Xanlarova ilə Kərimin qalmaqalı böyüyür: "Bu məsələni belə qoymayacağam"

Xanlarova ilə Kərimin qalmaqalı böyüyür: "Bu məsələni belə qoymayacağam"Kərimin yazdıqlarının hamısını oxumuşam.

Bu sözləri əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovun onun haqda Daxili İşlər naziri Ramil Usubova və Ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazması ilə bağlı Kult.az-a danışarkən deyib. O, məsələni aydınlaşdıracağını bildirib:

"Heç nə demirəm, mən bu məsələni belə qoymayacağam. O, orada məni nə ilə ittiham edibsə, hamısını bir-bir araşdıracağam. Qoy hamıya məlum olsun ki, kimdir günahkar. Əgər günahkar mənəmsə, öz cəzamı çəkməyə razıyam, əgər odursa, o çəkəcək".

Qeyd edək ki, "İstipress.az" saytında yer alan xəbərə görə, müğənni Kərim Abbasov Daxili İşlər naziri Ramil Usubova və Ədliyyə naziri Fikrət Məmmədova yazdığı açıq məktubda Mehriban Xanlarovanın hakimlərə rüşvət verərək, məhkəməni qazandığını bildirib:

"Hörmətli nazirlər, mən Azərbaycan Respublikasının azad vətəndaşıyam. Amma bəzi adamların əlindən azad yaşaya bilmirəm. Mənə hədə-qorxu gəlirlər, bezdim... Özümə qəsd dərəcəsinə çatdırıblar məni. Məhkəmənin çıxardığı qərara əsasən, Xanlarova Mehriban Aslan qızından sosial şəbəkədə üzr istədim. Lakin o, məni tutdurmaqla hədələyir. Bilmirəm bu insanın arxasında hansı hakim durub ki, hər kəsdən məhkəmə yolu ilə istədiyi pulu alır və istədiyi insanı həbs etdirməklə hədələyir. Mən başa düşmürəm ki, bu qadın aktrisadır, yoxsa qanun? Bu insan görün özünə necə arxayındır ki, səbəbi olmadan "səni tutduracağam" deyir. Və məhkəmə qərarı ilə bütün qərarları öz istədiyi kimi çıxartdırır. Mənim Azərbaycan Respublikasında bəlli nüfuzum var. Bu insan mənim nüfuzumu yerə vurmaq istəyir. Axı niyə? Kim bu qadına bu ixtiyarı verib? Mən bütün dövlət tədbirlərində fəal iştirak edən sənətçiyəm. Mən indiyə kimi Azərbaycan Respublikasında qanun çərçivəsində yaşayan bir vətəndaş olmuşam. Amma bu qadının əlindən yaşaya bilmirəm. Mənə kömək etməyinizi rica edirəm. Mehriban Xanlarovanın etdiyi monarxiyaya son qoymağınızı xahiş edirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2807   Tarix: 05 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29 aprel
.

Cavanşir Məmmədovun ölümündə görün hansı MƏŞHUR GÜNAHKARDIR: ŞOK AÇIQLAMA

Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatını məşhur aparıcı ilə əlaqələndirib. -a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu teleproqramda ad çəkməsə də, bir aparıcını ittiham edib. "Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O Cavanşirə böyük dərd verdi. Fırıldaqç

27 aprel
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağınız var

28 aprel
.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim"

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğunu deyib. O bildirib ki, uşaqlıqda xəstə olub və o zaman qəbul etdiyi dərmanlardan sonr

5 may
.

Britni Spirs oteldə infarkt keçirib? - FOTO

Şəxsi həyatı ilə gündəmdən düşməyən məşhur müğənni Britni Spirsin qaldığı oteldə infarkt keçirdiyi bildirilib. xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi "Chateau Marmontda"kı otel otağına gələrək orada sevgilisi Pol Riçard Solizlə mübahisə edib. Həmin vaxt sənətçi infarkt keçirərək ayağında

4 may
.

Ədalət Şükürovla xanımı - Foto

Xəbər verdiyimiz kimi, Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyu olub. Axşam.az-ın məlumatına görə, müğənni xanımı ilə obyektivlərə tuş gəlib. Ə.Şükürovun həyat yoldaşı ilə fotosunu təqdim edirik:. Qeyd edək ki, Jalə Ənvər adlı bəylə ailə qurub. Ə.Şükürovun Emil adlı oğul övladı da var

6 may
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" - VİDEO

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdən birind

4 may
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

5 may
.

Roza rəylərə əsəbiləşdi: "Mərifətiniz, qanacağınız olsun!" - VİDEO

Müğənni Roza Zərgərli neqativ şərh yazanlara mesaj göndərib. "Xəzər axşamı" verilişinin qonağı olan sənətçi son günlər sosial şəbəkələrdə yazılan şərhləri oxuduğunu bildirib:. "Hər zaman aktiv sosial media istifadəçisi olmuşam, amma son 5-6 gündə aktiv oxuyucuya çevrilmişəm. Dostlarımın

2 may