Livan prezidenti İsrail ərazisinin atəşə tutulması ilə bağlı araşdırma aparılmasını tələb edib
Livan Prezidenti general Cozef Aun ölkəni cənub sərhədində yeni hərbi eskalasiyaya sürükləmək cəhdlərini pisləyib və İsrail ərazisinin atəşə tutulması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, Aun baş verənlərin Livanın sabitliyinə təhlükə yaratdığını bildirib.
"Bu səhər Livanın cənubunda baş verənlər bütün livanlıların yekdilliklə dəstəklədiyi xilasetmə layihəsinə zərbə vurur. Livanı zorakılığın yeni mərhələsinə sürükləmək cəhdlərini pisləyir və sərhəddəki insidentin ciddiyə alınmasını və baş verənlərin bütün təfərrüatlarının araşdırılmasını tələb edirik", - onun bəyanatında deyilir.
Prezident ordu komandanı general Rudolf Heykala mülki əhalinin müdafiəsi üçün tədbirlər görməyi tapşırıb.
"Bu həssas məqamda vətənin maraqlarına xələl gətirə biləcək istənilən pozuntunun qarşısı alınmalıdır" - Aun açıqlamasında söyləyib.
Bu arada "Al Arabia" telekanalı İsrailin səhərki insidentə sərt cavab verəcəyi ilə hədələməsindən sonra Livan ordusunun ölkənin cənubunda üç əldəqayırma reaktiv yaylım atəşi sistemini demontaj etdiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1497 Tarix: 22 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabr