Qitə iki yerə parçalanır: Çat sürətlə böyüyür, yeni okean və qitə yaranacaq

Qitə iki yerə parçalanır: Çat sürətlə böyüyür, yeni okean və qitə yaranacaqAlimlər Afrikanın parçalanma prosesinin gözləniləndən daha sürətli getdiyini bildiriblər. 2005-ci ildə Efiopiya səhrasında yaranan 56 kilometrlik çat hər il genişlənməkdə davam edir.

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssislər bu ayrılmanın təkcə Afrika coğrafiyasını deyil, həm də qlobal geoloji və iqlim tarazlığını dəyişdirəcəyini vurğulayırlar.

Afrikanın parçalanması nə qədər çəkəcək?

Əvvəllər bu prosesin on milyonlarla il ərzində baş verəcəyi düşünülürdü. Lakin Kaliforniya Universitetinin Santa-Barbara kampusunun professoru Ken Makdonald bu prosesin daha yaxın gələcəkdə baş verə biləcəyini iddia edir: "Bu dəyişikliklər bir gün yox, uzun bir müddətdə baş verəcək. Lakin bunun ilk əlamətlərini görürük".

Afrikanın parçalanması hansı nəticələrə gətirib çıxaracaq?

Bu ayrılma yeni bir okean və qitənin yaranmasına səbəb olacaq. "Hind okeanının suları qurunun içinə doğru irəliləyəcək və indiki Şərqi Afrika Yarığı sular altında qalacaq", deyə Ken Makdonald vurğulayıb.

Mütəxəssislərin hesablamalarına görə, bu yeni okean, dərinliyi baxımından Atlantik okeanı ilə müqayisə oluna bilər. Çat hazırda Somali, Keniya, Tanzaniya və Efiopiyanın yarısını əhatə edir. Bu proses nəticəsində Efiopiyanın "Nubiya qitəsi" adı veriləcək yeni bir qitəyə çevriləcəyi ehtimal edilir.

Makdonaldın sözlərinə görə, iki tektonik plaka çox yavaş hərəkət etsə də, Afrikanın böyük sahəsini nəzərə alsaq, bu, olduqca təsir edici bir prosesdir: "İnsan ömrü ərzində dramatik dəyişikliklər görməsək də, bölgədə güclü zəlzələlər və vulkan püskürmələri müşahidə edəcəyik".

Parçalanmanın səbəbi nədir?

Bu proses təxminən 22 milyon il əvvəl Afrika qitəsinin böyük göllərinin yerləşdiyi 3 218 kilometr uzunluğunda yarıqdan qaynaqlanır. Burada Somali və Nubiya adlı iki tektonik xətt mövcuddur.

Yer qabığını və üst mantonu təşkil edən litosfer, bir neçə tektonik plitəyə bölünüb. Lakin bu plitələrin hərəkət mexanizmləri tam anlaşılan deyil. Bəzi alimlərə görə, bu proses, Yer kürəsinin nüvəsindən yüksələn istilik nəticəsində çöküntü qatlarında yaranan yavaş hərəkətlərdən qaynaqlanır.

Makdonald bu barədə deyir: "Tektonik plitələrin sürüşməsi zəlzələlərə səbəb olur, həmçinin vulkanik fəaliyyətin artdığını görürük".

Parçalanma prosesi necə izlənilir?

Son araşdırmalarda yeraltı dəyişiklikləri izləmək üçün peyk cazibə qüvvəsi məlumatları və seysmik tədqiqatlar kimi inkişaf etmiş sensorlardan istifadə edilir.

Keçmiş NASA və ABŞ Kosmik Qüvvələri müşaviri Aleksandra Doten deyib: "Şərqi Afrika, Somali plakasının üzərində yerləşir. Burada uzanan Afrika Böyük Gölləri, planetdəki donmamış şirin su ehtiyatlarının 25%-ni təşkil edir".

Doten Somali xəttinin şərqə doğru hərəkət etdiyini və bu prosesin nəhəng bir yarıq vadisi yaratdığını qeyd edib. Onun sözlərinə görə, bu proses nəticəsində Şərqi Afrika, Afrika qitəsinin qalan hissəsindən ayrılaraq yeni bir qitə halına gələcək.

Madaqaskar iki adaya bölünə bilər

Aparılan tədqiqatlar Afrikanın parçalanma prosesinin əvvəllər düşünüldüyündən daha sürətli irəlilədiyini göstərir. 2024-cü ildə "Frontiers in Earth Science" jurnalında dərc olunan bir araşdırmaya görə, Şərqi Afrika Rift sisteminin fərqli hissələri müxtəlif dərəcələrdə vulkanik aktivlik nümayiş etdirir.

2018-ci ildə Keniya güclü yağışlar nəticəsində yeni çatlaqların əmələ gəldiyini müşahidə edib. Yerli sakinlər zəlzələ hiss etdiklərini bildiriblər. Alimlər bu tip çatlaqların davam edəcəyini və Madaqaskarın iki ayrı adaya bölünə biləcəyini irəli sürürlər.

2020-ci ildə Vircinia Tex Universitetinin apardığı araşdırmaya görə, yeni okeanlar əvvəlcə Rift vadisinin şimal hissəsində yaranacaq.

Afrikanın geoloji gələcəyi necə olacaq?

Tulane Universitetinin geologiya kafedrasının rəhbəri və ABŞ Dövlət Departamentinin Afrika məsələləri üzrə elmi müşaviri Sintiya Ebincer Şərqi Afrika Rift sisteminin təxminən 35 milyon il əvvəl ərəb yarımadası ilə Afrika arasında yaranmağa başladığını bildirib.

Bölgədəki tektonik hərəkətlər səbəbindən bu yarıq genişlənərək 25 milyon il əvvəl Keniyanın şimalına çatıb. Hazırda rift vadisi paralel şəkildə uzanan iki böyük çatlaq xəttindən ibarətdir.

Londondakı Geologiya Cəmiyyəti isə rift sisteminin şərq qolunun Efiopiya və Keniya ərazisindən, qərb qolunun isə Uqanda və Malaviyə qədər uzandığını bildirir.

NASA-nın Yer Müşahidə Mərkəzi isə qeyd edir ki, rift vadisinin şərq hissəsi daha sürətlə quruyur, qərb hissəsi isə Konqo tropik meşələrinin sərhədində yerləşir.

Nəticə

Afrikanın parçalanma prosesi alimlər tərəfindən yaxından izlənilir. Bu dəyişikliklər qitənin gələcəyi, iqlim dəyişikliyi, təbii ehtiyatların idarə edilməsi və regional təhlükəsizlik kimi məsələlərə ciddi təsir edə bilər.

Bu fenomen yalnız Afrika üçün deyil, həm də qlobal miqyasda əhəmiyyətli geoloji və ekoloji nəticələr doğuracaq. Yeni yaranacaq okean və qitə, dünya xəritəsində radikal dəyişikliklərə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1495   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

İran "Cənubi Pars" yatağında zədələnmiş infrastrukturun 50%-nin bərpa olunduğunu elan etdi

İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına hücumundan altı ay sonra zədələnmiş istehsal gücünün 50%-ni bərpa etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib. Neft nazirinin müavini Əhməd Zeratkar təmir olunmuş obyektlərdə istehsalın bərpa olunduğunu və qala

24 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin

24 sentyabr
.

Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir

Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi

25 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr