Göyçayda tələbə qızlar qidadan zəhərləniblər

Göyçayda tələbə qızlar qidadan zəhərləniblər"Göyçayda zəhərlənən tələbələr Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.

Qeyd olunub ki, zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridirlər:

"Onlar evdə yedikləri tortdan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Bu gün imtahanları olub və hər biri imtahanda iştirak ediblər.

Günay Rasim qızı Heydərova "Azərbaycan iqtisadiyyatı", Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu "Vergilər və vergi tutumu", Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva "Mühasibat uçotu" fənnindən imtahan veriblər", - deyə məlumatda bildirilir.

11:12

Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Sonxeber.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə isə, Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar:

"Yanvarın 21-i, saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar".

10:44

Göyçay rayonunda beş tələbə qız zəhərlənib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndikləri ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 503   Tarix: 22 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səhərlər telefondan istifadə edirsiniz? – Təcili dayandırın

Alimlərin bu yaxınlarda apardıqları araşdırma göstərib ki, səhər saatlarında intensiv smartfon istifadəsi sizi keyləşdirir. -ın xarici mediaya istinadla xəbərinə görə, bundan əlavə, belə insanlar əhval-ruhiyyəni itirirlər. Və onlar gün ərzində qəmgin, küt və əsəbi olurlar. Tədqiqatçıların fikrincə, yuxuda

21 yanvar
.

Sabunçuda 3 nəfər dəm qazından boğulub öldü

Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakinləri – 1977-ci il təvəllüdlü İlqar İsçayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər

21 yanvar
.

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji sahəsində tərəfdaşlıq edəcəklər

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa imza atıblar. xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində stratej

22 yanvar
.

Azərbaycan səmasında görünən uçan obyekt nədir? - Rəsədxanadan AÇIQLAMA

Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub. xəbər verir ki, bu barədə gün ərzində -in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib. Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkə

22 yanvar
.

Ağdaşda yeddi yaşlı uşağın üzərinə nərdivan aşıb, azyaşlı ölüb

Ağdaşda yeddi yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynayarkən taxtadan düzəldilmiş nərdivan üstünə aşıb və azyaşlı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb. Araşdırma aparılır

22 yanvar
.

Avrora şirkəti yeni vakansiyalar elan edib

Avrora MMC 23 yanvar 2025-ci il tarixində yeni yaradılan vakansiyalar üzrə işçi qəbulu üçün "Açıq Qapı" günü təşkil edəcək. "Açıq Qapı" günündə iştirak edən müraciətçilər imtahan və müsahibədən uğurla keçərsə işə qəbul olunacaqlar. İşə qəbul zamanı əsasən "satış nümayəndəsi"

21 yanvar
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 22-də axşamdan yanvarın 23-də səhərədək arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanı

22 yanvar
.

Bakıda söküntü işləri zamanı nə qədər kompensasiya verilir?

"Ərazilər üzrə kompensasiyalar ayrı-ayrılıqda müəyyən olunmalıdır. Hansısa ərazi üzrə bir qiymət müəyyən olunması doğru deyil". Bu sözləri -ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. O əlavə edib ki, söküntü aparılan ərazilərdə kompensasiya ödənişləri zamanı iki istiqamə

22 yanvar
.

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxslərlə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. İmişli rayon Məhkəməsində istintaq orqanını

22 yanvar