Yazın gəlişi ilə uşaqları hədəf alan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR: Onları necə qoruyaq?

Yazın gəlişi ilə uşaqları hədəf alan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR: Onları necə qoruyaq?Yaz fəslinin gəlişi ilə təbiət canlandığı kimi bəzi xəstəliklər də oyanır. Bu xəstəliklər daha çox azyaşlı uşaqlarda müşahidə edilir və gözlənilməyən məqamda orqanizmi taqətdən salır.

Bəs görəsən, yazın gəlişi ilə hansı xəstəliklər, viruslar oyanıb? Bu xəstəliklər arasında təhlükəli olanı varmı? Uşaqları necə qorumalıyıq?

Pediatr, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, havanın qəfil dəyişməsi, temperaturun enməsi, yüksəlməsi, yağış və külək, həmçinin çiçək tozları bu dövrdə daha çox infeksion xəstəliklərin yayılmasına səbəb olur:

"Xəstəliklərin artmaması üçün vaxtında tədbirlər görmək çox vacibdir. İnfeksionist kimi deyə bilərəm ki, son günlər uşaqlarda yüksək qızdırma ilə müşahidə edilən xəstəliklər arasında "Respiratory Syncytial Virus"a (RSV) sıx rastlanır. Bu virus uşaqlarda daha çox yayılıb və aktualdır. RSV azyaşlı uşaqlarda və körpələrdə tənəffüs yollarını zədələyərək ciddi problemlərə səbəb olur.

Bu virusun uşaqlarda müşahidə edilən əlamətləri bunlardır:

- Quru və ya bəlğəmsiz öskürək;

- Burun axması və burun tutulması - Bu, uşağın nəfəs almasını çətinləşdirə bilər;

- Yüksək hərarət;

- Digər tənəffüs yolu infeksiyalarında olduğu kimi, bu virusda asqırma da müşahidə olunur;

- Nəfəs almaqda çətinlik - xüsusilə uşaq yatarkən və ya aktiv olduqda nəzərə çarpır;

- "Stridor" (səsli nəfəs alma - red.) - Tənəffüs yollarının daralması səsli nəfəs almağa səbəb olur;

- Qarın ağrısı və qusma;

- Yuxusuzluq - uşağın tənəffüs çətinliyi səbəbindən yuxusuzluq ortaya çıxır.

RSV uşaqlarda bronxiolit (kiçik bronxların iltihabı - red.) və ya pnevmoniya kimi daha ciddi problemlərə səbəb ola bilər. Əgər uşağınızda bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, xüsusilə təngnəfəslik və yüksək hərarət, təcili olaraq həkimə müraciət etmək lazımdır".

A.Ziyadova vurğulayıb ki, xəstəlik ərəfəsində uşaqların tənəffüs yollarının müdafiəsini gücləndirmək, istirahət etmələrini təmin etmək, bol maye qəbul edilməsi və temperaturu nəzarətdə saxlamaq vacib addımlardır.

O əlavə edib ki, allergik astma da yazda aktivləşən xəstəliklərdən biridir:

"Tənəffüs yollarının daralması ilə müşayiət olunur və öskürək, təngnəfəslik, xırıltı kimi əlamətlərə səbəb olur. Allergik astma ilə mübarizədə müalicəni kəsməmək və allergenlərdən qorunmaq çox önəmlidir.

Yuxarı tənəffüs yolları xəstəlikləri yazın gəlişi ilə artmağa başlayır. Tonzillit, faringit, laringit, sinüzit kimi xəstəliklər qızdırma, boğaz ağrısı, öskürək, asqırma, səs xırıltısı və qulaq ağrısı kimi əlamətlərlə özünü büruzə verə bilər. Bu xəstəliklərdən qorunmaq üçün uyğun paltar seçimi, balanslı qidalanma, kifayət qədər su içmək və yuxusuz qalmamaq kimi sadə, amma təsirli tədbirlər görülməlidir".

İnfeksionist qeyd edib ki, allergik rinit (saman qızdırması - red.) yaz aylarında, xüsusilə çiçək tozlarının yayılması ilə artan xəstəliklərdən biridir:

"Burun axması, burun tutulması, asqırma, gözlərdə qaşınma və sulanma, öskürək və qoxu almada çətinlik kimi əlamətlər allergik rinitin göstərdiyi simptomlarıdır. Bu xəstəlik allergik astma ilə birlikdə müşahidə oluna bilər, ona görə də müntəzəm müalicə və allergenlərdən qorunmaq çox önəmlidir".

"Reflüks xəstəliyi isə yazda və ya ilin digər dövrlərində müşahidə olunur. Bu xəstəlik mədənin turşusunun yemək borusuna geri axması ilə bağlı olan bir problemdir. Reflüks mədədə yanma hissi, boğazda qıcıqlanma, öskürək, bəzən isə nəfəs darlığına səbəb ola bilər. Həmçinin yaz aylarında, bəzi yeməklər və stres sözügedən xəstəliyin əlamətlərini gücləndirə bilər", - deyə həkim fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 984   Tarix: 27 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr