Bakıda 16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ
22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.
Sonxeber.az xəbər verir ki, "Qafqazinfo" həmin spirtin hansı marka olduğunu müəyyən edib.
Əldə edilən məlumata görə, bu, "Starlyuks" əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir. O da məlum olub ki, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsulun apteklərə satışı əldən həyata keçirilir.
Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.
Sabunçu rayonu ərazisində, konkret "Sabunçu bazarı" deyilən yerdə yerləşən apteklərdə ən çox satışı həyata keçirilən texniki spirt isə "Starlyuks"dur. Hansı ki, bunu ən çox alanlar tüfeyli həyat tərzi sürənlərdir. Həmin şəxslər bu spirtə su qataraq onu qəbul edirlər. Baxmayaraq ki, üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunub.
Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.
Xatırladaq ki, Sabunçudan sonra eyni səbəbdən daha bir nəfərin - Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb. Məlumata görə, A.Akşurin dostunun evində spirt qəbul edib. Bununla da, son 3 gündə bu məhsulu içərək ölənlərin sayı 16-ya çatıb.
17:32
Bakının Sabunçu rayonunda spirtli içkidən zəhərlənərək ölən daha üç nəfərin kimliyi məlum olub.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, onlardan ikisi qadın, biri isə kişidir:
1960-cı il təvəllüdlü Murad Aqil oğlu Muradov,
1984-cü il təvəllüdlü Svetlana Aleksandrovna İsakova,
1962-ci il təvəllüdlü Anjelika Həsənağa qızı İskəndərova.
12:10
22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
11:48
Bakının bir rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Son üç gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.
Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.
Zəhərlənərək ölən şəxslərin siyahısı:
1975-ci il təvəllüdlü Niyaməddin Bəhram oğlu Məhərrəmov
1980-ci il təvəllüdlü Abbas Mirəsgər oğlu Həsənov
1981-ci il təvəllüdlü Elçin Nəsib oğlu Hacıyev
1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə
1971-ci il təvəllüdlü Yaşar Əkbər oğlu Şəmmədov
1981-ci il təvəllüdlü Qurban Həmidulla oğlu Rüstəmov
1965-ci il təvəllüdlü Elbrus Nuruş oğlu Fərhadov
1984-cü il təvəllüdlü Aleksey Valeriyeviç Qudzev
1969-cu il təvəllüdlü Oleq Borisoviç Koleks
1980-ci il təvəllüdlü Aleksandr Vladimiroviç Şarop
1979-cu il təvəllüdlü Andrey Kasumov.
Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dostun da spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.
Sonxeber.az

Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş