"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - TİBBİ EKSPERT

"Bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır" - TİBBİ EKSPERT"Bu gün Azərbaycanda epidemoloji vəziyyət çox qarışqıdır. Öncəliklə, qeyd edək ki, pandemiya bitsə də, hələlik, COVİD-19 davam edir. Elə, Avropanın özündə də xeyli yoluxmalar var. Omicron ştammı mutasiya variantları davam edir. Digər tərəfdən, ənənəvi olaraq, hər il olduğu kimi qrip infeksiyası ölkədə mövcuddur".

Bunu Sonxeber.az-a tibbi ekspert Adil Qeybulla danışıb.

O, açıqlamasında qeyd edib ki, antibiotiklərin yaranan viruslara heç bir təsiri yoxdur:

"Çində hal-hazırda peyda olan insan metapevmovirusu və mikoplazma pnevmoniyasının olması da nəzərə alınmalıdır. Çünki, qloballaşan dünyada bunun Azərbaycana gəlib çıxması tamamilə real və məntiqi görsənir. Bu gün konkret olara biz deyə bilmərik ki, həmin infeksiyalar ölkədə var ya yoxdudur. Yəni, söhbət Çində meydana gələn virusdan gedir. Baş verən epidemoloji durum, göstərir ki, bu infeksiyanın Azərbaycana gəlməsi tam realdır. Bu baxımdan da biz xəstələnən təqdirdə həmin infeksiyanın növünü təyin edə bilmirik. Buna bəzən heç ehtiyac da duyulmur. Xaricdə bu xəstəliklərin böyük əksəriyyəti soyuqdəymə xəstəlikləri adı altında qruplaşdırılır. İlk yardım olaraq insanlar xəstələndiyi təqdirdə özünü təcrid etməli, bol maye qəbul etməli və qızdırma yüksək olduqda parasetamol içmə bilərlər. Qalan hallarda isə ancaq həkimə getmək lazımdır. Boş-boş antibiotiklərdən istifadə tamamilə yalnış yanaşmadır. Bunu nəzərə almaq lazımdır ki, antibiotikin virusa heç bir təsiri yoxdur. O yalnız bakterial ağırlaşmalar zamanı təyin edilir. Diqqət edilməsi gərəkən digər məsələlər isə insanların xəstələndiyi təqdirdə işə getməməsi, yataqda olması, başqalarını yoluxdurmamasdır. Hər kəs bu cür vətəndaş mövqeyi sərgiləsə, biz bu epidemiyadan daha az itkilərlə qurtula bilərik".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3005   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr