Oruc tutarkən bunlara diqqət edin

Oruc tutarkən bunlara diqqət edinAzərbaycanda Ramazan ayı başlayıb. Oruc tutan şəxsin qidalanma rejimi adi günlərdəkindən tam fərqlənir. Elə qidalanmaq lazımdır ki, həm gün boyu aclıq hiss etməyəsən, həm də iftar süfrəsi açılana qədər taqətdən düşməyəsən.

"Qafqazinfo" xəbər verir ki, həm imsak, həm də iftarda yemək seçərkən çox yağlı, çox duzlu və çox şirin qidalardan uzaq durmaq, ən əsası orucu ilıq su ilə açmaq lazımdır. Çünki quru qidaların birbaşa qəbulu həzm problemi yarada bilər.

İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və şorbalara üstünlük verilməlidir. İftardan sonra həzmsizlik, şişkinlik, ağrı və kramp kimi şikayətləri azaltmaq üçün iftarı başlanğıc və əsas yemək olaraq ikiyə bölün.

Başlanğıc olaraq şorba için və 15-20 dəqiqədən sonra əsas yeməyə keçin. Əsas yeməyi isə yavaş-yavaş istehlak edin.

İmsak vaxtı sizi tox saxlayacaq qidaları seçin. Yumurta, süd və süd məhsulları, tərəvəz və meyvələr istehlak edin. Susuzluqdan əziyyət çəkməmək üçün imsak zamanı az yağlı yeməklər qəbul edilməlidir. Eyni zamanda, çərəzlərdən də istifadə edilməsi məsləhətdir.

İftar və sahur yeməklərində çətin həzm olan qidaları rasiondan çıxarmaq lazımdır. Ağartı məhsullarının duzsuz olmasına fikir vermək lazımdır.

Orucunuzu açdıqdan sonra dərhal şirniyyat qəbul etməyə diqqət etmək lazımdır, çünki artıq çəkiyə səbəb olur.

İftarla imsak arası bol miqdarda su içmək tövsiyə edilir. Tünd qara çay və qəhvə kimi içkilər məsləhət görülmür. İftar ilə sahur arasında qəbul ediləcək suya limon dilimləri əlavə edərək içmək mədəni rahatlaşdırır.

Sahurda yeyilən yemək iftara qədər bədəni enerji ilə təmin edir. Bu səbəbdən sahurda mütləq yemək hazırlamaq, su ilə kifayətlənməmək lazımdır.

Orucu açdıqdan sonra dərhal uzanmaq düzgün deyil. İftardan sonra 1 saat piyada gəzmək həzmi yaxşılaşdırır, zəifləyən metabolizminizi sürətləndirir. Bu da çəki artımının qarşısını alır.

Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1346   Tarix: 01 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021