Rəşad Dağlı əfv sərəncamına düşə bilər? - AÇIQLANDI

Rəşad Dağlı əfv sərəncamına düşə bilər? - AÇIQLANDIBu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi planlaşdırılır. İclaslarda məhkumların ərizələri, onların ailə üzvlərinin müraciətləri və digər aidiyyəti sənədlər müzakirə olunacaq.

Komissiyanın qəbul etdiyi qərarlar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamı hazırlanır. Ənənəvi olaraq, bu sərəncamlar adətən Novruz bayramı öncəsi imzalanır.

Maraqlıdır, iclaslar zamanı müzakirə olunacaq adlar arasında tanınmış meyxanaçı Rəşad Dağlının da adı yer ala bilərmi? Bu sual hazırda ictimaiyyətin diqqət mərkəzindədir. Rəşad Dağlının əfv olunması ehtimalı, onun və ailəsinin əfv üçün müraciət edib-etməməsi və Komissiyanın yekun qərarından asılı olacaq.

Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə ajans.az-a açıqlamasında deyib ki, əfvetmə aktı fərdi qaydada Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

"Əfvetmə aktı cinayət törətməyə görə məhkum olunmuş şəxsin cəzanın qalan hissəsindən azad edilməsi, təyin edilmiş cəzanın müddətinin azaldılması və ya cəzanın daha yüngül cəza növü ilə əvəz olunması formasında həyata keçirilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında maksimum 25 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Bundan əlavə, əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Qeyd edək ki, xalq tərəfindən dəstəklənən və xüsusi ictimai rolu olan şəxslər barədə ictimai rəyin müsbət olması onların əfv edilmə şansını artıran amillərdən biri ola bilər. Lakin yekun qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Əfv Məsələləri Komissiyasının tövsiyələri əsasında qəbul edilir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1686   Tarix: 16 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar qadının huşsuz vəziyyətdə olan 70 yaşlı pasiyentə qarşı zorakılıq göstərməsi faktı ilə bağlı polis araşdırmaya başlayıb. Bu barədə -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Xatırladaq ki

17 oktyabr
.

Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib

Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib

13 oktyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml

26 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq

24 oktyabr