HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb
Fələstinin HƏMAS hərəkatı fələstinlilərin anklavın şimalına qayıtmasına hələ də icazə verilmədiyi bir vaxtda Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsində mümkün pozuntulara görə məsuliyyəti İsrail iqtidarının üzərinə qoyub.
"Report" xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.
"Düşmən razılaşmanın bəzi bəndlərinin həyata keçirilməsində ləngiyir – xüsusilə də Ər-Rəşid oxu boyunca (Qəzzanın cənub-qərbində dəniz sahili boyunca uzanır – red.) məcburi köçkünlərin anklavın cənubundan şimala qayıtmasına icazə vermir. Bu baxımdan HƏMAS razılaşmanın pozulmasına və onun nəticələrinə görə məsuliyyəti İsrailin üzərinə qoyur", – sənəddə qeyd olunub.
Qeyd edək ki, yanvarın 19-da İsrail iqtidarı atəşkəs rejiminin tətbiq olunduğunu elan edib və HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində üç israilli girovun əvəzinə 90 fələstinli məhbusu azad edib. Daha sonra Qəzza zolağında saxlanılan dörd israilli qadın girovun yəhudi dövlətinə təhvil verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 831 Tarix: 26 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulAP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
5 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyul