Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarPlastik cərrahlarla bağlı qalmaqal ilk baxışdan səliqə-səhmanla yoluna qoyulur: KİV-də 50-yə yaxın plastik cərrahın sertifikatının saxta olduğu barədə xəbərlər yayılandan sonra hüquq-mühafizə orqanları araşdırmalara başladı, qısa araşdırmalardan sonra Baş Prokurorluq rəsmi açıqlama yaydı və diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkarlandığını bəyan etdi. Eyni zamanda qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər - Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil Şöbəsinin müdiri Səidə Rüstəmova və Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçildi.

Bundan başqa ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara fəaliyyətlərinin qanuniliyini təsdiqləyən sənədlərinin surətlərini 31 yanvar 2025-ci ilədək Səhiyyə Nazirliyinə təqdim etmək üçün vaxt verildi.

Daha sonra araşdırmalar davam etdirildi və bu yaxınlarda 10-a yaxın plastik cərrahın lisenziyasının ləğv olunduğu açıqlandı. Elə bundan sonra da məsələ yenidən daha da aktuallıq kəsb etməyə başladı. Çünki bir tərəfdən, qanunsuz yollarla sertifikat əldə edənlərin çıxdaş olunması, digər tərəfdən yenidən sertifikat alıb-ala bilməyəcəkləri plastik cərrahlar arasında təşviş yaratdı.

Hazırda plastik cərrahlarla bağlı araşdırma davam etdirilir və bu sahəyə qanunsuz soxulan həkimlər cəzalandırılır. Amma bir məsələ yenə də açıq qalır: axı bu sertifikatı onlar özləri-özlərinə verməyiblər. Azərbaycan qanunvericiliyinə əsasən, xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Başqa sözlə, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ Səhiyyə Nazirliyinin Sertifikasiya Şurası tərəfindən rəsmiləşdirilir. O zaman sual yaranır, niyə yalnız saxta yollarla sertifikat alan həkimlər cəzalandırılır? Axı bu qanunsuzluğu rəsmiləşdirənlər onlardan heç də az məsuliyyət daşımırlar. Bəs, onlar niyə məsuliyyətə cəlb olunmurlar? Nə qədər inandırıcıdır ki, saxta sertifikasiya ilə yalnız nazirliyin şöbə rəhbərləri Səidə Rüstəmova və Lətafət Cabbarova məşğul olublar? Axı onların heç biri nazirliyin Sertifikasiya Şurasının rəhbəri deyillər. Məgər saxta sertifikatlara görə əsas məsuliyyəti Sertifikasiya Şurasının sədri daşımırmı? Bu suallara qayıdacağıq.

İndilik plastik cərrahların sertifikasiyası ilə bağlı Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, dosent, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyevin fikirlərinə diqqət edək. O, Bakupost.az -a açıqlamasında sertifikatı ləğv olmuş həkimlərin aqibətinin necə olacağı barədə qanunvericiliyin tələblərindən danışıb:

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar"Ümumimyyətlə, mətbuatda başlıqlarda gedən "filan həkimin lisenziyası ləğv olundu", "filan cərrahın lisenziyasının vaxtı keçdi" kimi xəbərlər düzgün deyil. Lisenziya sahibkarlıq fəaliyyəti üçün hər hansı quruma verilən sənəddir. Bütün özəl klinikalar lisenziya ilə işləyir. Həkimlərdən isə stomatoloqlara bu sənəd lazımdır. Çünki fəaliyyət göstərmək üçün klinika, kabinet və s. aça bilərlər. Onu da Səhiyyə Nazirliyi vermir və bunun üçün heç bir imtahan lazım deyil. Onun qeydiyyat şərtləri başqadır. Lisenziyanı müəyyən rəylərdən sonra "Asan Xidmət" verir.

O ki qaldı, sertifikasiya şəhadətnaməsinə, bu sənəd Azərbaycan ərazisində tibbi praktiki fəaliyyət göstərmək üçün əsas sənəddir. Bu sertifikatı olmayan həkimin tibbi fəaliyyət göstərməsi mümkün deyil, qanunsuzdur. Bu barədə prezidentin xüsusi sərəncamı var. Sertifikat 5 illik verilir, vaxtı bitdikdə, yenidən imtahan verirlər, əgər keçirlərsə, yenidən sertifikat alırlar.

Sertifikatı almaq üçün yeganə tələb Sertifikasiya Komissiyasının imtahanından keçməkdir. Əgər hansısa həkim suallara cavab verə bilməsə, ona 6 ay vaxt verirlər ki, hazırlaşıb yenidən imtahan versin. Həkim də gedib hazırlaşır, kurslardan keçir, yenidən müraciət edir. Əgər o, ikinci dəfə də kəsilərsə, bu zaman onu işdən azad edirlər və ya həkimlik fəaliyyətinə icazə vermirlər. Deməli, iki dəfə imtahandan keçə bilməyən həkimin xalqa, pasiyentlərə xidmət göstərmək üçün bilik səviyyəsi kifayət etmir. Amma imtahanlarla bağlı say tələbi yoxdur. 3-5 dəfə də imtahan verə bilərlər. Sertifikasiya şəhadətnaməsi olmadan qanundan yayınıb xəstə qəbul edən, hər hansı özəl klinikada fəaliyyət göstərən həkim də, klinika da yüksək məbləğdə cərimə olunur. Bu yoxlamalar və cəzalar artıq sərtləşdirilib. Ona görə özəl klinikalar sertifikatsız həkimin işləməsində maraqlı olmamalıdır".

Saxta plastik cərrahlarla yanaşı, onlara qanunsuz yollarla, eləcə də maddi maraq qarşılığında sertifikat verən məmurların cəzalandırılması məsələsinə qayıdaq.

"Azərbaycan Tibb Jurnalı"nın redaktoru Fuad İslamzadə hesab edir ki, bu məsələdə cəza şərtləri hamıya eyni dərəcədə şamil edilməməlidir:

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar"Həkimlik təhsili olmadan tibbi fəaliyyətlə məşğul olanlara, sertifikatı olmayanlara daha sərt t cəzalar olmalıdır, nəinki rezidentura üzrə təhsili və fəaliyyəti bir az uyğun gələnlərə. Məsələn, həkim var lor cərrahdır, amma burun estetiki ilə məşğul olur. Ona qarşı bir qədər yumşaq davranıla, xəbərdarlıq edilə bilər.

O ki qaldı, saxta sertifikatları verənlərə, bunu Nazirlikdə kim veribsə, onlar cəzalanmalıdır. Burada insani nəfs, maddi maraq, sui-istifadə faktoru ola bilər.

Ümumiyyətlə, özəl klinikalara lisenziyalar verilməsi də sərtləşməli, ciddi yoxlamalar aparılmalıdır. Mənə bir fakt danışmışdılar, Azərbaycanda özəl klinikada orta tibb təhsili olan biri narkoz verən, yəni anestezioloq kimi işləyib pul qazanmışdı. Dəfələrlə olub ki, əməliyyatda xəstə ölümü baş verən klinika rəhbərləri istintaqa və mətbuata deyib ki," biz əməliyyatxananı həkimə icarəyə veririk, bizim məsuliyyətimiz yoxdur. Həkim kirayə yer tutub xəstəni əməliyyat edir". Bu məsələ araşdırılmalıdır. Əgər həkimi yoxlamadan, sənədləri qaydasında olmadan, öz əməliyyat otağına buraxırsansa, deməli, bu, cinayətdir. Təəssüf ki, özəl klinikalar və havadarları həmişə cəzadan kənarda qalır. Dünyanın heç bir ölkəsində o ölkənin qanunlarına uyğun təhsil almayan, imtahan verməyən, icazə almayan həkimi nəinki əməliyyata, heç xəstənin müalicəsinə belə yaxın buraxmazlar. Bu, cinayətdir. Vaxtilə keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev həmişə deyirdi ki, özəl klinikalarda baş verən məsələlərə, yanlış müalicə və ölüm faktlarına, həkim səhlənkarlığına biz cavabdeh deyilik. İndi də eyni cavablar olur. Amma görünür ki, cavabdeh olmaq lazımdır. Tibb Universitetini və rezidenturanı bitirəndən sonra həkimlərin keçməli olduğu yollar, sənədlər, qurumlar çoxdur. Məsələ, təkcə ATU-nu oxuyub bitirmək deyil".

Beləliklə, tibb mütəxəssisləri də, mövcud qanunvericiliyin tələbləri də saxta sertifikat sahibi olan plastik cərrahlarla yanaşı, onu verən yüksək rütbəli məmurların da cəzalandırılmasını tələb edir.

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarOnu da qeyd edək ki, sertifikatlaşdırma prosesinin həyata keçirildiyi son 14 ildə yüzlərlə həkimə plastik cərrahiyə ilə məşğul olmaq icazəsi verilib. 2019 və 2020-ci illərdə plastik cərrahlara verilən sertifikatlardan isə aydın olur ki, hazırda saxlanılan Səidə Rüstəmova bu sənədləri Sertifikasiya Şurasının katibi kimi imzalayıb. Sədr kimi isə 2019-cu ildə həmin sertifikatları Səhiyyə nazirinin hazırkı müavini, o zaman isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun "Travmatologiya və ortopediya" kafedrasının müdiri vəzifəsində çalışan İlqar Qasımov imzalayıb. Halbuki belə sənədlər nazir və ya nazir müavini səviyyəsində imzalanmalıdır. Ancaq İlqar Qasımov nazir müavini vəzifəsinə 2022-ci ilə təyin edilib. (https://sehiyye.gov.az/nazirlik/nazirliyin-rehberliyi/qasimov-i-lqar-bulf-z-oglu/)

Bəlkə düşünmək olardı ki, həmin vaxt, yəni 2019-cu ildə o, Sertifkasiya Şurasının sədri olub. Amma heç bir mənbədə onun bu komissiyanın sədri olması barədə məlumata rast gəlmək mümükün deyil.

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarDövlət Həkimləri Təkmilləşdirmə İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev Bakupost.az -a açıqlamasında bildirib ki, İ.Qasımov heç vaxt bu komissiyanın sədri olmayıb: "İlqar müəllin heç vaxt sertifikasiya komissiyasının sədri olmayıb. O nazir müavinidir və sertikata nazir müavini kimi qol çəkir. Seftifikatları komissiya hazırlayır, verir Səhiyyə Naziliyinə, nazirlikdə isə ya nazir, ya da onun müavini imzalayır. Sertifikatları imzalamaq İlqar müəllimə həvalə olunub".

Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlarHər halda plastik cərrahlarla bağlı aparılan araşdırma davam edir və yəqin ki, bir çoxlarının sertifikatı ləğv olunduğu kimi, ona imza atan yüksək vəzifəli şəxslər də cəzalandırılacaq. Hələlik bu məsələdə ən çox Səhiyyə nazirinin müavini İlqar Qasımovun adı hallanır. Amma bu heç də o demək deyil ki, saxta sertifikatlaşdırmanın arxasında dayanan başqa ismlər ortaya çıxmayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2918   Tarix: 11 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr