"Ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar olacaq" - DEPUTAT

"Ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar olacaq" - DEPUTAT"Martın 13-də Avropa Parlamenti Azərbaycan ərazilərinə qarşı həyata keçirilmiş hərbi təcavüzü planlaşdıran və icra edən, eyni zamanda hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər törədən saxlanılan şəxslərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul etdi, onların "dərhal və qeyd-şərtsiz azad edilməsini" tələb etdi".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib ki, bu məsələ ilə bağlı irəli sürülən saxta məlumatlar məhkəmənin legitimliyini şübhə altına almaq məqsədi daşıyır'

"Hərbi cinayətkarları "əsir", "girov" adlandırmaq, onların azad olunmasını tələb etmək, mühakimə prosesinə mane olmaq, həmçinin Avropa Parlamentinin mandatından kənara çıxması deməkdir. Bu parlament həmişə sanki Avropa Komissiyasının açıq ifadə edə bilmədiyi mövqeyindən çıxış edir. Korrupsiya skandalları ilə qərb mediasında tez-tez adı hallanan Avropa Parlamenti görünür yenə də erməni lobbisinin təsiri altına düşüb və anti-Azərbaycan, qərəzli, qeyri-obyektiv, ittihamlarla dolu qətnamə qəbul edir. Azərbaycanın ərazisində müharibə cinayətləri törətmiş şəxslərin ədalətli mühakiməsinə qarşı çıxanlar açıq şəkildə bu cinayətləri dəstəyənlərdir. Avropa Parlamenti bu cinayətlər törədilərkən bir dəfə belə bunları işıqlandırmadı, Ermənistan əleyhinə qətnamə qəbul etmədi, cinayətkarların həbs edilməsi ilə bağlı çağırışlar etmədi. Qətnaməyə lehinə səs verən, ermənipərəst parlamentarilərə BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qəbul edilmiş 2019-cu il tarixli "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində müharibə cinayətləri və Ermənistan Respublikasının məsuliyyəti haqqında hesabat" (A/74/676 – S/2020/90) ilə tanış olmağı tövsiyə edirəm. Burada 44 günlük müharibədən öncəki vəziyyət, təxribatlar, terror aktları, terrorçuluğun maliyyələşdirilməsi üzrə faktlar və tarix boyu azərbaycanlılara qarşı törədilən bəşəriyyət əleyhinə cinayətlər barədə geniş məlumatlar yer alır".

Deputat vurğulayıb ki, hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesini pozmağa cəhd edən, əsassız qarayaxma kampaniyası aparılsa belə, bu, Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz:

"Aparılan istintaq zamanı Ermənistanın və onun hərbi-siyasi rəhbərliyinin hərbi təcavüz və işğala görə məsuliyyət daşıdığını sübut edən mühüm faktlar aşkar olunub. Təqsirləndirilən şəxslər Ermənistanın 30 il davam etmiş hərbi təcavüzü müddətində hərbi cinayətlər, etnik təmizləmə, hərbi təcavüz, soyqırımı aktları, işgəncələr və digər ağır cinayətlər törətməkdə ittiham olunurlar. Ədalət yalnız cəzasızlıq sona çatdırıldıqda bərqərar ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 226   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə zavodda partlayış, xəsarət alan var

Gəncə Cihazqayırma Zavodunda partlayış baş verib. "Qafqazinfo" xəbər verir ki, zavodun əməkdaşı Əli Xudiyev hamam otağında olarkən su qızdırıcısı partlayıb. Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 1968-ci il təvəllüdlü şəxs bədənin l, ll, ll dərəcəli yanığı diaqnoz

17 mart
.

Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?

"Laser Beauty Clinic"ası ilə bağlı qalmaqal davam edir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edili

17 mart
.

Bayram namazı nə zaman qılınacaq? (AÇIQLAMA)

Bayram namazı mart ayının 30-da qılınacaq. Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur. "Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Hələlik fərq yoxdur. Qafqaz Müsəlmanlar

17 mart
.

Yanvarda doğulanların çoxu oğlan uşaqları olub

Bu ilin yanvarda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 557 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 9,7-də

17 mart
.

Bu internat məktəblərində uşaqlara vaxtı keçmiş qida və dərman verilib

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəznindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublik

17 mart
.

Nağdəli Xəlilov vəfat edib

Rəssam Nağdəli Xəlilov vəfat edib. xəbər verir ki, bu barədə APA-ya "Xəzər" Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib. Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlı

17 mart
.

Ramazan ayında insanları belə aldadırlar (XƏBƏRDARLIQ)

Kiberdələduzlar indi də "Ramazan ayı" kampaniyası adı ilə vətəndaşları aldadırlar. Qaynarinfo məlumat verir ki, son günlərdə məşhur banklardan birinin adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir. SMS bölməsində Ramazan və Novruz bayramları öncəsi yaxşı şərtlə pu

17 mart
.

Bakıda iki marşrutun hərəkət sxemi dəyişdiriləcək

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. xəbər verir ki, bu barəd

16 mart
.

Jurnalist Azər Rəşidoğlunun müalicəsi ilə bağlı Prezidentə və birinci xanıma müraciət

Tanınmış jurnalist, Qaynarinfo-nun redaktoru Azər Rəşidoğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. Onkoloji problemləri olan Azər Rəşidoğlu ilə bağlı müraciəti media rəhbərləri, QHT təmsilçiləri və ölkənin tanınmı

17 mart