Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?

Qarabağda vəfat edənlərin orada dəfn edilməməsi DÜZGÜNDÜR?Tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı məskunlaşma ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın prioritet istiqamətlərini təşkil edir.

Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur sakinlərinin azad olunmuş ərazilərə davamlı köçü həyata keçirilməkdədir. Ata-baba yurduna qayıdan insanlar orada evlə, həyətyanı sahə ilə təmin olunurlar. Qarabağ və Şərqi Zəngəzur bölgəsində məktəblərin, mədəniyyət mərkəzlərinin, müxtəlif ictimai iaşə obyektlərinin tikilib istifadəyə verilməsi, iş yerlərinin açılması dövlətin daxili siyasətinin əsas prioritetləri sırasına daxildir.

Artıq Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Xankəndiyə 30 min nəfərdən çox adam köçürülüb. Ancaq hələ də Qarabağda yaşayan sakinlər vəfat edən yaxınlarını orada dəfn edə bilmirlər. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında qəbiristanlıqların yaradılması nəzərdə tutulub.

Müşahidələr onu deməyə əsas verir ki, Qarabağa köç edən sakinlər 30 il müvəqqəti məskunlaşdıqları ərazilərdə dəfn etməyə üstünlük verirlər. Bunun səbəbi kimi isə yaxınlarının həmin ərazilərdə yerləşən qəbiristanlıqda dəfn olunması ilə əlaqələndirirlər.

Bəs dini aspektən belə bir şərt varmı?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan din xadimi, Pirallahı məscidinin imamı Mübariz Rəhimov məsələyə aydınlıq gətirib.

O bildirib ki, kimi-kimin yanında dəfn olunması əsas deyil:

"Dində qeyd edilir ki, ər-arvad birlikdə yaşasa da onlardan biri Allahın bəyəndiyi işləri edir, digəri isə Allahı qəzəbləndirən işlər görürsə, bir-birinin yanında dəfn olunsalar da axirətdə bunların yeri fərqli-fərqli yerlərdə olacaq. Mömünün yeri cənnətdə, Allahı qəzəbləndirən işlərlə məşğul olan insanın -insanların haqqına girən, başqalarını incidən, öldürən insanların yeri isə cəhənnəmdir. Bir qəbrə iki nəfəri qoysaq da bu heç nəyə təsir etmir. Ancaq kimsə vəsiyyət edirsə və övladı, başqa yaxını bu vəsiyyəti qəbul edirsə, həmin adamın vəsiyyətini yerinə yetirilməsi vacibdir. Amma vəsiyyət olunmayıb, olunubsa da qarşı tərəf qəbul etməyibsə, onu etməyə də bilərlər".

Mübariz Rəhimovun sözləronə görə, dində mütləq ata-ananın yanında dəfn olunmaq lazımdır kimi bir fikir yoxdur. Bu insanların öz istəyi ilə olan bir şeydir.

Din xadimi ölən şəxslərin nəşinin uzun yol aparılmasından da danışıb:

"Meyitin uzun yol getməyi insanlara əziyyət və ya meyidə ehtiramsızlıq olacaqsa düzgün deyil. Ölən şəxs ən yaxın ərazidə müsəlman qəbiristanlığında dəfn olunmalıdır. İnsanlar hara köç edibsə həyatını itirəndə də orada dəfn olunsa yaxşıdır. Biri Laçında qalır, aparıb atasını Mingəçevirdə dəfn etməyin heç bir mənası olmayacaq. Həyatını itirən şəxsin məzarını ziyarət etmək də bu baxımdan daha çox çətinlik törədə bilər.

Qarabağ sakinləri 30 ildir həsrətində olduğu vətəninə geri dönüb. Köç edənlərin əksəriyyətinin uşaqlığı, ən gözəl xatirələri bu torpaqda keçib. Bura köçdükdən sonra həyatını itirən şəxsləri öz vətənində dəfn etmək həm şəriətə uyğundur, həm də insan düşüncəsi ilə də düz gəlir. Əgər yaxınlarımızı orada dəfn etməsək necə deyə bilərik ki bura bizim vətənimizdir. Burada azərbaycanlılar əbədi köçüb. 30 il ərzində də biz Qarabağdakı qəbirsitanlılarımızla sübut etdik ki, bura həqiqətən də azərbaycanlıların ata-baba yurdudur"- deyə Mübariz Rəhimov sonda qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1157   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr