Bakıda da yayılan dəhşətli xəstəlik

Bakıda da yayılan dəhşətli xəstəlik2013-cü ildə Qazaxıstanda qəribə bir xəstəlik yayılır: xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. O dövrdən Qazaxıstan və Rusiya alimləri fəal iş aparsa da, xəstəliyin səbəbini hələ də müəyyən etmək mümkün olmayıb. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir.

Yuxu xəstəliyi 20-ci əsrin ən dəhşətli epidemiyalarından biridir.

1916-cı ilin əvvəllərində Avstriya və Fransada yaranıb bu xəstəlik və bir il ərzində o qədər çox xəstə insana yoluxub ki, bunu artıq epidemiya adlandırmaq olardı. Sayları əvvəlcə yüzlərlə, sonra minlərlə, sonra isə milyonlarla olan xəstələrin anlaşılmaz vəziyyəti avropalı həkimləri çaş-baş salmışdı.

"Yuxu xəstəliyi" kimi tanınan bu epidemiyanın əlaməti insanların saatlarla, günlərə yatmasına səbəb olurdu və çox vaxt pasiyentlər oyanmırdı.

Ölməyənlər bir neçə həftə, hətta aylar belə qəribə "asma animasiya"da yata bilirdilər və xəstəliyin kəskin mərhələsi keçəndə yenə də normal insanlara oxşamırdılar. Onlar artıq gecə-gündüz yatmırdılar, heç bir söz demədən, heç bir duyğu ifadə etmədən hərəkətsiz otura bilirdilər. Oyanandan sonra heç biri başlarına gələnləri xatırlaya bilmirdi.

Bu epidemiya elm adamları üçün əsl sirr halına gəldi, çünki bu xəstəliyin müalicəsi hələ də yoxdur.

Xatırladaq ki, 1916-1917-ci illərdə bu xəstəliyə 5 milyon insan yoluxmuşdur. Kəskin fazada olan xəstələrdə ölüm nisbəti 20-40% arasında dəyişirdi. İnsanlar əsasən tənəffüs çatışmazlığından ölürdülər, lakin ölümün əsas səbəbi hələ də "yuxu xəstəliyi" sayılırdı.

1923-25-ci illərdə Rusiyaya da gəlib çatmışdı. Moskvada, Bakıda, Kişinyovda, Kiyevdə belə simptomlar müşahidə edilirdi və Köhnə-Yekatrina xəstəxanası müalicə üçün ayrılmışdı və çox gizli şəkildə xəstələr ora aparılırdı. Hər dörd nəfərdən biri yuxudan ayıla bilmirdi.

Professor Mixail Marqulis bu xəstəxananın rəhbəri olaraq təyin edilmişdi. Rəsmi rəqəmlər 100-dən çox ölüm olduğunu yazsa da, bolşevik rəhbərlər məlumatları "tam məxfi" saxlamağa qərar verir.

Xəstəlik 1927-ci ilə qədər davam edir, lakin ən maraqlısı odur ki, həkimlərin səyi ilə deyil, öz-özünə yox olur - müəmmalı və gözlənilməz şəkildə.(axar.az)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3164   Tarix: 16 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr