Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMAMüddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına, eləcə də banklarla borcalanlar arasındakı münasibətlərə təsir göstərə biləcəyi gözlənilir.

Bəs, müddətli hərbi xidmətə çağırılan şəxslər üçün kredit ödənişləri ilə bağlı hansı hüquqi güzəştlər nəzərdə tutulur və bu güzəştlər hərbi xidmət müddətində borcalanların maliyyə yükünün azalmasına, eləcə də bankların kredit öhdəliklərinin icrası ilə bağlı fəaliyyətinə necə təsir göstərə bilər?
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, kreditlərə güzəşt müddəti adətən kredit rəsmiləşdirilərkən, kreditin şərtlərindən asılı olaraq 3, 6, 9 ay və bəzi hallarda 12 aya qədər müəyyən edilə bilər. Bu, əsasən biznes, kənd təsərrüfatı və müəyyən kənar amillərin təsiri ilə gəlirin formalaşmasının vaxt tələb etdiyi təminatlı kreditlərdə tətbiq olunur.

"Şəxsin hərbi xidmətə getməsi, təhsil almaq üçün xarici ölkəyə getməsi və ya ezamiyyətdə olması ilə əlaqədar kredit ödənişlərində fasilə və ya güzəşt müddətinin verilməsi isə hazırda qanunvericilikdə nəzərdə tutulmayıb və bank fəaliyyətində də belə bir praktikaya rast gəlinmir. Bunun hüquqi əsası və tənzimləyici mexanizmi yaradılarsa, banklar hərbi xidmət müddətində olan şəxslərə müəyyən güzəştlər tətbiq edə bilərlər. Nəzərə alsaq ki, hərbi xidmət müddəti ən azı 12 aydan başlayır, şəxsin bir il ərzində kredit ödənişi etməməsi üçün ayrıca mexanizm tələb olunur. Bank da cəlb etdiyi vəsaiti geri qaytarmalıdır. Buna görə bankların həmin dövrdə kredit öhdəliklərinin icrasını təmin etməsi üçün müəyyən yardımçı mexanizmin formalaşdırılmasına ehtiyac var".

Ekspert bildirib ki, belə bir mexanizm olmadığı üçün hazırda hərbi xidmətə gedəcək şəxslərə bəzi hallarda bu amil nəzərə alınaraq kredit verilmir:

"Şəxs kredit götürdükdən sonra hərbi xidmətə çağırılırsa, ödənişləri adətən ailə üzvləri və ya birinci dərəcəli qohumlar həyata keçirirlər. Onlar da ödəniş edə bilmədikdə, kredit gecikməyə düşür və bu halda hüquqi mexanizmlər işə düşə bilər. Əgər şəxsin iş yeri ona müəyyən möhlət verib əməkhaqqısını ödəməyi öhdəsinə götürübsə, məhkəmə qərarı əsasında kredit üzrə tutulmalar həmin əməkhaqqından həyata keçirilə bilər. Digər hüquqi addımlar isə məhkəmənin qərarından asılıdır. Güzəşt müddətinə gəlincə, bu, əsasən kənd təsərrüfatı, biznes və yeni investisiya layihələri üzrə kreditlərdə tətbiq olunur. Məsələn, uzunmüddətli, 5 və ya 10 il müddətinə verilən investisiya kreditlərində şəxsin zavod tikməsi və ya meyvə bağı salması müəyyən vaxt tələb edir. Meyvə bağlarının məhsul verməyə başlaması, məhsulun emalı və gəlirin formalaşması üçün vaxt lazım olduğundan, belə kreditlərdə adətən 3, 6, 9 ay və bəzi hallarda 12 aya qədər güzəşt müddəti müəyyən edilə bilər. Bu müddət kredit müqaviləsinin şərtlərinə və biznes planda nəzərdə tutulan fəaliyyətə əsasən tənzimlənir. Məsələn, şəxs ölkəyə tikinti avadanlığı, dəzgah və ya digər avadanlıq gətirirsə, onun istehsalı və istifadəyə verilməsi müəyyən zaman tələb edə bilər. Bu zaman əlavə xərclərin qarşısının alınması, kredit ödənişlərində problem yaranmaması və vəsaitin əsas biznes plana yönəldilməsi üçün banklar müəyyən hallarda güzəşt müddəti tətbiq edə bilirlər. Bu, biznesin xarakterindən və kredit verilən sahənin profilindən asılıdır".

Onun sözlərinə görə, şəxsin işdən çıxaraq hərbi xidmətə getməsi, ezamiyyətdə olması və ya təhsil almaq üçün xarici dövlətə getməsi kimi hallarda kredit ödənişlərinə güzəşt müddətinin və ya fasilənin verilməsi hazırda nəzərdə tutulmur. Bunun üçün qanunvericilikdə ayrıca hüquqi baza mövcud deyil:

"Hərbçilər üçün kreditlərə güzəşt müddəti nəzərdə tutulacaqsa, ilk növbədə bu müddət ərzində ödəniş mexanizmi araşdırılmalıdır. Şəxs hərbi xidmətə və ya hərbi toplanışa gedirsə, onun kredit ödənişlərinin kim tərəfindən və hansı qaydada həyata keçiriləcəyi müəyyənləşdirilməlidir. İlk növbədə bu suallara cavab tapıldıqdan sonra güzəşt müddətinin tətbiqi mümkün ola bilər. Güzəşt müddətinin tətbiqi şəxsin həmin dövrdə borcunun yaranmamasına, cərimələnməməsinə və əlavə maliyyə yükü ilə üzləşməməsinə müsbət təsir göstərə bilər. Faktiki olaraq şəxs hərbi xidmətdə olur və vətən qarşısında borcunu yerinə yetirir. Bu baxımdan ona müəyyən dəstəyin göstərilməsi məqsədəuyğundur. Lakin güzəşt müddətinin tətbiqi ilə yanaşı, bunun maliyyələşmə mexanizmi və maliyyə mənbələri də müəyyən edilməlidir. Belə bir qanun layihəsi hazırlanarsa, bu məqamlar da nəzərə alınmalıdır. Ümumilikdə isə belə bir mexanizmin yaradılması müsbət və təqdirəlayiq addım ola bilər. Məsələn, şəxs təhsil aldığı müddətdə və ya hərbi xidmətdən möhlət hüququ olduğu dövrdə kredit götürübsə, sonradan həmin möhlətdən məhrum olaraq hərbi xidmətə getmək zərurəti yaranarsa, onun kredit öhdəliklərini necə icra edəcəyi ilə bağlı konkret fəaliyyət qaydası və prosedur hazırlanmalıdır. Bu, həm banklar, həm də müştərilər üçün müsbət hal ola bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 243   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?

Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas

22 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr