Küsülülərin barışdığı, qızların duzlu kökə yediyi - Çərşənbə adətləri

Küsülülərin barışdığı, qızların duzlu kökə yediyi - Çərşənbə adətləriAzərbaycanın zəngin mədəni irsində mühüm yer tutan Novruz bayramı dörd çərşənbə axşamı ilə başlayır. Bu gün qeyd etdiyimiz İlaxır çərşənbə isə Novruz bayramından əvvəlki son çərşənbədir. Bu gün xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" kimi də adlandırılır.

Xalqımızın inanclarına görə, torpaq bu çərşənbədə oyanır və həyat canlanır. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur.

Buna görə də, boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Hətta bəzi bölgələrdə bu çərşənbə Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə bir çox qədim adət-ənənələr yerinə yetirilir. Bu gün bolluq, ruzi və firavanlıq rəmzi sayılır. İnsanlar inanırlar ki, İlaxır çərşənbədə edilən dualar və diləklər qəbul olunur. Novruz şirniyyatları hazırlanır.

İlk olaraq evlər təmizlənir, köhnə əşyalar atılır. İnanca görə, bu çərşənbədə evdəki bütün çirk və tozdan təmizlənmək ruzi-bərəkətə yol açır.

Bundan başqa həyət və bağlarda da təmizlik işləri aparılar. Gül kolları, ağaclar budanır.

Su çərşənbəsində olduğu kimi, İlaxır çərşənbədə də su ilə bağlı inanclar var. İnsanlar çay kənarına gedib sudan keçir, səhər tezdən su ilə yuyunur və bu suyun onları bütün xəstəliklərdən və bəlalardan qoruyacağına inanırlar.

İlaxır çərşənbədə bayram süfrəsi açılır. Bayram xonçası qurulur, səməni qoyulur. Səməni bayram süfrəsinin ayrılmaz hissəsidir və yeni həyatın, baharın, məhsuldarlığın rəmzi sayılır. Bundan başqa, bayram süfrəsinə Novruzun atributları olan paxlava, şəkərbura, qoğal və müxtəlif rənglərə boyanmış yumurtalar qoyulur. Xonçalarda rəngli şamlar yandırılır.

İlaxır çərşənbədə insanlar həyətlərində tonqal qalayır və onun üstündən tullanaraq "ağırlığım-uğurluğum odda yansın" deyirlər. Bu, bütün pisliklərin geridə qalmasını və yeni ilin uğur gətirməsini diləmək anlamına gəlir.

Xüsusilə gənc qızlar İlaxır çərşənbədə qapı pusur. Qapı arxasında eşidilən ilk söz onların niyyətlərinin reallaşıb-reallaşmayacağını göstərir. Bundan əlavə, müxtəlif fal növləri də bu axşam yoxlanılır.

Belə ki, bu çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üzü üstə qapıya tərəf düşsə, deməli, həmin qız bu il nişanlanacaq.

İlaxır çərşənbədə alma yeyib toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırlar. İnanca görə həmin gecə gənc qız öz qismətini yuxuda görür.

Yumurta və karandaşlardan ibarət olan fal da bu çərşənbədə edilir. Belə ki, ağacın altına bir yumurta, iki qara və iki qırmızı qələm qoyulub arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt əmələ gəlir. Əgər qırmızı qələmlə xətt çəkilibsə, arzu yerinə yetir, qara ilə çəkilibsə fal alınmır.

Adətə görə axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyilir və su içilmir. Gecə yuxuda sizə içməyə kimsə su verəcək. İnanclara görə həmin su verən şəxs yuxu görənin qismətidir.

Ən məşhur fallardan biri də neçə yaşında gəlin köçəcəyini bilmək üçün ediləndir. Bunun üçün qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saçlarına taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə dəyirsə, demək, o yaşda gəlin köçəcəksiniz.

Daha çox uşaqlar və gənclər qapılara papaq atar və qoyulan şirniyyatları aralarında bölərlər.

Bu çərşənbə həm də, insanların bir araya gəldiyi, küsülülərin barışdığı bir gündür.

İlaxır çərşənbə əsrlərdir ki, Azərbaycan xalqının mədəniyyətində mühüm yer tutur. Bu bayram xalqımızın köklü inanclarını, təbiətə bağlılığını və birlik ruhunu yaşadır.

Bu çərşənbə sadəcə qədim bir adət deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Bu çərşənbədə həyata keçirilən ənənələr Azərbaycan xalqının tarixi köklərini, təbiətə və ruzi-bərəkətə olan inancını əks etdirir./Qafqazinfo


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 850   Tarix: 18 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr