bu barədə Rusiyanın dövlət statistika agentliyi Rosstatdan sızdırılmış məlumatda bildirilib. Məlumatlar Belarus müxalifəti ilə əlaqəli "Cyber Partisans" haker qrupu və Ukraynanı
10 noyabrBritaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Britaniyalı pilot Stiv Freyzer Avropa üzərində uçan naməlum obyektlərlə (UNO) müntəzəm olaraq qarşılaşmasından danışıb. -ın xəbərinə görə, onun təəssüratları barədə "Metro" nəşri yazıb. 27 ildir mülki aviasiya sahəsində çalışan 48 yaşlı Stiv Freyzerin sözlərinə görə, son illər Avropa səmasınd
9 noyabrBolqarıstanda matəm elan edildi
Bolqarıstanda milli matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "Trakiya" avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır. Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü ela
10 noyabrABŞ, Ukrayna və Avropa ölkələrindən birgə bəyanat
ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər. Bizim.Media xəbər verir ki, bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib. Bəyanatın mətnin
10 noyabr