Kadırov təyyarə qəzasından dərhal sonra ailə üzvlərini mükafatlandırıb
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hökumət üzvlərini mükafatlandırıb.
Yeniavaz.com respublikanın rəsmi mətbuat orqanı olan "Çeçnya seqodnya"ya istinadən xəbər verir ki, mükafat alanların əksəriyyəti Çeçenistan rəhbərinin yaxın qohumları olub.
Ramzan Kadırov Təhlükəsizlik Şurasının katibi, qardaşı oğlu Xamzat Kadırovu "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı ilə təltif edib.
"IRS GROUP" şirkətlər qrupunun təsisçisi, Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova "Əməkdə fərqlənməyə görə" fəxri döş nişanı ilə təltif olunub.
Çeçenistan rəhbərinin böyük qızı, 25 yaşlı Ayşat Kadırova isə "Çeçenistan Respublikasının sosial sahəsinin əməkdar işçisi" fəxri adı ilə təltif olunub. Ayşat Kadırova Çeçenistan Hökuməti sədrinin müavini vəzifəsini icra edir.
"Gənclər siyasəti sahəsində əməkdar işçi" adına isə Ramzan Kadırovun digər qızı – 24 yaşlı Xədicə Kadırova layiq görülüb. Xədicə Kadırova isə hazırda Çeçenistan Hökuməti Administrasiyası rəhbərinin birinci müavini vəzifəsində işləyir.
Ramzan Kadırovun mükafat verdiyi şəxslərdən biri də 18 yaşlı oğlu Axmat Kadırov olub. Çeçenistan rəhbərinin oğlu respublikanın Bədən Tərbiyəsi və İdman Naziri vəzifəsini icra edir. Kadırov 18 yaşlı nazir oğlunu "Çeçenistan Respublikasının əməkdar bədən tərbiyəsi işçisi" fəxri adı ilə təltif edib.
Məlumat üçün bildirək ki, mükafatlandırma mərasimindən bir gün əvvəl AZAL-a məxsus təyyarə paytaxt Qroznı şəhərinin hava limanına eniş edən zaman zədələnib və daha sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Dünyanın aparıcı media orqanları təyyarənin Çeçensitan hava hücumundan müdafiə sistemlərinin açdığı raket atəşi nəticəsində zədələndiyini açıqlayıblar.
Bildirilib ki, AZAL-a məxsus təyyarə Çeçenistan ərazisi üzərindən uçduğu zaman hava hücumundan müdafiə qüvvələri aktiv şəkildə Ukrayna PUA-larını vurmağa çalışırmış. Bu məlumatı əmisindən yüksək mükafat alan Çeçenistan Təhlükəsizlik Şurasının rəhbəri Xamzat Kadırov da təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 14306 Tarix: 27 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021