MM Söyüdlü (Zod) qızıl yatağının istifadəsinə icazə verilməsi haqqında sazişi ratifikasiya edib
Milli Məclis "Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in həyata keçirilməsinə icazə qaydalarını təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, bununla əlaqədar parlamentin bugünkü plenar iclasında müvafiq qanun layihəsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Asian Mining Holding FZ" LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb.
Sənəddə qeyd edilib ki, qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Layihəyə əsasən, qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində işlər aparmaq üçün müstəsna hüquq verilir.
Sənəddə vurğulanıb ki, sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 257 Tarix: 27 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın"
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:. "Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlində
27 dekabrAktauda həlak olmuş 19 yaşlı Xədicə qardaşı ilə kənddə tək yaşayırmış
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olanlar sırasında 22 yaşlı Əli Mirzəbəy oğlu və bacısı 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də var. Qəzada həyatını itirən bacı-qardaş kənddə tək yaşayırlarmış. Onların valideynləri illər əvvəl dünyalarını dəyişib. Qeyd edək ki
27 dekabr2025-ci ildən vətəndaşlar üçün PULSUZ OLACAQ
Artıq ambulator şəraitdə müalicə alan vətəndaşlara resept əsasında yazılan bəzi dərmanlar onlara dövlət hesabına veriləcək. -in məlumatına görə, bu məsələlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara edilə
27 dekabr"Son ana qədər Hökümə ilə danışdıq"
Sağ qalan təyyarə bələdçisi Aydan Rəhimli açıqlama verib. OLAY yazır ki, o, hadisə ilə bağlı Xəzər TV-yə danışıb:. "Birinci zərbədən sonra oksigen maskaları düşdü, salona baxmağa getdik ki, nə baş verir. Bu anda ikinci zərbə oldu. Təyyarə bələdçisi Zülfüqar bəy sol qolundan xəsarət aldı. Yaralıydı
27 dekabrİcra başçısının anası vəfat etdi
Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, icra başçısının anası Şəkil xanım vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib
27 dekabrAzərbaycanda daha bir tiktoker həbs olundu
Azərbaycanda daha bir tiktoker həbs olunub. -a istinadən xəbər verir ki, tiktoker Zəhra Abbasova barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib. Z.Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTok-dakı verilişinin qonağı olub. Qeyd edək ki, Azər Zahid və onu
27 dekabr