Boğazda düyünlənmə hissi bu xəstəliklərin əlaməti ola bilər
Boğazda düyünlənmə hissi adətən qalxanabənzər vəzi ilə bağlı problemlər, o cümlədən həm kəskin, həm də xroniki formada olmaqla, boğazın müxtəlif iltihablı xəstəlikləri fonunda baş verir.
Bu barədə rusiyalı həkim, otolarinqoloq Yekaterina Prikaza danışıb.
Onun sözlərinə görə, bu simptomun daha az rast gəlinən səbəbləri sırasında boyun fəqərəsinin osteoxondrozu da var.
"Boğazda düyün və ya sıxılma hissi qalxanabənzər vəzinin iltihabı və ya genişlənməsinin göstəricisi ola bilər. Bəzən səbəbi mədə-bağırsaq traktında da axtarmaq lazımdır. Düyün hissi qida borusunun iltihabı və ya qastroezofageal reflyuks xəstəliyi zamanı ortaya çıxır ki, bu zaman xəstədə daim mədə şirəsinin qida borusuna düşməsi baş verir. Bəzən boğazda düyünlənmə onurğa sütununun boyun hissəsinin osteoxondrozu ilə də əlaqəli ola bilər, baxmayaraq ki, bu, xəstəliyin ən bariz əlamətlərindən deyil. Xoşagəlməz hisslər udlaqda həssaslığa cavabdeh olan sinir uclarının sıxılması zamanı da yarana bilər", - deyə həkim qeyd edib.
Əgər tez-tez boğazınızda düyünlənmə hissi yaranırsa, o zaman siz müayinəyə otorinolarinqoloqa getməklə başlaya bilərsiniz.
"Çox vaxt düyünlənmə laringit, faringit və ya tonzillitə işarə edə bilər. Digər mümkün variant postnazal axıntıdır ki, bu zaman burun boşluğundan gələn selik davamlı olaraq udlağın arxa divarı ilə axır. Boğazda xarici bir cismin olması hissi ilə yanaşı, bu vəziyyət həmçinin tez-tez uzanmüddətli öskürək ilə də müşayiət olunur. Postnazal axıntı daha çox burun və burun sinuslarının iltihabi xəstəliklərindən sonra, xroniki rinit və allergik rinitdən sonra baş verir", - deyə Yekaterina Prikaza əlavə edib.
Onun sözlərinə görə, əgər lor orqanlarınızla hər şey qaydasındadırsa, o zaman terapevtə müraciət edə bilərsiniz. Terapevt şikayətləri və anamnezləri dəqiqləşdirəcək və müayinə üçün konkret mütəxəssisə göndəriş verəcək. (oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur
15 sentyabr 2021Qızdırmanı salmağa tələsməyin!
Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm
17 sentyabr 2021Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı
"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial
13 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
14 sentyabr 2021Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -
13 sentyabr 2021Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...
Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl
11 sentyabr 2021Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI
Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə
13 sentyabr 2021