"İstəyirdim heç kim ağlamasın, hamı gülsün"

"İstəyirdim heç kim ağlamasın, hamı gülsün""22.02.1987-ci ildə, elə bu cür qarlı, şaxtalı bir gündə dünyaya göz açmışam. Ağlım kəsəndə ölkəmizdə vəziyyət yaxşı deyildi. Müharibə, qaçqın və köçkün qohumlar, uzun-uzadı çörək növbələri balaca uşağı çox qorxudurdu".

Sonxeber.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri sosial media hesabında aktyor Elcan Rəsulov yazıb.

38 yaşı tamam olan Elcan bunları qeyd edib:

"O qədər gizlində ağlayan adamlar görmüşdüm ki, elə balaca vaxtından hamını güldürməyə çalışırdım. İstəyirdim heç kim ağlamasın, hamı gülsün. Onda mən də xoşbəxt olurdum. Sonra bir az da böyüdüm, artıq yavaş-yavaş hər şey düzəlməyə başlayırdı. İbtidai siniflərdə polis olmaq istəyirdim. Evdən də hüquq fakültəsinə daxil olmağımı hədəfləmişdilər. Ta ki 6-cı sinifdə oxuyanda "Xalq teatrı"na üzv seçilənə qədər. Seçilmək üçün xüsusi səhnəcik və parodiyalar hazırlamışdım. Beləcə bu yolum başladı. Arzularınızın və sevdiyiniz işin arxasınca həmişə gedin. Yəqin ki, uğur yalnız o yoldadır ki, sizin beyninizdən çıxmır.

Pis-yaxşı bu günə qədər gəlmişəm. Azad, xoşbəxt ölkənin vətəndaşıyam. Dünyanın bəlkə də yarısını gəzmişəm. Vətənimdə çox xoşbəxt oluram. Az-çox məni sevən xətrimi istəyən, sənətimi bəyənən adamlar var. Hamısının qarşısında baş əyirəm. Həmişə sıxılmaqdan boğulanda, məhz onları düşünəndə elə bil yeni nəfəs açılır. Yenidən doğulsaydım bu sənətimi seçərdim? Hə. Amma bəzi səhvlər etmişəm ki, etməzdim. Məsələn: Siqareti başlayan gün tərgidərdim. İçki heç bir dəfə də içməzdim. Haradasa 25 yaşına qədər evlənərdim. Magistratura oxuyub, hətta ikinci təhsili alardım. Paralel bir teatrda da işləyərdim. 87 kiloqram çəkimi həmişə saxlayardım. Atamı ölməyə qoymazdım. Heç olmasa 1-2 il artıq yaşaması üçün vuruşardım. Və daha nələr, nələr.... Öpürəm, sizi sevirəm. 38 yaşım uğurlu və köklü dəyişikliklər etmək üçün gəl".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1652   Tarix: 23 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq

24 oktyabr
.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17 oktyabr
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr
.

"Banu" Günel illər sonra - Foto

"Banu" verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli aparıcı Nail Kəmərli paylaşıb. O, Günellə birgə fotosunu yayımlayaraq "Günel sağdır, ölməyib" şərhini yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Günel Həsənzadənin ölüm xəbər

26 oktyabr
.

Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO

Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus

4 oktyabr
.

İlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"

"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar

6 oktyabr