Milli inkişaf modeli: Dayanıqlı inkişaf və yeni hədəflər

Milli inkişaf modeli: Dayanıqlı inkişaf və yeni hədəflərPrezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir.

Cənab İlham Əliyevin sözlərinə görə, 2024-cü il Azərbaycan üçün iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur: "Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək...".
ÜDM-in 4 faizdən çox artması qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın maliyyə dayanıqlılığını və iqtisadi potensialını nümayiş etdirir. Dövlətin diqqət mərkəzində qeyri-neft sektorunun inkişafı dayanır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurlu nəticəsidir. Neft hasilatındakı tənəzzülün sabitləşdirilməsi ümumi iqtisadi göstəricilərin mənfi təsirlərdən qorunmasına töhfə verib. Hökumətin bu sahədə apardığı islahatlar enerji sektorunda sabitliyi təmin etməklə yanaşı, gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Qeyri-neft sektorundakı nailiyyətlər Azərbaycanın dayanıqlı və diversifikasiya edilmiş iqtisadi modelə keçidində mühüm addım hesab edilir. Bütün bu uğurlar, həmçinin dövlətin beynəlxalq arenada iqtisadi mövqeyinin güclənməsini dəstəkləyir və Azərbaycanı dünya birliyində etibarlı tərəfdaş kimi tanıdır.

Müsahibədə diqqət çəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi...".
Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.

Xarici havadarlarının dəstəyi ilə Ermənistan bir müddət qanunsuz işğalını davam etdirsə də, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qətiyyətli mövqeyi və strateji siyasəti sayəsində bu planları tamamilə iflasa uğratdı. Dövlətimizin prinsipial siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın işğalçı niyyətlərini alt-üst etdi. Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü addımlar hərbi-siyasi və diplomatik müstəvidə möhtəşəm qələbələrimizi şərtləndirdi. Bu yanaşma beynəlxalq ictimaiyyətə Azərbaycanın ədalətli mübarizəsinin hüquqi və mənəvi baxımdan tam haqlı olduğunu sübut etdi. Eyni zamanda, Azərbaycan dövləti bölgədə sülh və sabitliyin əsas təminatçısı kimi öz mövqeyini daha da gücləndirərək həm regionda, həm də beynəlxalq miqyasda nüfuzlu strateji tərəfdaş kimi tanındı.

Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məsələ isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Bərpa işlərinə ayrılacaq maliyyə vəsaitinin miqdarı və daha çox vəsaitin sərf edilə biləcəyi vurğulanıb, bu da Azərbaycanın bərpa prosesinə olan ciddi yanaşmasını nümayiş etdirir. Həmçinin, keçmiş köçkünlərin evlə təmin edilməsi və müxtəlif sahələrdə işlə təmin olunmaları azad edilmiş ərazilərin sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi üçün atılan mühüm addımlardır. Bu addımlar, həmçinin regionun yenidən qurulması və sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın 2024-cü ildə əldə etdiyi siyasi və iqtisadi uğurlar dövlətin düzgün strateji yol seçdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyi, siyasi müstəqilliyinin əsas təminatıdır. Qeyri-neft sektorunun inkişafı, valyuta ehtiyatlarının artırılması və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanı regionun lider ölkəsi mövqeyinə yüksəldir. Cari ildə həm iqtisadi, həm də siyasi sahələrdə daha böyük uğurların əldə edilməsi planlaşdırılır. Bu, xalqın sosial rifahını artırmaq və dövlətin regional liderlik mövqeyini gücləndirmək üçün möhkəm bir zəmin yaradır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1182   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun