Şərqiyyə Hüseynova ağladı: "Qızımın ölümündən sonra anladım ki..." - VİDEO

Şərqiyyə Hüseynova ağladı: "Qızımın ölümündən sonra anladım ki..." - VİDEOÇiynimdə çox böyük məsuliyyət var: nəvəmi böyütməliyəm (ağlayır). Rəssamlıq kollecində oxuyur, universitetə daxil olmalıdır. Prezident bu yaxınlarda mənə təqaüd verdi. Bunun mənə çox böyük köməyi dəydi. Yoxsa çox çətinlik çəkərdim.

Sonxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Şərqiyyə Hüseynova "Geriyə baxanda" verilişində deyib. Qızını itirən diktor hazırda nəvəsi Ayanı böyütdüyünü söyləyib.

Göz yaşını saxlaya bilməyən Ş.Hüseynova maddi çətinlik çəkdiyini də bildirib:

"Maddi bir yana, Ayanın mənəvi dəstəyə ehtiyacı var. Nəvəm 16 yaşındadır, onun valideynlərinə ehtiyacı var. Hərdən nəsə bölüşmək istəyir, mən onun tələblərinə cavab verə bilmirəm. Səbirsiz olmuşam. Bu həyatı yaşayıram, çətindir. Buna görə də 3 ildir efirlərə çıxmıram. Ayan da istəyir ki, mən efirlərdə olum. Mənə uşaqlıqdan "ana" deyir. Bu verilişə dəvət alanda Ayan dedi ki, istəyirəm ki, bir dəfə efirdə olasan. Ətrafımdakılara deyim ki, bu da mənim nənəmdir".

Ş.Hüseynova övladını itirdiyi ərəfədə ona ailəsinin dəstək olduğunu söyləyib:

"Ağır vəziyyətdə rəfiqələrim mənə dəstək oldular. Bacım, qardaşım, bütün qohumlarım mənə kömək oldu. Eyni zamanda rəfiqələrim Roza və Solmaz Həmzəyeva kömək etdi. Onlar da belə bir faciə ilə rastlaşıblar. Onlara baxanda deyirdim ki, necə yaşayırlar, niyə ölmürlər? Öz başıma gəldi, gördüm ki, insan dözür və yaşayır".

Aparıcı mərhum əməkdar artist, "Ələkbər əmi" adı ilə tanınan Ələkbər Hüseynovdan söz açıb. Ş.Hüseynova bildirib ki, Ələkbər əmi onun xalası oğlu imiş:

"Nəvəmlə bir veriliş apardım. O verilişi aparmaqda məqsədim Ələkbərin adını yaşatmaq idi. Onu çox erkən yaşda itirdik. Ələkbər mənim xalam oğludur. Bizim ailədə böyüyürdü, ona analıq etmişəm. Erkən itkilər məni öldürüb. Uşaq verilişlərinin mahir aparıcısı idi. Xalama xoş gəlirdi ki, onun adını efirdə yaşadıram".

Qeyd edək ki, Ş.Hüseynovanın qızı Mehriban 2014-cü ildə insultdan dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4792   Tarix: 03 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO

Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan

3 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Sənubər İsgəndərli aparıcılıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd

17 sentyabr 2021